İnkişaf bölgələrdən başlayır
08.09.2023 [11:47]
İqtisadiyyatın dinamik inkişafı üçün onun dayanıqlı olması və şaxələndirilməsi zəruridir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunmalıdır.
Prezident İlham Əliyevin də öz çıxışlarında mütəmadi olaraq vurğuladığı kimi, regionların inkişafı ölkəmizin iqtisadi yüksəlişinə təkan verir. Bu mənada, bölgələrdə sahibkarların hansı işlərlə məşğul ola bilməsi, sahibkarlıq və investisiya mühitinin daha münbit olması istiqamətində dövlətin addığı addımlar, edilən güzəştlər, kiçik və orta sahibkarlıq və s. - bütün bunlarla bağlı televiziyalarda, saytlarda hər bir üsuldan istifadə etməklə xüsusi təbliğat-təşviqat işi aparmaq lazımdır.
İqtisadçı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hər regiona aid 3-4 dəqiqəlik sosial təşviqat çarxları olsa, bu bölgələrdə təbliğat üçün kifayətdir: “İnsanlara bunu çatdırmaq lazımdır. Bu gün urbanizasiya problemi nəticəsində Bakıya və digər böyük şəhərlərə regionlardan axın sürətlənib. Düzdür, indi proses geriyə qayıdır, amma bu, bizi o qədər də qane etmir. İstəyirik ki, insanlar tezliklə regionlara qayıdıb orada işlər görsünlər. Bunun üçün şərait var. İnfrastruktur layihələrinin hamısı həyata keçirilib. Torpaqların satışı, icarəsi ilə əlaqədar daha rahat şərait var. Maliyyə alətlərindən - kreditlərdən hansı faizlə hansı biznesə götürmək mümkündürsə, bu barədə də təbliğat olmalıdır. “CBC” kanalında rus dilində həftədə bir dəfə “Sahibkar saatı” verilişini aparıram. Ən uğurlu sahibkarları efirə dəvət edirik, onlar öz işləri, bu sahədəki inkişaf və problemlər barədə danışırlar. Təəssüf ki, dəvət olunan sahibkarların 90 faizdən çoxu şəhərdə işləyənlərdir. Bizə daha çox regionları əhatə etmək lazımdır. Düşünürəm, regionlarda sahibkarlıq fəaliyyəti ilə bağlı ən birinci saytlar daha çox yazmalıdır. Uğurlu sahibkarlar barədə məlumat verməlidirlər, onların gördükləri işlər, üzləşdikləri problemlər, təklif və tələbləri işıqlandırılmalıdır”.
Deputat deyib ki, dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində addımlar atılır, şərait yaradılır: “Amma bunun təbliği, informasiyanın çatdırılması gücləndirilməlidir. Təbliğat-təşviqat kampaniyasını daha çox bu işləri daha dərindən bilən dövlət qurumları aparmalıdır. Dövlət qurumlarının da mövqeyi ortaya qoyulmalıdır. Əfsus ki, informasiya qıtlığı var. Bir çox insan bilmir ki, bu gün Azərbaycan dövləti regionlarda sahibkarlığın inkişafı üçün nə şərtlər, güzəştlər tətbiq edir. Bu barədə daha çox danışılmalıdır. Bu gün sahibkarlıq bir sinif kimi inkişaf edib. Burada hamımızın rolu olmalıdır”.
O qeyd edib ki, bu istiqamətdə qəbul edilmiş proqramlar əsasında regionların inkişafına nail olunduğunu deyə bilərik. Amma Bakıdan kənarda yerləşən şəhər və rayonlarımızda ən ciddi problem məşğulluq probleminin qalması və sahibkarların regionlara daha az investisiya qoymalarıdır. Bu istiqamətdə daha çox dövlətin üzərinə yük düşür. Çalışmalıyıq ki, regionlara iş adamlarının cəlb olunmasına marağı artıraq. Regionlarımızı bu məsələdə cazibədar edək. Bununla yanaşı, Sovet dövründə zavod və fabrik kimi fəaliyyət göstərən ərazilər bəzi şəxslər tərəfindən özəlləşdirilib. Bu gün həmin ərazilər ya boş qalıb, ya da təyinatından kənar məqsədlər üçün istifadə edilir. Həmin müəssisələri yenidən bərpa edə bilsək, düşünürəm, məşğulluq probleminin həllinə çox böyük dəstək ola bilərik. Əvvəlki dövrlərdən fərqli olaraq hazırda şəffaf vergi sistemini görürük. Bu da istər-istəməz sahibkarların regionlarda fəaliyyət göstərmələri üçün zəmin yaradır. Çalışmalıyıq ki, regionlarda azad iqtisadi zonaların sayını artıraq, vergi aşağı faizlərlə yığılsın, sahibkarların məhz regionlarda müəssisələr qurub iş yerləri yaratmağa maraqları olsun.
Belə olacağı təqdirdə regionlarımızda həm yeni iş yerləri yaranar, həm əhalinin məşğulluq problemi həll edilər, həm də regionlara yeni investisiyalar qoyular. Paytaxtla regionlar arasındakı fərq daha da azalmış olar. Savadlı kadrların bölgələrdə qalıb çalışmaları üçün zəmin yaratmalıyıq. Xüsusilə universitetlərdə çalışan gənc alimlərin mənzil problemlərinin həllinə marağı artırmalıyıq. Hətta ipotekaların verilmə şərtlərində universitet müəllimləri, gənc alimlər üçün münbit şərait yaratmalıyıq. Bacardığımız qədər çalışmalıyıq ki, gənc kadrlar paytaxta üz tutmasınlar, ölkədən kənara getməsinlər. Öz rayon və şəhərlərində qalıb işləsinlər. Regionlarda yerli kadrların işlə təmin edilməsinə üstünlük verməlidoir. Rahatlıq yaratmalıyıq ki, onlar dövlət qulluğuna qəbul, yaxud digər müəssisələrdə işə qəbul zamanı həmin regiondan olan kadrlara daha çox üstünlük verilsin”.
Günel ABBASOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

