Dövlət siyasətinin iki mühüm istiqaməti
02.02.2023 [10:46]
Vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Günel ABBAS
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələrindən idi. Məhz bu prinsiplər üzərində qurulan Azərbaycan dövləti yüksək sürətlə inkişaf edərək beynəlxalq arenada özünəməxsus yer tutub.
Milli Məclisin üzvü Naqif Həmzəyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyevin vətəndaş cəmiyyətinin inkişafı üçün həyata keçirdiklərini saymaqla bitməz: “Vətəndaş cəmiyyəti institutlarının hüquqi bazasının yaradılmasında, maddi və texniki bazasının formalaşmasında, bilik və bacarıqlarının artırılmasında ulu öndər Heydər Əliyevin xidmətləri olduqca böyükdür. Əslində bütün bunları o yaradaraq indiki QHT-lərə miras qoydu. Sözün həqiqi mənasında bu gün Azərbaycanda formalaşan vətəndaş cəmiyyəti, QHT sektoru ulu öndər Heydər Əliyevin mənəvi mirasıdır. Bu, ulu öndərin daha bir tarixi xidməti idi. Əslində Heydər Əliyev 1995-ci ildə Konstitusiyanın qəbulu ilə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində ilkin addım atdı.
Onun ən böyük xidmətlərindən biri isə əsasını qoyduğu dövlət ənənələrinin bu gün də uğurla davam etdirilməsidir. Təbii ki, dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini böyük müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib, öz milli peykini orbitə çıxardıb. Belə bir dövlətin vətəndaş cəmiyyəti də təbii ki, inkişaf etmiş, nümunəvi olmalıdır. Ulu öndər Heydər Əliyevin apardığı və bu gün davam etdirilən siyasətin nəticələridir ki, bu gün Azərbaycanda müstəqil, güclü, azad, peşəkar vətəndaş cəmiyyəti yaranıb və inkişaf edir”.
Deputat qeyd edib ki, həm xarici, həm də daxili siyasətdə dövlət və millət adına böyük uğurlara imza atan İlham Əliyev bütün sahələrdə olduğu kimi xüsusi olaraq vətəndaş cəmiyyətinin dövlət daxilində bir institut kimi formalaşması üçün də çox mühüm qərarlar qəbul edib: “Qeyri-hökumət təşkilatları ilə yanaşı, müstəqil mətbuatın, siyasi partiyaların da dövlət tərəfindən dəstəklənməsi bu sırada dayanan önəmli faktorlardandır. Bu təcrübəyə bir çox demokratik ölkələrdə belə təsadüf edilmir. Prezident İlham Əliyev Azərbaycanda güclü vətəndaş cəmiyyətinin formalaşmasına dəstək vermək üçün ilk dəfə yerli qeyri-hökumət təşkilatlarına dövlət büdcəsindən qrantlar verilməsinin əsasını qoydu. Bu addım ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında dönüş mərhələsi oldu.
27 iyul 2007-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiqləndi. Bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən geniş müzakirələrdən sonra Prezidentin 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müstəqil bir qurum olaraq yaradıldı. Azərbaycan cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin artırılması, onların sosial problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsi kimi məsələlər əsas məqsədlər olaraq seçildi”.
Onun sözlərinə görə, bu ənənənin nəticəsidir ki, hazırda Azərbaycan vətəndaş cəmiyyəti institutları artıq qabaqkı kimi hansısa çətinliklərlə qarşılaşmır: “İndi QHT-lər dövlət qurumlarında partnyor tapmaqda aciz deyillər, əksinə onların ən güclü, ən yaxın partnyoru dövlət qurumlarıdır. Hazırda Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarına nəinki mənəvi və siyasi dəstək, eyni zamanda böyük məbləğlərdə maliyyə dəstəyi də verir. Bu gün bunu Prezident İlham Əliyev həyata keçirir. Dövlət başçısının qəbul etdiyi qərarlar şübhəsiz ulu öndərin siyasətinin davamıdır. Bu gün biz rahatlıqla deyə bilərik ki, həqiqətən də vətəndaş cəmiyyəti institutları çox ciddi əsaslar üzərində qurulubdur. Bu müddət ərzində Azərbaycan qürur duya biləcək, çox mühüm tarixi nailiyyətlərə imza atıblar və bunu missiyanı uğurla davam etdirirlər.
Göründüyü kimi ölkəmizə yorulmadan xidmət edən, xalqın ona olan inam və etimadını layiqincə doğruldan İlham Əliyev ölkəmizin dünyanın ən sivil dövlətlərindən birinə çevrilməsi və dünya dövlətləri arasında rəğbətlə qəbul edilməsi üçün vətəndaş cəmiyyətinin inkişafına hədsiz dərəcədə böyük təkan verib və verməkdə davam edir. Bu isə gələcəkdə sözügedən sahənin daha böyük uğurlara imza atacağını labüdləşdirir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42

