Beş milli prioritetdən biri - Böyük Qayıdış
14.12.2022 [10:24]
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır
Nicat DİLQƏMLİ
44 günlük Vətən müharibəsində əldə olunan parlaq Zəfər 30 ilə yaxın müddət davam edən haqsızlıqlara son qoymuş oldu. Xalq-Ordu-İqtidar birliyi nəticəsində qazanılan qələbə ilə Azərbaycan tarixi ədaləti bərpa etdi - tarixi torpaqlarımız düşmən tapdağından xilas oldu. Bu, təkcə dədə-baba yurdlarımızın azad edilməsi deyil. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə ilə bütün memarlıq abidələrimiz, milli-mədəni irsimiz yenidən canlandı. Düşmənin uzun illər işğal altında saxladığı torpaqlarda Azərbaycan izlərini silməyə çalışması hər kəsə məlumdur. Bu fakt Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərdə dağıdılmış abidələrdə özünü bir daha aydın şəkildə göstərir. İşğal dövründə düşmənçilik siyasəti yürüdən Ermənistan Qarabağda daşı daş üstündə qoymayıb desək, daha uyğun olardı.
Bu səbəbdən də qədim yurdlarımızda abadlıq-quruculuq işlərinin görülməsi olduqca vacib və əhəmiyyətli idi. Güclü dövlət olan Azərbaycanda Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə abadlıq-bərpa-quruculuq işlərininin həyata keçirilməsinə başlanıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən bərpa-quruculuq işləri uğurla davam etdirilməkdədir. Bu yerdə dövlət başçımız tərəfindən imzalanan müvafiq sənədlər əsasında təsdiq edilən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair dövlət proqramlarını da xatırlatmaqda böyük fayda var. Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Sənədin əhatə dairəsi kifayət qədər genişdir. Sənəddə işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
2020-ci ilin noyabr ayından etibarən azad olunan ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılmasına başlanıb. Ümumiləşdirsək, Böyük Qayıdışı bir neçə mərhələyə bölmək olar. Burada ilk əsas məsələ vətəndaşların təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsidir. Məhz bu səbəbdən də həmin ərazilərdə mənfur düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi olduqca vacibdir. Digər bir məqam işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması məsələsidir ki, bu istiqamətdə də xeyli işlər görülüb və bu gün də davam etdirilməkdədir.
Ümumiyyətlə, yola salmağa hazırlaşdığımız 2022-ci il, həm də işğaldan azad edilmiş ərazilərdə görülən işlərin uğurlu nəticələri ilə yadda qaldı. Məhz bu ilin oktyabrında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Bundan başqa, Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Qeyd edilən hər iki məqam Azərbaycan tarixi üçün çox böyük əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, 2 il ərzində Böyük Qayıdış layihəsi çərçivəsində görülən işlərin əhatə dairəsi çox genişdir. Bu isə çox böyük məbləğdə vəsait tələb edir ki, məhz bu məqsədlə son iki ildə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 mlrd. manatdan çox vəsait yönəldilib. Bu barədə Baş nazir Əli Əsədov məlumat verib. Baş nazir qeyd edib ki, ilkin hesablamalara görə, İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 mlrd. manat vəsait tələb olunur ki, bunun 19,2 mlrd. manatı (58,7%) işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək. 2023-cü ilin dövlət büdcəsinə gəldikdə, Baş nazir bildirib ki, İnkişaf Strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 mlrd. manat vəsait nəzərdə tutulub ki, onun da 3 mlrd. manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərdir (2022-ci ilə nisbətən 12,4 faiz çox). Son iki ildə isə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 mlrd. manatdan çox vəsait yönəldilib.
Baş nazir fikirlərinə belə davam edib: “Hamımız böyük fəxr və qürur hiss edirik ki, 2 il bundan əvvəl işğal altındakı torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub”. Ə. Əsədov qeyd edib ki, qazanılan şanlı qələbədən sonra Prezidentimiz qlobal prosesləri, postpandemiya və postmüharibə dövrünün çağırışlarını nəzərə alaraq milli prioritetləri təsdiq edib: “Milli prioritetlər cəmiyyətimizin inkişaf çağırışlarını nəzərə alır. Bir-biri ilə qarşılıqlı əlaqədə olan milli prioritetlər gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək. Milli prioritetlərin icrası iki dövrə bölünür. Birincisi, 2022-2026-cı illəri əhatə edir. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərə çatmasıdır. Beş milli prioritetin hər biri eyni dərəcədə vacibdir. Lakin dördüncü milli prioritet kimi müəyyən edilən azad edilmiş ərazilərə Böyük Qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır”.
Qısa müddət ərzində əldə olunan nailiyyətlər bir daha onu deməyə əsas verir ki, dövlətin prioritetləri sırasında ilk yerlərdə qərarlaşan Böyük Qayıdış planı üzrə icra edilən işlər qarşıdakı illərdə də yüksək səviyyədə davam etdiriləcək, vətəndaşların təhlükəsiz qayıdışı, onlar üçün lazımi şəraitin yaradılması təmin ediləcəkdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

