Sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir
25.10.2022 [10:37]
Pərviz SADAYOĞLU
Son illər dünyada bir sıra arzuolunmaz tendensiyaların müşahidə edilməsinə baxmayaraq, Azərbaycan nəinki öz dayanıqlılığını qorumağa, hətta iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Qlobal risklər şəraitində Azərbaycanın davamlı inkişaf tempini saxlamasını şərtləndirən mühüm amillərdən biri isə ölkəmizdə özəl sektorun inkişafının yüksək səviyyədə dəstəklənməsi ilə bağlıdır. İstər bölgələrdə, istərsə də paytaxtda sahibkarlığın inkişafı yönümündə mühüm tədbirlər görülür. Ölkəmizdə qeyri-neft sektorunun uğurlarından söhbət açarkən bu sahəyə göstərilən dövlət dəstəyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu sahənin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafına güclü hüquqi təminat yaradır. Ən əsası isə sahibkarlıq subyektləri üçün nəzərdə tutulan kreditlərin mühüm hissəsi regionların inkişafına yönəldilir.
“Davamlı inkişaf məqsədləri indeksi” üzrə...
Aparılan dövlət siyasətinin özəyini isə davamlı inkişaf konsepsiyası təşkil edir. Bu gün Azərbaycanda inklüziv və sosial cəmiyyət quruculuğu istiqamətində ciddi nailiyyətlər əldə olunub. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını nəzərdə tutan və 2004-cü ildən etibarən uğurla həyata keçirilən beşillik Dövlət Proqramlarının məqsədi qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olub. Proqramlar ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. “Dayanıqlı İnkişaf 2022” hesabatına əsasən isə ölkəmiz ötən il ilə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb. Belə ki, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri (DİM) indeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur.
5009 kredit üzrə 66,6 milyon manat...
Azərbaycan dövləti azad sahibkarlığın dəstəklənməsi istiqamətində bütün zəruri addımları atır - müxtəlif dövrlərdə sahibkarlara güzəştli kreditlərin, eləcə də subsidiyaların verilməsi də buna misaldır. Yeri gəlmişkən, Sahibkarlığın İnkişafı Fondunun qadın və gənc sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirdiyi “Qadın və gənc sahibkarlara dəstək” adlı müsabiqəyə sentyabrın 20-dən bu günədək 1,4 milyon manat dəyərində 26 layihə daxil olub. Qeyd edək ki, qaliblər Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilməsinə müsbət qərar verilmiş və kredit ayrılmış layihələrin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Müsabiqəyə ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.
Eləcə də, sahibkarlara subsidiyaların verilməsi prosesi uğurla davam etməkdədir. Belə ki, Mikayıl Cabbarov KİV-ə açıqlamasında bildirib ki, oktyabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar kredit qalığı 858,4 milyon manat olan 5035 müraciətə baxılaraq 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib. Nazir qeyd edib ki, 5009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənilib.
1200-dən artıq layihə...
Sahibkarlığın inkişafından bəhs edərkən işğaldan azad edilmiş regionlarımızda həyata keçirilən layihələr daha çox diqqəti cəlb etməkdədir. 30 ilə yaxın müddətdən sonra öz azadlığına qovuşmuş torpaqlarımızda abadlıq, quruculuq işlərinin görülməsi, eləcə də yeni sahələrin reallaşdırılması üçün investorlar öz xidmətlərini təklif edir. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda Xəzər İnşaat Həftəsinin açılış mərasimində bildirib ki, işğaldan azad olunmuş ərazilərdə görülən tədbirlər dost və tərəfdaş ölkələrin şirkətlərinin cəlb olunması ilə həyata keçirilir. Bu ərazilərdə əlverişli biznes mühitinin formalaşdırılması üçün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində müraciətlər yerli və xarici biznes subyektləri tərəfindən təqdim edilir. Nazir müavini bildirib ki, hazırda sözügedən ərazilərdə fəaliyyət göstərmək üçün 1200-dən artıq layihə üzrə müraciətlər daxil olub. Bunların da 400-dən çoxu xarici şirkətlərin payına düşür.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

