İqtisadiyyatın əsas prinsiplərindən biri - sahibkarlıq
29.12.2023 [11:21]
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ilə bağlı ölkəmizdə mühüm proqramlar həyata keçirilir. Bəllidir ki, sahibkarlıq fəaliyyəti iqtisadiyyatın əsas prinsiplərindən birini təşkil edir. Bu gün azad olunmuş ərazilərimizdə azad sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün mühüm layihələr icra olunmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə yaşayan vətəndaşlarımızın sahibkarlıq fəaliyyəti üçün müəyyən zərurət yaranıb.
Qeyd edək ki, həmin ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin bərpası planlaşdırılır. Bu məqsədlə kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olan sahibkarlara və hüquqi şəxslərə əməkdaşlıq təklif edilir. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Yanvarın 1-dən 10 il müddətinə...
Bildirilib ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Həmin ərazilərdə vergi uçotuna alınan və bu fəaliyyəti göstərən vergiödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.
Həmçinin qeyd olunub ki, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.
Sahibkarlara güzəştli kreditlər veriləcək
Sahibkarlıq subyektləri tərəfindən işğaldan azad edilən ərazilərdə xidmət, logistika, istehsal sahələri üzrə fəaliyyət göstərməklə bağlı Sahibkarlığın İnkişafı Fonduna müraciətlər daxil olmaqda davam edir. Fond həm dövlət zəmanətli kredit, həm güzəştli kredit istiqamətində bu sahibkarlarlıq subyektlərinə dəstək göstərir. Eləcə də işğaldan azad olunan ərazilərlə bağlı Fond tərəfindən əlavə maliyyələşmə mexanizmləri üzrə təhlillər aparılır. Bir sözlə, bütün bu sadalananlar Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
2023-cü ilin ötən aylarında Sahibkarlığın İnkişafı Fondu tərəfindən azad olunmuş ərazilərdə çalışan sahibkarların, illik 5 faizədək olmaqla, 1-10 milyon manat arasında güzəştli kreditlərlə çıxışı da təmin edilib. Bu dövr ərzində bir neçə sahibkarın 4 layihəsinə 6 milyon manatadək güzəştli kredit verilib. Kreditlər əsasən yeni istehsal, emal müəssisələrinin yaradılması, eləcə də mövcud müəssisələrin genişləndirilməsi və modernləşdirilməsinə yönəldilir. İşğaldan azad olunmuş ərazilərə indiyədək verilən kreditlər də daha çox sənaye məhsullarının istehsalı və emalı, eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı sahələrinin payına düşür. Yaxın vaxtlarda isə bu ərazilərdə çalışan sahibkarlara daha geniş və əhatəli kredit xətti istifadəyə veriləcək. Biznesin İnkişafı Fondu tərəfindən dövlət zəmanəti ilə təmin ediləcək həmin kreditlərin verilməsi qaydaları müəyyənləşib.
Qaydalara əsasən, sahibkarların əldə edəcəkləri biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti veriləcək və həmin kreditlərin 10 faizi 36 ay müddətinə subsidiyalaşdırılacaq. Məlumdur ki, sahibkarların kredit əldə edən zaman qarşılaşdıqları ən böyük çətinliklərdən biri girov, zəmanət məsələsidir. Subsidiyalaşdırma mexanizminə əsasən, dövlət sahibkarın təminat yükünü öz üzərinə götürəcək. Ümumilikdə, dövlət sahibkara 36 ay ərzində, illik 15 faiz olmaqla, ən yüksək məbləğ kimi 5 milyon manat kredit əldə etməyə imkan yaradacaq. Həmin 15 faizin 10 faizini dövlət özü ödəyəcək, sahibkar cəmi 5 faizini ödəyəcək. Ona görə də azad edilmiş ərazilərdə sahibkarlara dövlət zəmanəti ilə kredit verilərkən onların etibarlılığı və intizamlılığı da nəzərə alınacaq.
Göründüy? kimi, dövlətimiz işğaldan azad olunan ərazilərimizdə sahibkarlığın inkişafı istiqamətində vətəndaşlara güzəştli şərtlər kreditin verilməsi istiqamətində mühüm proqramlar həyata keçirir. Bütün bunlar isə xüsusilə azad edilən ərazilərimizdə liberal iqtisadiyyatın təşviqi üçün böyük zəmin yaradacaq.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33

