Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların sosial-iqtisadi inkişafı...

Regionların sosial-iqtisadi inkişafı...

24.02.2024 [11:30]

Müvafiq Dövlət proqramlarının uğurlu icrası uğurlara yol açıb

Yeganə BAYRAMOVA

Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətimizin ən mühüm prioritetlərindən birini təşkil edir. Qəbul edilmiş müvafiq Dövlət proqramları qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin rifah halının yüksəldilməsinə geniş imkanlar açıb.

Təsadüfi deyil ki, 2003-cü ildə Prezident seçiləndən sonra cənab İlham Əliyevin ilk qərarlarından biri məhz Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” verilmiş Fərman olmuşdu. Bu Fərmanın, eyni zamanda indiyə qədər ayrı-ayrı mərhələlər üzrə qəbul edilmiş Dövlət proqramlarının  uğurlu icrası nəticəsində paytaxtda və ölkənin regionlarında iqtisadi inkişaf daha da sürətləndi, bütün sahələrdə əsaslı dönüş, yüksəliş təmin edildi, mühüm işlər görüldü.

Mövuzunu “Yeni Azərbaycan”a dəyərləndirən iqtisadçı Fuad İbrahimov bildirib ki, bu gün ölkəmizin sürətli inkişafında, tərəqqisində paytaxtla yanaşı, regionlar da önəmli rol oynayır. Onun sözlərinə görə, bölgələrin sosial-iqtisadi mənzərəsi 20 il əvvəllə müqayisədə tamamilə dəyişib: “Görülən işlərin nəticəsidir ki, artıq ölkənin bir sıra şəhər və rayonları büdcədən maliyyələşmir. Bu sırada paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir və digər rayonların adları var. Növbəti illərdə bu sayın daha da artacağı gözlənilir.

Regionların inkişafı naminə uğurla reallaşdırılan Dövlət proqramları qeyri-neft sektorunun, sosial infrastrukturun yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və nəticədə rifah halının yaxşılaşmasına güclü stimul yaradıb. Regionlarda turizm potensialı sürətlə inkişaf edir. Kənd təsərrüfatı sahəsində irəliləyişlər göz önündədir. Yaradılmış münbit şərait, əlverişli imkanlar nəticəsində yerli və xarici investorlar bölgələrimizə sərmayə qoyur, yerli istehsalın artmasına layiqli töhfələr verirlər”.

F.İbrahimov qeyd edib ki, ölkə başçısının müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrdə iqtisadiyyatın, kiçik və orta sahibkarlığın inkişafını sürətləndirir, biznes mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar açır: “Həyata keçirilən tədbirlər regionların iqtisadi inkişafında mövcud olan fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı, ölkəmizin iqtisadi gücünü, qüdrətini daha da artırır. Dövlət başçımızın qeyd etdiyi kimi, “Aparılan siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır”. Bu gün Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlib. Ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulub və modernləşdirilib”.

İqtisadçının sözlərinə görə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə iqtisadi sabitlik qorunub, regionların inkişafı sürətlənib, əhalinin rifahı davamlı olaraq yaxşılaşıb: “Ötən dövr ərzində ölkəmizin beynəlxalq əlaqələri mühüm dərəcədə genişlənib. Beləliklə, beynəlxalq aləmdə nüfuzu güclənmiş Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlayır.

Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına, regionların sosial-iqtisadi inkişafına əsaslanan ölkə iqtisadiyyatının formalaşdırılmasıdır. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə şübhəsiz ki, Qarabağın işğaldan azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ Zəfəri eyni zamanda regionlarımızın sosial-iqtisadi inkişafı, dövlət və ordu quruculuğu sahəsində apardığı siyasətin uğurunu ortaya qoydu. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdi ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu gün həmin bölgələrimizdə nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30