Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün zəruri şərait
08.03.2024 [11:30]
İctimai Şura üzvlərinin “Böyük Qayıdış” prosesində aktivliyi artırılacaq
Milli maraqların və xalqa məxsus milli-mənəvi dəyərlərin qorunması hər bir ölkənin inkişafını təmin edən mühüm amillərdən biridir. Əlbəttə ki, bu prosesdə bir sıra subyektlərlə yanaşı, vətəndaş cəmiyyəti institutları da mühüm rola malikdir. Ümumiyyətlə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafı istiqamətində məhz dövlətin iştirakı ilə xeyli işlər görülməkdədir. Çünki bu istiqamətdə fəaliyyət göstərən təsisatlar müxtəlif layihələr vasitəsilə ictimai həmrəyliyin və milli birliyin təmin olunmasında fəal iştirak edir, vətəndaşların və bütövlükdə, cəmiyyətin milli maraqlar ətrafında səfərbər olunmasına töhfə verirlər.
Bu mənada ölkəmiz siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən siyasi-hüquqi islahatlar, ictimai sektorun inkişafına xidmət edən tədbirlər hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr verməkdədir. Buna ictimai-siyasi institutlaşma tendensiyasının əsasının qoyulmasını, intensivləşdirilməsini, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək mümkündür.
Hüquqi dövlətin vətəndaş cəmiyyətindən fərqi onun qanunlar və digər normativ hüquqi aktlar qəbul etmək iqtidarına və dövlət-məcburiyyət tədbirlərini tətbiq etmək imkanlarına malik olmasındadır. Hüquqi dövlətin özü vətəndaş cəmiyyətinin inkişafı və onun gələcəkdə daha da təkmilləşdirilməsi şəraitində mövcud ola bilir. Həm vətəndaş cəmiyyəti, həm də hüquqi dövlət ümumi məqsədi güdürlər: insana xidmət etmək, onun hüquqlarını, maraqlarını qorumaq və təmin etmək; insanın azadlığı və özünü sərbəst şəkildə ifadə etməsi, onun təşəbbüskarlığı üçün, həmçinin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün şərait yaratmaq, sosial həyatda mühüm amil olan orta sinfin mövcudluğunu təmin etmək və onun sıralarının genişləndirilməsinə nail olmaq və s. Əlbəttə ki, hər bir dövlətin, o cümlədən Azərbaycan dövlətinin və onun vətəndaş cəmiyyəti institutlarının nail olmağa çalışdığı ümumi dəyərlər mövcuddur ki, onların da sırasına şəxsiyyət azadlığı, sosial ədalət, insan hüquqları, xalqın rifahı, sülh və təhlükəsizlik, qanunçuluq, demokratiya və bu gün üçün aktual olan “Böyük Qayıdış” prosesində fəal iştirak daxildir.
Yeri gəlmişkən, bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Komitənin Mətbuat xidmətindən bildirilib ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində komitənin əsas icraçısı olduğu tədbirlərə ictimai dəstəyin təşkili və bununla əlaqədar şuranın fəaliyyət imkanları barədə müzakirə aparılıb.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə gedən bərpa quruculuq işlərini və “Böyük Qayıdış”la bağlı məsələləri şəxsən nəzarətdə saxlamasının, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə həmin ərazilərə müntəzəm səfərlər etməsinin, doğma yurda geri dönən əhali ilə görüşlər keçirməsinin məcburi köçkünlərdə böyük məmnunluq doğurduğu, onların mütləq əksəriyyətinin qayıdışa hazır olduğu bildirilib.
Müvəqqəti məskunlaşma yerlərində İctimai Şuranın üzvlərinin keçirdiyi görüşlərdə məcburi köçkünlərin qayıdış prosesinə dair bir sıra məsələlərlə maraqlandıqları vurğulanıb. Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov onların məlumatlandırılmasına, maarifləndirilməsinə, qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığını, müraciətlərinin Dövlət Komitəsinin müvafiq strukturları ilə birgə araşdırıldığını və qanunvericiliyə uyğun tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağda və Şərqi Zəngəzurda yenidən salınan və bərpası aparılan yaşayış məntəqələrinə sakinlərin köçürülməsi vəziyyəti, onların məşğulluğu məsələlərinin həlli, ümumən, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili barədə ətraflı məlumat verib. İctimai Şura üzvlərinin “Böyük Qayıdış” prosesində aktiv fəaliyyətinin komitə tərəfindən aparılan işə müsbət təsiri olacağı qeyd edilib. Bununla əlaqədar komitənin bütün fəaliyyət istiqamətləri üzrə qərarların qəbul edilməsi prosedurlarında vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.
İclasda müzakirə edilən məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, əməli fəaliyyət üçün təkliflər, tövsiyələr verilib və müvafiq qərarlar qəbul edilib.
Günel ABBASOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

