Regionlarımızın tərəqqisi yeni mərhələdə
15.04.2023 [11:40]
Bölgələrimiz inkişaf edir...
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycanın inkişafı yalnız paytaxt Bakının deyil, regionlarımızın sosial-iqtisadi inkişafı hesabına da baş verir. Artıq gözlə görünən bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəlki dövrlə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar. Görülən işlər regionlarımızın inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Regionlarımızın inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır.
Bəs regionların zəngin iqtisadi potensialından səmərəli istifadə ilə bağlı əlavə olaraq hansı işlər görülməlidir? Bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün nə kimi güzəşt mexanizmləri təklif oluna bilər?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Deputat qeyd edib ki, dövlət başçısının iqtisadi siyasətində regionların sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər xüsusi yer tutur: “Regionların həm sosial-iqtisadi inkişaf göstəricilərində, həm də iqtisadi inkişaf payında icra olunmuş tədbirlər mühüm nəticələrə gətirib çıxarıb. Bütövlükdə, regionlar qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin açılması, məşğulluğun artırılması istiqamətində xeyli işlər görülüb.
İşğaldan azad olunmuş ərazilərin bərpa olunması ilə bağlı da xeyli işlər görülür. Büdcə vəsaitlərinin bir hissəsi həm də bu istiqamətə ayrılır. Həmin ərazilərdə infrastrukturun yenidən qurulması, əhalinin köçürülməsi, təhlükəsizliyinin təmin olunması üçün dövlət büdcəsindən xeyli vəsait xərclənir”.
Millət vəkili qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icra olunması ilə əlaqədar qoyulan hədəflərə nail olunması üçün 2019-cu ildən etibarən bu günə qədər çox işlər görülüb: “Bütövlükdə əldə olunan nəticələr müsbətdir. Regionlarda sənaye parklarının qurulmasında, kənd təsərrüfatının inkişafının sürətləndirilməsində, yeni iş yerlərinin açılmasında, qaz, elektrik, su, yol infrastrukturunun yenidən qurulmasında görülən işlər inkişafı təmin edəcək mühüm tədbirlərdir”.
Komitə hesab edir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlə başçısının siyasəti bundan sonra da davam edəcək: “Çünki regionların inkişafı bütövlükdə Azərbaycanın tarazlı iqtisadi inkişafına nail olmaq üçün əsas şərtlərdən biridir. Bu, həm də dövlətin iqtisadi siyasətinin də mühüm istiqamətlərindən.
Bütövlükdə, xarici investisiyaların cəlb olunması, özəl sektorun inkişaf etdirilməsi Azərbaycan iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, sahibkarların regionlarımızın inkişafına da mühüm töhfəsini verməyə şərait yaradacaq”.
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafı üçün zəmin yaradacaq
M.Məmmədov bildirib ki, işğaldan azad olunan ərazilərimizin çox böyük iqtisadi potensialı var. Xüsusilə də bu ərazilərin coğrafi mövqeyi Şimal, Cənub, Şərq və Qərb dəhlizlərinin kəsişmə nöqtəsidir: “Bir növ bu əraziləri koordinat sisteminə bənzətsək, ora məhz koordinat başlanğıcı olur. Bu da təbii olaraq logistik fəaliyyətin təmin olunmasında, eləcə də o regionun iqtisadi inkişafına nail olunması üçün çox böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi də digər tərəfdən bu üstünlüyün əldə olunmasına əlavə fürsətlər yaradır. Belə ki, Türkiyənin Mərkəzi Asiyaya çıxışı Zəngəzur dəhlizi vasitəsilə daha operativ həyata keçiriləcək. Yəni bilavasitə Türkiyənin Orta Asiya ilə ticari dövriyyəsinin Zəngəzur dəhlizi üzərindən icra olunması regionun iqtisadi inkişafı üçün zəmin yaradacaq. İşğaldan azad edilən ərazilərdə olan hava limanları hərbi manevlər, siyasi mövqeyin bərkidilməsi üçün deyil, eyni zamanda, həmin bölgənin, bütövlükdə isə ölkənin iqtisadiyyatının qüdrətlənməsinə xidmət edir. Çünki orada həm logistik fəaliyyət var. Bununla yanaşı, turistik əhəmiyyəti də böyük rol oynayır. Məsələn, Füzuli Beynəlxalq Hava Limanı bilavasitə Qarabağ regionunun daxili turizmdən yararlanmasına xidmət edə. Eyni zamanda, orada sənaye parklarının yaradılması ilə bağlı strateji qərarların verilməsi bu regionun iqtisadi inkişafına ciddi töhfə verən faktor olaraq çıxış edir”.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

