Ölkəmiz tolerantlıq məkanıdır
26.01.2023 [10:30]
Avropada isə İslam dəyərlərinə hörmətsizlik davam edir
Nardar BAYRAMLI
Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzə qədər davam edir. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiqdir. Ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği dövlətin prioritetlərindən biri olub. Şübhəsiz ki, Azərbaycanın dövlət-din münasibətləri zəngin tariximizə, eləcə də tolerant ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca təminatlarından biridir desək, yanılmarıq. Bu gün Azərbaycan dünyada müxtəlif dinlərin mədəni irsinin qorunub saxlanıldığı məkanlardan biri kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan dini tolerantlığın ən uğurlu modelini yaradıb, ərazisində fərqli mədəniyyət və sivilizasiyaların harmoniyasına nail ola bilib.
Ümumiyyətlə, Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı, dini tolerantlıq, multikulturalizm, o cümlədən dini dəyərlərimizə olan münasibətlər daim cəmiyyətimizin diqqət mərkəzində olub. Ölkəmizdə dövlət-din münasibətləri istiqamətində həyata keçirilən uğurlu siyasətin davamı olaraq Azərbaycan dəfələrlə beynəlxalq dini konfransların keçirilməsinə rəhbərlik edib. Xüsusilə dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişafı qeyd edilən konfransların əsas müzakirə mövzuları olub.
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir və Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, ölkəmizin tolerantlıq modeli dünyanın bir çox universitetlərində öyrənilir. Eyni zamanda, Azərbaycanda dini abidələrin, məscidlərin, məbədlərin qorunması, bərpası, dini etiqad azadlığının milli dəyərlərimizin əsasında inkişaf etməsi həmişə diqqət mərkəzində yer alıb. Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə “Təzəpir”, “Bibiheybət”, “Cümə” və “Şamaxı” məscidlərinin tam əsaslı bərpasının həyata keçirilməsi birbaşa Azərbaycan xalqının milli dəyərlərinin ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. Dini adət-ənənələrimizə hörmət əlaməti olaraq dini məbədlərimizin qorunması, onların yenidən qurulması Azərbaycan dövlətinin və xalqının həmişə diqqət mərkəzindədir.
Bütün bunların fonunda təəssüf ki, Avropada islamafobiya meyilləri ötən illər ərzində xeyli artıb. İndiyə qədər bir sıra Avropa ölkələrində müsəlmanlar üçün müqəddəs olan Məhəmməd peyğəmbər təhqir olunub, “Qurani-Kərim” yandırılıb. Yeri gəlmişkən, yanvarın 21-də İsveçin paytaxtı Stokholm şəhərində Türkiyənin bu ölkədəki səfirliyinin qarşısında keçirilən aksiya zamanı ekstremist sağçı partiya olan “Ştram Kurs”un sədri, danimarkalı siyasətçi Rasmus Palu tərəfindən İslamın müqəddəs kitabı yandırılıb. Təəssüf doğuran hal odur ki, “Quran?-Kərim”in yandırılacağı əvvəlcədən elan olunsa da, ölkənin hüquq-mühafizə orqanları həmin aksiyanın keçirilməsinin qarşısını almayıb. Müsəlman dünyası bu hadisəyə kəskin etirazını bildirib. Eyni zamanda, bir sıra Qərb və Avropa dövlətləri tərəfindən həmin hadisə etirazla qarşılanıb. Lakin təəccüblü odur ki, NATO-nun baş katibi Yens Stoltenberq İslamın müqəddəs kitabının yandırılmasını “söz və fikir azadlığı” ilə əlaqələndirib. Onun bu mövqeyi də müsəlman ölkələri tərəfindən tənqid edilib.
Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Qərbdə “Quran”ın yandırılması, ona hörmətsiz münasibətin baş verməsi ilk dəfə deyil. Bu hadisə artıq dəfələrlə bütün Avropanın gözü qarşısında təkrarlanıb. İsveçdə də baş verən son hadisəyə polis heç bir reaksiya vermədi. İllər öncə Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə də Qərbdə ciddi reaksiya verilməmişdi. “Məsələnin insan hüquq və azadlıqları ilə əlaqələndirilməsinə gəldikdə isə bu, absurd və qəbuledilməzdir. Üzrü qəbahətindən daha böyük məsələdir. Bu əməli törədənlər onun hansı qarşıdurmalara gətirə biləcəyini nəzərə almalıdırlar. Tarixdə ən ağır, ən faciəvi müharibələr dini zəmində olub. Onlar bilməlidirlər ki, bu əməlləri ilə həm də dinlərarası ədavəti qızışdırmış olurlar. Bütün bunlar onu göstərir ki, Qərbdə artan islamafobiyanın qarşısı qətiyyətlə alınmalıdır. Belə məsələlərə yalnız müsəlmanlar deyil, digər dinlərin liderləri, tanınmış siyasətçi və ictimai xadimlər də mütləq reaksiya verməlidirlər”, - deyə C.Məmmədov qeyd edib.
Millət vəkilinin sözlərinə görə, tarixdə müsəlmanların digər dinlərin müqəddəs kitablarına hörmətsiz yanaşması ilə bağlı bir dənə fakt belə yoxdur: “Çünki İslam müsəlmanlardan digər dinlərə hörmətlə yanaşmağı tələb edir. Burada belə bir sual yaranır. Müsəlmanların digər dinlərin müqəddəs kitablarını yandırması həmin dinlərin daşıyıcılarına xoş gələrdimi? Əlbəttə yox. Ona görə bu məsələdə siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin diqqətli olmasına ciddi ehtiyac var. Siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs digər dinlərin və xalqların dəyərlərinə hörmətlə yanaşmağı bacarmalıdır. Əks halda, zamanla dini müstəvidə qarşıdurma və dözümsüzlük halları daha da artacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24

