Dermatoloq: Saç tökülməsi qadınların psixi sağlamlığına mənfi təsir göstərir
20.10.2024 [14:38]
Qadınların üçdə biri saç tökülməsi ilə üzləşir, lakin mütəxəssislər bu sahədə yetərli araşdırmanın olmadığını bildirirlər. Qadınların təxminən üçdə biri həyatları boyu alopesiya kimi tanınan saç tökülməsi ilə üzləşir. Ancaq mütəxəssislər qadın saç tökülməsinin kişi saç tökülməsinə nisbətən yetərincə araşdırılmadığını və bu sahədə araşdırmaların maddi dəstək tapmaqda çətinlik çəkdiyini bildirirlər.
AZƏRTAC xəbər verir ki, dermatoloq Zainab Laftah tədqiqatların çoxunun kişi saç tökülməsi, “keçəllik” məsələsi ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, buna görə də kişilərə xas olan hormonal mexanizmlərin başa düşülməsinə və buna uyğun müalicələrin inkişaf etdirilməsinə daha çox əhəmiyyət verilib: “Qadınlarda daha mürəkkəb mənzərə olsa da, mövzu tədqiqatdan kifayət qədər kənarda qalıb. Son illərdə qadınlar bu məsələni müzakirə etmək üçün onlayn məkanlar yaradıblar. Qadınların saç tökülməsi onların psixi sağlamlığına mənfi təsir göstərir. Qadınların saç tökülməsinə dair məlumatlılığın artırılması tədqiqat və müalicə variantlarının inkişafına kömək edə bilər”.
Dermatoloq bildirib ki, Böyük Britaniya Milli Səhiyyə Xidmətinin məlumatlarına görə, çoxumuz hər gün fərqinə varmadan 50-100 saç telini itiririk: “Ancaq saç tökülməsi daha şiddətli hala gəldikdə, adətən üç əsas vəziyyət üzrə diaqnoz qoyulur. Bu şərtlərin hər birinin fərqli təsiredici xüsusiyyətləri və müalicə variantları var. Ən çox müşahidə edilən vəziyyət androgenik alopesiya və ya qadın tipi saç tökülməsi kimi tanınır. Bu zaman saçın orta hissəsində seyrəlmə müşahidə olunur. Saç tökülməsinin səbəbləri və müalicə variantları haqqında əsasla tədqiqat aparılarsa vəziyyətini anlamaq və bundan əziyyət çəkənlərə müvafiq kömək göstərmək mümkün olar”.
Z.Laftah qeyd edib ki, qadın androgenik alopesiyasının əsas müalicəsi saç böyüməsini stimullaşdıran “Minoxidil” adlı yerli qan təzyiqi dərmanıdır: “Spironolakton və aşağı dozalı oral minoksidil kimi androgenlərin təsirini azaldan oral dərmanlar da təyin edilə bilər. Ancaq bu müalicələrin hamı üçün effektli olacağına zəmanət yoxdur və onlar bahalıdır. Saç tökülməsinə polikistik yumurtalıq sindromu kimi hormonal balanssızlıqlar səbəb olduğu hallarda, hormon əvəzedici terapiya kimi digər müalicə variantları tövsiyə edilə bilər. Saç köklərini hüceyrə səviyyəsində stimullaşdırmağı hədəfləyən kök hüceyrə terapiyası və ekzozom terapiyası kimi araşdırmalar, antiandrogen kremlərin inkişafı ilə bağlı tədqiqatlar davam edir. Bu yeni müalicə üsulları saç tökülməsi ilə üzləşən qadınlar üçün perspektivli alternativlər təklif edə bilər”.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13

