Təhsil sahəsinə maraq artır
01.10.2022 [11:51]
N.DİLQƏMLİ
Bütün inkişaf etmiş dünya ölkələrində təhsil strateji üstün sahə hesab edilir. Bunun səbəbi isə ölkələrin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olmasıdır. Azərbaycanda da bu sahəyə xüsusi diqqət yetirilməkdədir. Ölkəmizdə elm və təhsil sahəsində aparılan uğurlu islahatlar deyilənləri bir daha sübut edir. Azərbaycanın təhsil siyasətində yeni dövrün başlaması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın təhsil siyasətində yeni dövrün əsasını qoydu. Həmin dövrdə parçalanmaq, tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan təhsil sisteminin yenidən dirçəlməsi, növbəti mərhələlərdə isə inkişaf etdirilməsi qarşıda duran ən vacib məsələlər sırasında dayanırdı. Ulu Öndər təhsil sahəsinə çox ciddi yanaşmağın lazım olduğunu bildirir, islahatın bu sahədə mərhələlərlə aparılmasının vacibliyini nəzərə çatdırırdı. “Təhsil mürəkkəb bir sahədir, - deyirdi. - Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən sahədir”. Beləliklə, müstəqil Azərbaycan dövləti öz müstəqil təhsil siyasətini həyata keçirmək üçün ilkin islahatların keçirilməsinə 1999-cu ildə başladı. Həmin il iyun ayının 15-də Ulu Öndər “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam verdi. Bu Proqram Ümummilli Liderin 30 mart 1998-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş Dövlət Komissiyası tərəfindən hazırlanmış və Dünya Bankı da bu işə cəlb olunmuşdu. Proqramın girişində yazılırdı: “Təhsil sistemində islahatların zəruriliyi respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət quruluşunda baş vermiş köklü dəyişikliklərilə bağlıdır. İndiki mərhələdə təhsil sistemi inzibati-amirlik prinsipinə əsaslanan totalitarizmdən azad, açıq, demokratik və çoxşaxəli formada qurulmalıdır”. 90-cı illərdə baş verənlər bu sahəyə də ciddi təsir göstərmişdi. Məktəblərdə sıxlıq idi, əksər məktəblər qəzalı vəziyyətdə idi, avadanlıqlar tamamilə yararsız halda idi. Ulu ?ndər yeni məktəblərin tikintisi ilə bağlı Dövlət Proqramının hazırlanmasını əhəmiyyətli məsələ kimi qarşıya qoymuşdu və 2003-cü il fevralın 17-də Ümummilli Lider “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2003-2007-ci illər)” təsdiq edilməsi haqqında” sərəncam imzaladı.
Bu gün böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti bu gün Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə regionlarda yeni-yeni məktəb binaları inşa edilir, şagirdlər üçün bütün imkanlar yaradılır. Eləcə də, bütün digər məktəb binaları yenidən qurulur, ən son avadanlıqlarla təchiz edilir.
Aparılan çoxşaxəli islahatların uğurlu nəticəsi olaraq bu gün Azərbaycan gənclərinin elm və təhsil sahəsində böyük uğurlar, nailiyyətlər əldə etmələrinə şahidlik edirik. Ölkəmiz mütəmadi olaraq istər yerli, istərsə də beynəlxalq təhsil tədbirlərinə, seminarlarına, sərgilərinə ev sahibliyi edir. Bununla da təhsilalanların və elm sahəsində fəaliyyət göstərən şəxslərin imkanları daha da genişlənmiş olur. Pandemiya səbəbindən təxminən iki ildən çoxdur ki, bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də sərgilər, seminarlar keçirilmirdi. Koronavirus pandemiyasının əvvəlki dövrə nisbətən bir qədər azalması, məhdudiyyətlərin aradan qaldırılması ilə biz yenidən ənənəvi qaydada tədbirlərin keçirilməsinə şahidlik edirik. Elə bu
günlərdə Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə təhsil sərgi-yarmarkası - “BYF EduExpo 2022” keçirilir.
Sərgidə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir çıxışı zamanı xaricdə təhsil alan azərbaycanlı tələbələr haqqında da danışıb. Nazir hazırda 28 min azərbaycanlı tələbənin qardaş Türkiyədə təhsil aldığını diqqətə çatdırıb. E.Əmrullayev bildirib ki, bütün sahələrdə olduğu kimi Türkiyə ilə təhsil sahəsində də əməkdaşlığımız inkişaf edir.
Azərbaycan üçün xaricdə təhsil məsələsinin hər zaman önəmli olduğunu qeyd edən nazir deyib: “Hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyevin dövründə xaricdə təhsil alaraq ölkəyə qayıdan gənclərimiz ölkəmizin gələcək uğurlarında əsas aktorlardan birinə çevrilib”. E.Əmrullayev bu il 300-dən artıq gəncin xaricdə təhsil almaq imkanı əldə etdiyini də bildirib.
Sentyabrın 30-dan oktyabrın 2-dək baş tutacaq sərgidə 50 şirkət iştirak edir. Sərgi çərçivəsində təhsil, psixologiya və fərdi inkişaf ekspertləri tərəfindən müvafiq mövzularda seminarlar, sərgi iştirakçıları üçün “B2B” və “B2C” görüşlər nəzərdə tutulur. Sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.
Sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər.
Onu da qeyd edək ki, sərgidə iştirak ziyarətçilər üçün tam sərbəstdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

