İKT-nin inkişafının üstünlükləri
12.09.2023 [10:47]
Əsas məqsəd İKT-nin təhsilə vaxtında və səmərəli tətbiqidir
İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Ölkəmizdə İKT-nin daha yüksək səviyyədə inkişafı üçün qarşımızda duran əsas vəzifələrdən biri də yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiqidir. Məlumdur ki, ilk addımlar məktəb səviyyəsində atılmalıdır. Düzdür, respublikamızda fəaliyyət göstərən bəzi özəl məktəbəqədər müəssisələrdə kiçikyaşlı uşaqlar kompüterlə tanışlığa başlayır, onların təlimində kompüter vasitəsilə aparılan məntiqi oyun və tapşırıqlarla rastlaşırıq. Amma kompüter biliklərinin əsası məhz orta məktəbdə qoyulmalıdır.
Ümumiyyətlə, məktəbəqədər yaşlı uşaqların kompüterdən istifadəsi onların sağlamlığı üçün çox təhlükəli ola bilər. Yalnız məktəbdə şagirdlərə bu sahə haqqında geniş məlumat verilməli, onların sərbəst şəkildə kompüterlərdə işləmələrinə şərait yaradılmalıdır. Əgər əvvəllər kompüterdə işləməyi bacarmaq kompüter savadı hesab olunurdusa, artıq bu indi ümumi savad hesab olunur. Kompüteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çətindir.
Təhsil eksperti Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, indi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil: “İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da dəyişir. Onun məqsədi məktəblilərdə qərar qəbul etmə bacarığını dəstəkləmək və inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq və mühakimə etməkdir. Şagirdlərin fasiləsiz təhsilə yolu bir növ müəllimlərin fasiləsiz təhsilindən keçir. İKT-nin məktəb praktikasında istifadəsi ilə bağlı olaraq müəllimin rolu dəyişməlidir. Şagirdlərlə aparılan sorğular da tədrisdə İKT-nin istifadənin onlarda özünə inamı və fənnə marağı artırdığını sübut edir. Bildiyimiz kimi, sinifdəki şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə şagirdlər var ki, dərs zamanı onlar öz cavablarının səhv olduğunu düşünür, həmyaşıdlarından və müəllimdən utanaraq cavab verməkdən imtina edir və bununla da daha passiv vəziyyətə düşürlər.
Fərdi kompüter qarşısında əyləşən şagird isə artıq maşından çəkinmir, onunla kompüter arasında əks-əlaqə yaranır, özünün fikirləşdiyi cavabları kompüterə daxil edir, səhvlərini görür, onları kompüterin köməyi ilə düzəldir, mənfi emosiyalardan uzaq olur və nəticədə özünə inamı artır. Fərdi kompüterdən istifadə etdikdə hər bir şagird verilən mövzunu başa düşmədikdə izahatı təkrar izləmə imkanı əldə edir və onu dərk edənə qədər təkrarlayır”.
İKT üzrə mütəxəssis Pərvin Əsədovun sözlərinə görə, İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır: “Belə ki, gözlə görünməyən, rəng və formasını dəyişən əşyaların təsvirini reallaşdırır. Video və ya animasiyalar formasında olan tapşırıqların yaxşı mətn və gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır. İKT-nin təlimdə istifadəsi və təhsil şəbəkələrinin yaradılması təhsilin gələcək inkişafı üçün vacib şərtdir. Əvvəla, İKT-nin geniş tətbiqi müəllimin məqsəd və vəzifəsini daşıyır. İkincisi, məktəbdə təhsil mühitinin yaradılması təhsil biliklərində iştirak imkanı yaradır. Son nəticə olaraq müəllim və şagirdlər bilavasitə sinifdə dərs zamanı və virtual rejimdə birgə işləyə və ünsiyyətdə ola bilərlər.
İnformasiya və kommunikasiya texnologiyaları orta məktəb kursunda bütün fənlərin tədrisində geniş tətbiq olunur. İKT-nin kimya fənninin tədrisində tətbiq olunmasına da xüsusi maraq vardır. Orta məktəblərdə kimyanın tədrisi zamanı kompüter texnologiyalarından istifadə olunması belə bir nəticəyə gəlməyə əsas verir ki, yüksək təlim keyfiyyətinin əldə olunması üçün bu texnologiyadan həm materialın öyrədilməsi, həm də şagird nailiyyətlərinin qiymətləndirilməsi mərhələsində sistematik istifadə olunsun. Müxtəlif maddə molekullarının enerjisinin hesablanması, onların quruluşlarının nəzəri olaraq təyini üçün çoxlu sayda kompüter proqramları mövcuddur. Artıq müasir kimya laboratoriyalarını kompütersiz təsəvvür etmək mümkün deyil. İndiki dövrdə demək olar ki, bütün analiz üsulları kompüterlərin köməyi ilə həyata keçirilir”.
Mütəxəssis qeyd edib ki, kompüter və proyektordan istifadə edilərək sinfin fəallaşdırma mərhələsində əvvəlki mövzular viktorina, müxtəlif oyunlar, frontal sorğular və s. şəkildə soruşula, problemin nədən ibarət olması, onun ətrafında tədqiqatların aparılması, hər bir şagirdin problem ətrafındakı mülahizələri, müəllimin hər bir fikrə münasibəti, ümumiləşdirmə və izahat isə slaydlar vasitəsilə həyata keçirilə bilər. Həmçinin dərs prosesi zamanı müəllim interaktiv dərslikdən, fərqli kimyəvi reaktivlərdən də istifadə edə bilər. Dərslərin tədrisi zamanı “Power Point” proqramından istifadə edərək müxtəlif proqramlarla hazırlanmış mövzular mətn, şəkil, sxem və ya videofayllar şəklində slaydlar vasitəsi ilə sinifdəki şagirdləri fəallaşdırmaq olar.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Sentyabr 09:42

Gündəm
27 Sentyabr 09:30

Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25

Dünya
26 Sentyabr 14:07

Xəbər lenti
26 Sentyabr 14:03

Xəbər lenti
26 Sentyabr 13:49

Xəbər lenti
26 Sentyabr 13:38

Xəbər lenti
26 Sentyabr 13:02

Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20
