Soyuq qütb uğrunda “soyuq müharibə”
25.02.2022 [10:33]
İlhamə HƏKİMOĞLU
Arktikada resurslar və təsir uğrunda rəqabət güclənir
Gözəgörünməz ada yoxsa ilğım?
Bu naməlum, xəritələrdə görünməyən adanı ilk görən yakutiyalı tacir Yakov Sannikov olmuşdu. Hadisə 1810-cu ildə Yeni Sibir adalarına ilk rus ekspedisiyasının təşkili zamanı baş vermişdi. Tacir Sannikov Kotelnı adasının şimalında 70 verst məsafədə yerləşən yüksək daş dağları aydın şəkildə gördüyünü iddia etmişdi. Ondan sonra 2 əsr sirli torpağın axtarışları davam etdi və hələ də müəmmalar açılmayıb.
Bu, hallünasiya və ya miraj deyildi. Bunu ekspedisiyanın rəhbəri, keçmiş hərbiçi Matvey Qadenştr da təsdiq eləmişdi. Sannikov ilğımı real mənzərədən ayırmağı bacaran təcrübəli adam idi. Məhz onun sayəsində Novosibirsk arxipelaqında 3 ada - Bunqe torpaqları, Stolbovoy və Faddeyevski adaları aşkarlanmışdı.
10 il sonra Rusiya və Amerikanın çoxlu sayda ekspedisiyaları bu xəyali torpağın axtarışına çıxsalar da, əliboş döndülər.
Nəticə olmasa da, Sannikov torpaqları barədə əfsanələr gəzməyə başladı. Bu torpağın unikal təbii xarakteri barədə ifadələr səsləndirilirdi. Məsələn, payızda şimal qazları cənuba uçmaq əvəzinə məhz bu xəyali adaya, Sannikov Torpaqları istiqamətinə uçurdular. Yerli şimal xalqlarının əfsanələrində çox uzaqlarda, dənizlərin ortasında, buzlaqların arasında yaşıl bir oazisin olması barədə nağılların dolaşması da Sannikov torpaqları barədə əfsanələri gücləndirirdi. Bu yaşıl oazisi 1930-cu ildə Arktika üzərindən uçmuş bir hərbi təyyarəçi də görmüşdü və iddiasına heç kimi inandıra bilməmişdi.
Əfsanəyə görə, “Mamontların materiki” adlanan bu torpaqda pis ruhlar varmış və yaxınlaşanları dəli edirmiş.
Sannikov torpağının axtarışı ilə təkcə rus tədqiqatçıları məşğul olmayıblar. İyirminci əsrdə Britaniya Admirallığına heyrətamiz bir hesabat gəldi. Şotlandiya adalarından birinə enmiş britaniyalı dənizçilərin başına qeyri-adi şeylər gəlmişdi. Gözlənilmədən onların qarşısında ingilislərə oxşamayan adamlar peyda olub. Bundan sonra dənizçilərin şüurunda və görmə qabiliyyətində izaholunmaz vəziyyət yaranıb. Dənizçilər gəmiyə sağ-salamat qayıtmağı bacarsalar da, onlar tamamilə ruhdan düşmüş, anlaşılmaz psixoloji vəziyyətdə idilər. Günlərlə özlərinə gələ bilmədilər. Məşhur qütb tədqiqatçısı, zooloq və geoloq, müəmmalı taleyi olan baron Eduard Toll da ömrünü mistik Sannikov torpağının axtarışına həsr etmişdi.
Sannikov torpağının axtarışı hətta 20-ci əsrdə də dayanmadı. Dənizçilər arasında Şimal Buzlu okeanının ortasında insanların yaşadığı bir ada barədə əfsanələr dolaşırdı. Şimal Qütbü tərəflərdən axıntıya qoşulub gələn müxtəlif əşyalar təəccüb oyandırır və dənizçilərin şübhələrini artırırdı. Təəccübə səbəb olan başqa bir məqam buzlu okeanın qalın buzları arasında birdən-birə geniş, buzsuz su sahələrinin meydana çıxması idi.
