Dövlətin maraqlarının müdafiəsi...
26.09.2023 [11:25]
Azərbaycanda prioritet istiqamət olaraq müəyyənləşib
Günel ABBAS
Demokratik inkişaf yolunda inamla addımlayan, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycanda davamlı olaraq siyasi sistemin inkişafına xidmət edən çox mühüm addımlar atılır, ardıcıl islahatlar reallaşdırılır. Bu isə siyasi subyektlərin, ictimai institutların səmərəli fəaliyyətinə, beləliklə, dövlət maraqlarının qorunmasına mühüm töhfələr verir. Ümumiyyətlə, Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması prinsipi hər zaman prioritet istiqamət kimi müəyyənləşib. Cəmiyyət və dövlət maraqları qarşılıqlı olaraq inkişaf etdirilib. Təbii ki, yeni dövr yeni çağırışlar meydana çıxarır və bu mənada, ictimai və dövlət maraqlarının qorunmasını təmin edən başlıca institusional vasitə kimi dövlətin yürütdüyü siyasət də çevik, davamlı olmalıdır. Bu gün qlobal müstəvidə yeni nizam qaydalarnının müəyyənləşdirilməsi prosesi gedir - belə bir məqamda, hər zaman bəşəri dəyərləri yüksək qiymətləndirən, böyük məsuliyyət və ciddi yanaşma sərgiləyən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması mühüm şərt kimi öz aktuallığını möhkəmləndirir.
Təbii ki, burada cəmiyyətin, ayrı-ayrı fərdlər olaraq vətəndaşların üzərinə düşən vəzifə və öhdəliklər də mövcuddur - yəni vətəndaşlıq öhdəliyi, vətəndaşlıq məsuliyyəti dövlət maraqlarının qorunmasının ən mühüm komponentlərindən sayılır. Müasir Azərbaycan cəmiyyətinin intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət olduğunu nəzərə alsaq, ictimai və dövlət maraqlarnın qorunması məsələsində diqqətli yanaşmaların sərgilənməsini də təbii saymalıyıq. Bu mövqe isə xalq olaraq bizim sərhədlərimizdən kənarda daha böyük uğurlara imza atmamzı şərtləndirir. İctimai və dövlət maraqlarını qoruyaraq biz antimilli xarici təsirləri də minimuma salmağı bacarırıq.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dövlət qarşılıqlı ictimai münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Təbii ki, dövlət və ictimai maraqların qorunması kontekstində fərqli siyasi baxışlar və ya fərqli siyasi mövqelər təsiredici amil kimi çıxış edə bilməz: “Siyasi fərqli baxışlar bu məsələdə öz əhəmiyyətini itirməlidir - müxalif düşərgədə olanlar, qeyri-hökumət təşkilatı institutları, eyni zamanda, cəmiyyətin bitərəf, amma nüfuzlu nümayəndələri davranışlarında bu tezisi əsas götürməlidirlər. Bir sözlə, dövlətin, xalqın maraqlarının müdafiə edildiyi müstəvidə fərqli mövqe anlayışı aradan qalxır - burada söhbət dövlətin qorunması, suverenliyin qorunması kimi mühüm məsələlərdən gedir”.
Millət vəkili vurğulayıb ki, ictimai nəzarət də vacib elementlərdən sayılır. Bu iki amil olmasa, dövlətlə insan arasında qarşılıqlı himayə mexanizmi səngiyər - bu isə ümumi işin ziyanınadır. “Hər bir vətəndaşın və ya siyasi təşkilatın ən ümdə vəzifəsi Azərbaycan dövlətinin inkişafı, güclənməsi və təhlükəsizliyi ilə bağlı konsepsiyalar hazırlamaq və bunu cəmiyyətlə bölüşməkdən ibarətdir. Nəticə etibarı ilə dövlətin apardığı milli maraqlara əsaslanan siyasət kursu da mütləq şəkildə müdafiə olunmalıdır. Bu isə öz növbəsində Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün ən mühüm şərtlərdəndir”, - deyən A.İsgəndərov qeyd edib ki, bütün sahələrdə, istər sosial, iqtisadi, istərsə də siyasi sahədə aparılan islahatlar dövlət və ictimai maraqların qorunmasına xidmət edir: “Hesab edirəm ki, dövlət maraqlarının qorunması fonunda cəmiyyətin siyasi palitrada anlaşması, barış mühitində olması vacibdir. Bu, yeni siyasi konfiqurasiyanın konturlarıdır. Azərbaycanda yeni siyasi konfiqurasiya, yeni siyasi münasibətlər sistemi formalaşdırılıb. Bu istiqamətdə ardıcıl islahatlar davamlı hal alıb”.
Onun sözlərinə görə, ictimai və dövlət maraqları bir-birini tamamlayır: “Dövlət maraqları nəzəri cəhətdən, həm də ictimai maraqları özündə birləşdirir. Dövlət cəmiyyətin qurduğu idarəetmə sistemidir. İctimaiyyətin məmnunluğu o halda təmin olunur ki, dövlət tərəfindən görülən tədbirlər insanları məmnun edir. Bu gün hər bir azərbaycanlı öz dövlətinin inkişafı, təhlükəsizliyi üçün bütün gücünü ortaya qoymaldır və qoyur. Əlində, Vətənin sərhədlərinin təhlükəsizliyini qoruyan əsgərlərimizin əldə etdiyi qələbələrin daha da möhkəmlənməsi üçün hər kəs ictimai və dövlət maraqlarını qəti şəkildə qorumağı özünün şərəf borcu bilməlidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30

