Dünya azərbaycanlılarını birləşdirən ideoloji bünövrə
13.04.2023 [10:42]
Azərbaycançılıq ideologiyasının təbliği aktualdır
Nicat Dilqəmli
Xalqların vahid məram və məqsədlər ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi, ilk növbədə, milli ideologiya ilə sıx şəkildə bağlıdır. Milli ideologiya qlobal səciyyə daşımaqla yanaşı, hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir. Bu amil cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə bərabər, hərtərəfli tərəqqinin vacib predmetidir. Ölkəmizdə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsinin, təşkilatlanmasının, başqa sözlə, azərbaycançılıq ideologiyasının əsasının qoyulması birbaşa olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu missiyanın reallaşdırılması istiqamətində strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi.
“Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”, - deyən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri isə azərbaycançılığın təməl şüarına çevrilib.
Böyük fəxarət hissi ilə qeyd etmək lazımdır ki, bu gün Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının təbliği Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü qabarıq formada göstərir.
Milli-mənəvi dəyərlərimizə söykənən xalqımızın sarsılmaz birliyi, həmrəyliyimiz 44 günlük Vətən müharibəsi dövründə özünü daha aydın şəkildə göstərmiş oldu. 2020-ci ilin sentyabr ayında Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. İstər ölkəmizdə, istərsə də Azərbaycanın hüdudlarından kənarda yaşayan hər kəs haqq mübarizəsinə öz töhfəsini vermək üçün əlindən gələni etdi. Azərbaycanda yaşayan bütün milli azlıqlar, icmalar ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi.
“Milli ideoloji istiqamətin müəyyənləşməsi, xalqın bu çətir altında birləşməsi milli dövlətçiliyin inkişafına mühüm stimul verir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov səsləndirib.
A.Badamov fikirlərinə belə davam edib: “Azərbaycançılıq ideologiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev bu ideologiyanı tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi və müasir Azərbaycanın milli ideologiyasına çevirdi. Hələ Sovet dövründə respublikamıza birinci rəhbərliyi vaxtı mümkün olan bütün vasitələrlə azərbaycançılığın əsaslarını yaratdı, dirçəltdi və möhkəmləndirdi. O dövrlərdə Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı, milli kadrlarımızın yetişdirilməsi bunu deməyə əsas verir. Müstəqilliyimizin başlanğıcında isə Ulu Öndər bu məfkurəni dövlət ideologiyası olaraq bərqərar etdi. Azərbaycançılığı təbliğ etməkdə Ulu Öndərin məqsədi hər bir azərbaycanlıya vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi. Bu ideologiya dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir”.
44 günlük Vətən müharibəsinin bu ideologiyanın bariz nümunəsi olduğunu qeyd edən A.Badamov haqq savaşında dünya azərbaycanlılarının vahid amal uğrunda birləşdiyini də xatırladıb: “Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın bütövlüyü uğrunda canını ortaya qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində, Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz birlikdə güclüyük” və “Qarabağ Azərbaycadır!” şüarlarını özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi ki, belə də oldu. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi”.
Vətən müharibəsində olduğu kimi, bu gün də aparılan bərpa-quruculuq işlərində səfərbər olmaqdan söz açan deputat vurğulayıb ki, bu gün hər birimiz parlaq qələbəmizin möhkəmlənməsi üçün çalışmalıyıq: “Artıq işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesi uğurla davam edir. Bu regionlarımız yenidən dirçəldilir, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılır. Bununla bağlı mühüm layihələr həyata keçirilməkdə, mühüm proqramlar qəbul olunmaqdadır. İnanırıq ki, qısa zaman kəsiyində Dağlıq Qarabağ və ətrafındakı rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcək. Bu, Azərbaycan xalqı üçün olduqca vacibdir. Bunun üçün də bütün azərbaycanlılar səfərbər olmalıdır. Hər birimiz görülən irimiqyaslı işlərə töhfə verməliyik. Ən azından, milli birliyimizlə, dünyaya nümunə göstərilən həmrəyliyimizlə, sabitliyi və inkişafı hədəfləyən dövlət siyasətini dəstəkləməyimizlə bu prosesdə iştirakçı olmalıyıq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