Müasir kosmik texnika Yer üzərinin istənilən nöqtəsinə dair yaxşı və aydın şəkillər çəkməyə imkan verir. Şimal Qütbünün də belə fotoları var. Lakin bu fotolarda qəribə, izaholunmaz kölgələr görünür. ABŞ tərəfi iddia edir ki, bu, rusların hərbi obyektləridir. Qəribədir ki, kosmosdan çəkilən şəkillərdə bu kölgələr aydın görünsə də, yerüstü koordinatlarda onları tapmaq mümkün olmayıb.
Ötən əsrin sonlarında Amerika ekspedisiyasının iştirakçıları Arktika adalarından birində qədim şəhərin xarabalıqlarını taparkən mifik Atlantidanı və ya Arktidanı tapdıqlarını sanmışdılar. (Əfsanələrə görə, Atlantida və Arktidada qədimdə yüksək inkişafa nail olmuş itkin sivilizasiya yaşayıb. Arxeoloji qazıntılar zamanı ələ keçən bir sıra sirli və müasir texnologiyaları andıran tapıntılar bu iddiaları gücləndirir). Səyyahlar öz hesabatlarında tapdıqları xarabalıqları təsvir etmişdilər - evlər, saraylar, məbədlər. Hərçənd, qədim tikinti qalıqlarının böyük hissəsi əbədi buzlar altında qalmış, onların yalnız üst hissəsini görmək mümkün olmuşdu. Alimlər hesab edirlər ki, bu tikililərin bir neçə min il yaşı var. Arktikada iqlim və buzlaqlara görə, hər hansı qazıntı işi aparmaq çox çətindir. Lakin bu dəqiq məlumdur ki, buzlar altındakı şəhərin memarlıq üslubu qədim yunan memarlıq üslubunu xatırladır. Ehtimal olunur ki, bu şəhər Arktikada subtropik iqlimin hökm sürdüyü çox qədim zamanlarda salınıb. Bir qeyd də yerinə düşər ki, Arktikada buzlar altında Misir ehramlarını xatırladan piramidalar da tapılıb. Amma bu sirli tapıntılar barədə dünya elmi nədənsə danışmağı sevmir.
Hələ VI əsrdə tacir və yazıçı Kozma İndikoplovt şimalda insan həyatının yarandığı bir torpaq olması barədə yazmışdı.
Maraqlıdır ki, Sannikov torpaqlarını çox səyyahlar görsələr də, ona ayaq basa bilməmişdilər.
Bu yaxınlarda fransalı alimlər bəyan etdilər ki, Arktikada bəzi adalarda optik fenomen yaşanır. Onlar bu optik fenomenin məhz Sannikov torpaqlarının yerləşdiyi iddia olunan ərazidə baş verdiyini söylədilər. Alimlər bildirdilər ki, məhz bu ehtimalı nəzərə alaraq Sannikov torpaqlarının illüziya olduğunu düşünməyə əsas var.
Qədim Tibet səlnamələrində deyilir ki, buzlu dənizlərin ortasında ağ bir ada var. O, yeganə ərazi olacaq ki, bütün materiklərin taleyindən fərqli tale yaşayacaq. Onu nə odla, nə su ilə məhv etmək olmayacaq. O, əbədi torpaqdır. Bax, məhz həmin əbədi torpağın, soyuq Ağ adanın-Arktikanın uğrunda soyuq müharibə bir neçə ildir başlayıb.
Buzlar altında yatan böyük xəzinə uğrunda rəqabət
Bu günlərdə Rusiyanın Şimal Donanması Arktikada böyük təlimlərə başlayıb. Manevrlərə 30-a qədər gəmi və sualtı qayıq, 20-dək təyyarə və helikopter, o cümlədən 1200 hərbiçi cəlb olunub. Manevrlər üçün Arktika ekspedisiya qrupu yaradılıb. Şimal Donanması qüvvələrinin əsas praktiki hərəkətləri Barents dənizində baş tutub. Qar və bataqlıqda hərəkət etmək üçün çox aşağıtəzyiqli şinlərə malik maşınlar vasitəsilə hərbiçilər ərazinin kəşfiyyatını aparır, marşrutlar salır, buz şəraitini qiymətləndirir, hərbi texnika kolonlarını müşayiət edirlər.
