Dayanıqlı məskunlaşma üçün yenidənqurma
02.09.2023 [11:51]
“Böyük Qayıdış” proqramının strateji hədəfləri reallaşır
“Böyük Qayıdış” proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət alıb. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri sürətlə aparıldı, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edildi.
Qarabağ işğaldan azad olunandan sonra çox qısa müddətdə bərpa, yenidənqurma işlərinə sürətlə start verildi, güclü infrastruktur layihələr həyata keçirildi, ən qısa müddətdə dünya standartlarına uyğun Zəfər yolu çəkildi. Bu mənada, Şuşanın qısa bir zamanda dirçəldiyinin şahidiyik. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə ilk olaraq Zəngilanda “Ağıllı kənd” layihəsi həyata keçirildi.
Qarabağda əsaslı quruculuq işləri hazırda tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulub. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqrasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır. Düşünürəm ki, bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur regionuna aid olan Kəlbəcər və Laçın bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, yay və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətin bütün imkanları mövcuddur.
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq: “Bildiyimiz kimi, artıq əhalinin doğma yurd yuvasına qayıdışına start verilib. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. 2026-cı ilə kimi isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarına 34 500 ailəni köçürmək nəzərdə tutulur. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışını effektiv həyata keçirmək üçün onların məşğulluq imkanlarını artırılmaq mühüm əhəmiyyət kəsb edir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda bu məsələyə xüsusi önəm verilib. Proqramdakı Tədbirlər Planına görə, onların məşğulluq imkanları qiymətləndiriləcək və qeydiyyatı aparılacaq, həmin şəxslər üçün fərdi məşğulluq proqramları tərtib olunacaq. Eyni zamanda, iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil olunacaq. Min nəfər qısamüddətli ixtisas atrırma, 5 min nəfər isə qısamüddətli təlim proqramlarına cəlb ediləcək. Digər tərəfdən, ərazilərdə işçi qüvvəsinə tələbat müəyyən ediləcək, işəgötürənlərin işçi qüvvəsinə, işsizlərin iş yerlərinə çıxışı üçün səmərəli mexanizm yaradılacaq. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bunlar isə regionda məşğulluğu maksimal səviyyədə təmin edəcək”
Ekspert hesab edir ki, ərazilərin iqtisadi inkişafını sürətləndirmək üçün özəl investisiyaların cəlb olunmasına ciddi ehtiyac var: “Bu gün investorların 70 faizi gözləmə mövqeyindədir. Bölgəyə gələcək istər yerli, istərsə də xarici investorlar ilk növbədə yatırımlarının qorunduğuna əmin olmalıdırlar. Bura həm təhlükəsizliklə, həm də qanunvericiliklə bağlı məqamlar daxildir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minalar, partlamamış hərbi sursatlar, tərkibində partlayıcı olan qurğular və digər partlayıcı qalıqlar mövcuddur. Bu mənada təhlükəsizliyin təmin olunmasının ilkin şərti ərazilərin minalardan təmizlənməsidir. Bütün bu məqamlar Proqramda öz əksini tapıb. Belə ki, yaxın üç ildə 215 min hektar, 2026-cı ilə kimi isə ümumilikdə 280 min hektar ərazilər minalardan təmizlənəcək. Həmin dövr ərzində bölgəyə yatırılan investisiyaların sığortalanması mexanizmlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, xarici ölkələrdəki ticarət nümayəndəlikləri vasitəsilə regionun imkanları barədə marketinq tədbirləri keçiriləcək və müvafiq təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi aparılacaq. Qeyd olunanların və proqramda əksini tapan digər tədbirlərin reallaşması nəticəsində biz yaxın gələcəkdə bu bölgəyə böyük məbləğdə özəl investisiyaların yatırılacağına şahid olacağıq”.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55

