Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / İsrail şirkətindən yenilik: inəksiz inək südü

İsrail şirkətindən yenilik: inəksiz inək südü

18.11.2021 [13:09]

İsrail texnologiya startapı “Imagindairy” heyvandarlıq sektorunu yaxından maraqlandıran sensasion yeniliyə imza atıb. yeniazerbaycan.com Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, şirkət üzərində işlədiyi layihədə “inəksiz inək südü” istehsal edə bilib.

Belə ki, süd zülallarını bitkilərə köçürərək inək südünə oxşayan və dadı inək südünə bənzəyən sözügedən "inəksiz inək südü" prosesə heç bir heyvan cəlb edilmədən laboratoriyada istehsal edilib.

Araşdırmada süd zülallarının DNT kodları süni intellekt sayəsində göbələklərə və digər bitki orqanizmlərinə ötürülür. Layihə uğurla olduğu halda, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli bir addım atılması hədəflənir.

Şirkət layihə üçün 10 milyon dollar investisiya qoyulduğunu, “inəksiz inək südü” məhsullarının 2023-cü ildə satışa çıxarılacağını da açıqlayıb.

Paylaş:
Baxılıb: 1109 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30