Parisdən Bakıya...
28.09.2022 [10:19]
MÜBARİZ
Son illərdə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb. Bu, Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq ictimaiyyətin respublikamıza böyük inamının ifadəsidir. Hazırda ölkəmiz daha bir mötəbər tədbirə-2023-cü ildə keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə hazırlaşır. Bununla bağlı qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə verilib. Beynəlxalq miqyaslı tədbirin gələn il oktyabrın 2-6-da Bakıda keçirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, Təşkilat Komitəsinə Astronavtika Konqresinin keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Azərbaycanın təmsilçiliyi
Beynəlxalq Astronavtika Federasiyasının ildə bir dəfə təşkil etdiyi konqres qlobal kosmik sahənin nümayəndələrini bir araya gətirir. Estafet Bakıya Parisdən ötürülüb. Fransanın ev sahibliyi ilə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresi 18-22 sentyabr 2022-ci il tarixlərini əhatə edib. “Kosmos hamı üçün əlçatandır” (Space for all) mövzusunda təşkil olunan tədbirdə 110 ölkədən 9300-dən çox nümayəndə iştirak edib, onların 45 faizi gənclər olub. Konqres “məsuliyyətli tədbir” standartlarına uğurla cavab verib və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sertifikatını alıb. Həftə ərzində 3000-dən çox məruzə təqdim olunub. Onların arasında 800 innovativ interaktiv təqdimat keçirilib. Konqres çərçivəsində təşkil olunan 10 plenar iclas və mühazirələr ilin ən maraqlı mövzularını əhatə edib. Beynəlxalq Astronavtika Assambleyasına (İAF) 45 yeni üzv seçilib və bununla da İAF-ın üzvlərinin ümumi sayı 468-ə çatıb. Parisdəki Konqres çərçivəsində İAF-a 4 yeni vitse-prezident seçilib. Konqresdə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərkosmosun nümayəndə heyəti ilə təmsil olunub.
Konqres çərçivəsində baş tutan və səkkiz min kvadratmetrdən çox sahəni əhatə edən sərgidə 250 stend arasında Azərbaycan guşəsi diqqəti xüsusilə cəlb edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, ölkəmiz Parisdə “IAC 2023 Baku” və Azərkosmos stendləri ilə təmsil olunub. Stendlərdə Azərbaycanda kosmik sahənin inkişaf tarixi, ölkəmizdə həyata keçirilən kosmik proqramlar, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə həyata keçirilən layihələr, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları haqqında məlumatlar əksini tapıb. Sərgi pavilyonunda Azərkosmosla yanaşı, Avropa Kosmik Agentliyi, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA), Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, Almaniya və digər dövlətlərin kosmik qurumları yer alıblar.
Beynəlxalq Astronavtika Konqresi çərçivəsində quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclası da keçirilib. Respublikamızı bu iclasda Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Vüqar Bayramov təmsil ediblər.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi 73 illik tarixində artıq dördüncü dəfədir ki, Paris şəhərində təşkil olunur. Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) təşkilatçılığı ilə keçirilən konqresdə ilkə imza atılıb, tədbirin təşkili prosesində dayanıqlı inkişaf prinsipləri və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyətlər tətbiq edilib. Bunlara karbon tullantıları və çirkləndirməni azaldan, enerji və resurslardan istifadənin effektivliyini artıran fəaliyyətlər daxildir.
Konqres Mars və Aya gediş-dönüş missiyaları, “James Webb” Kosmik Teleskopunun bəşəriyyətə töhfəsi, “Global Networking Forum” kimi maraqlı panel müzakirələri, dəyirmi masa görüşləri, interaktiv sessiya və zəngin proqramlarla kosmosun yeniliklərini gündəmdə saxlayıb.
Beynəlxalq federasiyanın bayrağı Azərbaycanda
Fransa paytaxtının ev sahibliyi etdiyi tədbirin bağlanış mərasimində Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov 2023-cü ildə Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatla çıxış edib, dövlət qurumlarını, özəl şirkət və elmi cəmiyyətləri tədbirdə iştirak üçün Bakı şəhərinə dəvət edib. Daha sonra Azərbaycanın kosmik sahədə gördüyü işlər, ölkənin tarix, mədəniyyət və turizm imkanlarını əks etdirən videoçarx nümayiş olunub.
Beynəlxalq Astronavtika Federasiyasının bayrağı 74-cü konqresə ev sahibliyi edəcək Azərbaycanın nümayəndə heyətinə təqdim edilib. Federasiyanın üzvləri, büro və komitələri Bakının belə bir əhəmiyyətli tədbirə ev sahibliyi etməsindən məmnun olduqlarını bildiriblər.
Parisdə konqres günlərində Azərkosmosun nümayəndə heyəti çoxlu sayda plenar iclas, elmi konfrans, texniki sessiya və biznes görüşlərinə qatılıb. Beynəlxalq kosmik ictimaiyyətin gələn il Azərbaycanda keçiriləcək növbəti tədbirə dəvət olunması ilə bağlı aktiv təbliğat-təşviqat işləri aparılıb.
Həmçinin Parisdə baş tutan konqres çərçivəsində keçirilən elmi sessiya və texniki proqramlarda Azərbaycanın professor və gənc mütəxəssisləri kosmos sahəsində elmi tədqiqat işlərini geniş auditoriyaya çatdırıblar. Beynəlxalq Astronavtika Federasiyası Azərbaycandan ümumilikdə 34 elmi məqalə qəbul edib. Həmin elmi yazılarda kosmosda hüquq, kosmosda yeni növ teleskopların qurulması, məsafədən müşahidə peykləri vasitəsilə iqlim dəyişikliyinin dəyərləndirilməsi istiqamətində həllər, kosmik elm, təhsil və tədris sahəsində “Cansat Azərbaycan” kimi model peyk yarışlarının əhəmiyyəti, regional səviyyədə keçirilməsi və digər mövzular əksini tapıb.
Bakıda ikinci dəfə
2023-cü ilin oktyabrında paytaxtımız Beynəlxalq Astronavtika Konqresinə ikinci dəfə ev sahibliyi edəcək. Bakı bu mötəbər beynəlxalq tədbirin iştirakçılarına öz qapılarını ilk dəfə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə - 1973-cü ildə açmışdı. O vaxt Ulu Öndər Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdi ki, keçmiş Sovet İttifaqında bu konqres məhz Bakıda keçirilsin. Bu baxımdan, 2023-ci ildə - təxminən, yarım əsrdən sonra müstəqil Azərbaycanda bu konqresin yenidən keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt Azərbaycan keçmiş ittifaqın tərkibində idi, müstəqil dövlət deyildi. İndi isə Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini müstəqil dövlətin paytaxtı kimi edəcək. Dövlət başçısının imzaladığı Sərəncamda xüsusi olaraq vurğulanıb ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39

