Qərəzli mövqe - əsassız iddialar
05.04.2023 [10:42]
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Nicat Dilqəmli
Söz və mətbuat azadlığının təmin olunması demokratiyanın vacib amillərindən biri hesab olunur. Bu mənada ifadə, fikir azadlığının təmin olunmasının, azad mətbuatın inkişafının xüsusi önəmi vardır. Sevindirici haldır ki, demokratik dəyərlərin hər zaman qorunduğu Azərbaycanda da azad medianın inkişafı dövlətin diqqət mərkəzində saxlanılır. Ölkəmizdə mətbuatımızın inkişafının təmin edilməsi birbaşa olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-in inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuş oldu. Bununla da ölkəmizdə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı.
Ulu öndər tərəfindən əsası qoyulan bu siyasət bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə medianın inkişafının hər zaman xüsusi diqqət mərkəzində saxlanılması, bu sahədə yeni-yeni islahatların uğurla həyata keçirilməsi, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətin media mənsublarına yüksək diqqət və qayğı ilə yanaşdığının əyani nümunələrindəndir.
Azərbaycan mediası da dövlətçilik prinsipinə sadiqliyini nümayiş etdirərək hər zaman milli maraqların müdafiəçisi qismində çıxış edir. Bu gün ölkəmizdə fəaliyyət göstərən müstəqil KİV-in hər birində fikir, söz və məlumat azadlığının qorunması prioritet istiqamət kimi müəyyənləşdirilib, onların fəaliyyətində obyektivlik, qərəzsizlik prinsipləri əsas götürülür. Lakin təəssüf ki, bu reallıqları görməyən və ya görmək istəməyənlər də az deyil, elə İran kimi.
Bugünlərdə Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim etməsi bir daha İranın əsl niyyətini və qərəzli mövqeyini ortaya qoymuş oldu. Belə ki, etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının “nalayiq və təhqiramiz hərəkətləri”nin davam etməsindən narahatlığını bildirib: “İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran mediası bu əxlaqsızlığın davam etməsi fonunda iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri verəcəyi barədə xəbərdarlıq edir”.
Ümumiyyətlə, İranın Azərbaycan mediasına qarşı bu cür “əxlaqlı” iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya qətiyyən uyğun deyil. Ona görə ki, Azərbaycana qarşı illərdir fəaliyyət göstərən, ölkəsində deyil, yalnız Azərbaycanda yayılan “Səhər” kimi bir kanalı maliyyələşdirən Tehran ən azı bu fakta görə Azərbaycan mediasında hər hansı məqaləyə görə etiraz edə bilməz.
Bundan başqa, SEPAH-a bağlı media və Teleqram kanalları az qala hər gün Azərbaycana qarşı hədələyici videolar paylaşır, bir çox halda isə Azərbaycanın dövlət atributlarını təhqir edir. Azərbaycana qarşı bu cür təbliğat aparan, onu hər addımbaşı hədələyən bir ölkə Azərbaycan mediasını ittiham etmək və buna görə nota vermək haqqını çoxdan itirib.
İranın bu addımı media nümayəndələri tərəfindən də hiddətlə qarşılanıb. Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə fikirlərini bölüşən media eksperti Azər Həsrət deyir ki, İran Azərbaycan mediasını ittiham edəcək ən son ölkə ola bilər: “Yer üzündəki bütün ölkələr Azərbaycan mediasını ittiham etdikdən sonra bəlkə İran da hansısa şəkildə o ittihamlara qoşula bilər. Niyə? Çünki onlar özlərinə, öz medialarına nəzər yetirməlidirlər. Dönüb on illərdir Azərbaycan türklərini təhqir edən, hətta dövlət mediasına baxsınlar. Onların bizi ittiham etməsi, mediamızın əxlaqına dil uzatması, əlbəttə, ki, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” misalıdır. Yəni əvvəlcə öz medialarına baxsınlar”.
“Ümumiyyətlə, İranın Azərbaycana dil uzatması, söz deməsi ədəbsizliyin ən böyüyüdür. Çünki Azərbaycan o orta əsrlərdə ilişib qalmış, fars molla rejimindən fərqli olaraq dünyanın ən üzdə olan ölkələrindən, dövlətlərindən biridir və dünyəvi dövlətdir. Burada multikulturalizm, tolerantlıq, insan haqları müqayisədə qat-qat yüksək səviyyədə təmin edilir və Azərbaycana gəlib-gedən insanlar da bunu ayrıca vurğulayır”, - A.Həsrət fikirlərinə yekun vurub.
Görünən odur ki, ölkəmizin sürətlə inkişaf etməsi, bütün sahələrdə uğurlar qazanması, beynəlxalq arenada söz sahibi olması və bu kimi bir çox digər faktlar heç də hər kəs tərəfindən müsbət qarşılanmır. Elə ona görə də hər vəchlə ölkəmizə, onun mediasına qarşı qara yaxmağa çalışılır. Bu kimi çirkin kampaniyaların isə heç bir nəticəsi ola bilməz. Çünki Azərbaycan mediası hər zaman həqiqətin yanındadır və ölkəmizdə jurnalistikanın fəaliyyəti obyektivlik prinsipi əsasında təşkil olunur. Elə İrana münasibətdə də...
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

