Azərbaycan tolerantlıq nümunəsidir
26.11.2022 [11:00]
Bu, bizim böyük üstünlüyümüzdür
Dünyaya tolerantlıq və dialoq məkanı olaraq nümunə göstərilən Azərbaycanda multikultural dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Yerləşdiyi Cənubi Qafqaz regionunun siyasi-iqtisadi lideri sayılan Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi də hər zaman yüksək dəyərləndirilir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə tolerantlıq, mədəni dialoq mühitinin əsas ünsürləri şəklində çıxış edir və birləşdirici funksiya daşıyır. Bu, 2020-ci ilin Vətən müharibəsində də özünü bariz şəkildə ortaya qoydu. Çoxmillətli ölkə olan Azərbaycanda yaşayan bütün xalqlar bir yumruğa çevrilərək Vətən uğrunda mübarizəyə qoşuldular. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi: “Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar”.
Vurğulandığı kimi, Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkədir. Azərbaycanda hər zaman hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb. Beləliklə, Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi tanınıb. Bu fakt noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edərkən də vurğulanıb. Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirib.
Əlbəttə ki, Azərbaycanda tolerantlığın həyat tərzi olmasının xarici qonaqlar tərəfindən də məmnunluqla vurğulanması mühüm amillərdəndir. Məsələn, kanadalı yazıçı, redaktor, “The Times of Israel” nəşrinin şərhçisi Robert Sarner STMEQİ beynəlxalq xeyriyyə fondunun saytına verdiyi açıqlamada Azərbaycana səfərindən danışıb. Azərbaycana səfərin onda çox güclü təsir bağışladığını deyən yazıçı səfər çərçivəsində Qırmızı Qəsəbəyə getdiklərini, orada yaşayan dağ yəhudilərinin ənənələri və mədəniyyəti ilə yaxından tanış olduqlarını deyib. Bildirib ki, müsəlman ölkəsində yəhudilərin mədəni irsini qoruyub saxlamaq mümkün olmuş bir yaşayış məntəqəsinin mövcud olması, həqiqətən, təəccüblüdür: “İndi Azərbaycandakı yəhudilərin həyatı barədə geniş məlumatım var. Təbii ki, bir ölkəni və onun xalqını anlamaq üçün həmin ölkəyə getmək lazımdır. Deyirlər, Azərbaycan bütün dünyada real tolerantlıq nümunəsi kimi tanınıb, amma bunu öz gözləri ilə görüb yəqin etmək daha yaxşıdır. Biz, həqiqətən, yəqin etdik ki, bu gözəl ölkədə müxtəlif xalqların nümayəndələri dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar”.
Kanadalı yazıçı bildirib ki, onu ən çox maraqlandıran bu gün yəhudilərin Azərbaycanda necə yaşaması, onların Azərbaycan cəmiyyətinə, ölkənin ictimai-siyasi həyatına necə inteqrasiya etməsi məsələləri idi: “Bu ölkədə ümumiyyətlə antisemitizm yoxdur. Mən bunu başa düşməyə çətinlik çəkirəm, çünki Azərbaycanda yaşamıram. Dünyanın çox yerində olmuşam, əksər yerlərdə tez-tez antisemitizm barədə eşitməli oluruq. Amma Azərbaycandan söhbət düşəndə hamı deyir ki, bu ölkədə belə bir hal yoxdur. Yəhudi əhalinin dəstəklənməsinə görə mən bu ölkənin hökumətinə minnətdaram”.
Beləliklə, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Eyni zamanda qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi sərgiləməkdədir. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir.
Pərviz SADAYOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

