Milli dəyərlərimiz!
05.09.2023 [11:40]
Keçmişimizlə bu günümüzün mənəvi “körpüsü”...
Yeganə BAYRAMOVA
Hər bir milləti dünyada tanıdan və digər xalqlardan fərqləndirən vacib xüsusiyyətlərdən biri onun adət və ənənələrə, yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Xalqımız özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı, dövlətçilik tarixi ilə daim diqqətləri cəlb edib. Min illər boyu formalaşan və xalqımızın yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır.
Güclü dövlətçilik quruculuğu ilə adət-ənənələr və onların formalaşdırdığı milli dəyərlər sistemi arasında sıx vəhdət var. Bu baxımdan hər bir dövlətin gücü adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən asılıdır. Daha dəqiq desək, güclü və qüdrətli dövlətin meydana çıxmasında adət və ənənələr münasibətlərin tənzimləyicisi, istiqamətvericisi funksiyası ilə önəmli rol oynayır.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən sosioloq Sahib Altayın sözlərinə görə, dövlətin və xalqın var olması üçün onun dövlətçilik ənənələrinin, elm və mədəniyyətinin, eləcə də milli dəyərlərinin qorunması vacibdir. O, qeyd edib ki, bu gün Azərbaycanın dövlətçilik tarixi və elm-mədəniyyəti uğurla təbliğ edilir, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilir: “Azərbaycanda milli adət-ənənələr mühafizə olunur və inkişaf etdirilir. Xalqımızın milli dəyərlərinə və mədəni irsinə bağlılığı dövlətçilik tarixinin qorunması üçün ən böyük töhfədir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqının əksər nümayəndələri tariximizin müxtəlif mərhələləri, həmçinin 30 illik müstəqillik dövrü barədə kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, müstəqillik dövründə milli-mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işi əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini verib. Qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində heç zaman Qarabağda olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəsil Ali Baş Komandanın rəhbərliyi altında Zəfər çaldı. Bu, Azərbaycan gəncliyinin, eləcə də xalqının tariximizə olan diqqəti kimi dəyərləndirilməlidir”.
S.Altay bildirib ki, Azərbaycan gəncləri dünyanın hər yerində ölkəmizlə bağlı həqiqətləri yayır. Həmçinin, öyrəndikləri təcrübələri Azərbaycanda tətbiq edirlər: “Azərbaycan dövlətçiliyi həyatın bütün sahələrində, o cümlədən gənclər üçün hər cür şərait yaradıb. Ona görə də gənclərimiz və hər birimiz dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği ilə bağlı əlimizdən nə gəlirsə etməliyik”.
Sosioloqun qənaətincə, Azərbaycanda ailə institutu tarixən möhkəm olub, milli dəyərlərimizin əsas sütunu olan qocaya, qadına, uşağa hörmət xalqın bir çox nümayəndələri tərəfindən şüurlu şəkildə icra edilir: “Əlbəttə ki, bu mənada müəyyən boşluqlar da müşahidə edilir ki, onları qloballaşmanın nəticəsi kimi qəbul etmək lazımdır. Bəzən Avropa dəyərlərinin mənimsənilməsi və Avropaya inteqrasiya adı altında milli adət-ənənələrə zidd olan elementlərin təbliği təəssüf doğurur. Yəni milli dəyərlərimizlə uzlaşmayan elementlərin təbliği qəbuledilməzdir. Lakin biz istəsək də, istəməsək də, bu prosesin içindəyik və qloballaşmanın dalğası ilə üz-üzə qalmaq məcburiyyətindəyik. Sözsüz ki, qloballaşma nəticəsində bir çox xalqların, etnik qrupların dilləri və adət-ənənələri itib gedəcək. Deməli, yalnız o dövlətlər və xalqlar öz dilini, adət-ənənələrini qoruyub saxlaya biləcəklər ki, onlar öz tarixini yaşadır, milli-mənəvi dəyərlərini, elm-mədəniyyətini və folklorunu daim təbliğ edir. Milli kimliyini mühafizə edərək gənc nəslə ötürən cəmiyyət bir xalq və dövlət kimi daim mövcudluğunu qoruya bilər. Ona görə də hər bir Azərbaycan vətəndaşı dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğinə ciddi önəm verməlidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