Arktika bölmələri xüsusi bahalı geyimlərlə təchiz olunur. Standart geyim komplekti 20 elementdən ibarətdir. Geyim çox istidir, çəkisi azdır və döyüşçünün hərəkətlərini məhdudlaşdırmır.
Bu məlumatı Rusiya tərəf yayıb. Cavab olaraq ABŞ Alyaskada birbaşa Arktikanı hədəfə alan uzaqmənzilli raket kompleksləri yerləşdirib. Nə üçün Arktika uğrunda belə hərəkətlənmə yaranıb? Həm də Qərblə, ABŞ-la güc toqquşdurduğu bir zamanda.
Qlobal iqlim dəyişikliyi səbəbindən Arktika suları naviqasiya və təbii sərvətlərin inkişafı üçün daha əlverişli hala gəlməkdədir. Buna görə son illərdə Arktikaya maraq kəskin şəkildə artıb.
Arktika böyük dövlətləri cəlb edir və region uğrunda mübarizə gedir.
Hazırda Arktikada fəaliyyətləri tam tənzimləyən beynəlxalq müqavilə yoxdur - o, Arktika dövlətlərinin milli qanunları, bir sıra ikitərəfli sazişlər və qismən beynəlxalq müqavilələr ilə tənzimlənir.
Onun uğrunda mübarizə 20-ci əsrdə, Arktika dövlətlərinin bu ərazilərdə öz hüquqlarını tələb etməsilə başladı. 1920-ci illərin ortalarında Arktika sektor prinsipi əsasında ABŞ, SSRİ, Norveç, Kanada və Danimarka arasında bölündü. Arktikanın yenidən bölünməsi tələbi məsələsi beynəlxalq müzakirələrə və narazılıqlara səbəb olur.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, dünyanın kəşf edilməmiş karbohidrogen ehtiyatlarının təxminən 22%-i Arktika buzlarının altındadır. Eyni zamanda, ehtiyatların 84%-i Şimal Buzlu Okeanın şelfində, yalnız 16%-i Arktika Dairəsi daxilində, Arktika dövlətlərinin quru ərazilərində yerləşir.
Son illərdə Arktikada iqlim dəyişikliyi dünya səviyyəsindən iki dəfə sürətlə baş verir. Arktika dövlətləri bunu, ilk növbədə, kommersiya imkanları kimi görürlər, çünki Arktika karbohidrogenlərlə zəngindir və bundan sonra resursların çıxarılması iqtisadi cəhətdən daha sərfəli ola bilər.
Arktika İnstitutunun (ABŞ) eksperti Malte Humpert hesab edir ki, Arktika Rusiya üçün digər subarktik dövlətlərlə müqayisədə daha vacibdir: “Rusiyanın ÜDM-nin təxminən 30%-i Arktikada istehsal olunur, Rusiyanın Arktikanın hüdudlarından kənarda neft və qaz hasilatı hazırda demək olar ki, yoxdur”, - deyə ekspert iddia edib.
Rusiyalı ekspert Lev Korolkov bildirib: “Rusiya, əslində, ən böyük Arktika dövlətidir - ərazinin 20 faizi Şimal Qütbü dairəsində yerləşir”. Hazırda Rusiya Arktikanın mənimsənilməsi üzrə yarışda digər Arktika dövlətləri arasında liderlik edir. İstər resurslar, istər infrastruktur baxımından. Rusiya dünyada ən böyük atom buzqıran donanmasına malikdir. Üstəlik, Şimal dəniz marşrutu tamamilə Rusiyanın Arktikaya nəzarət etdiyi hissəsindən keçir”.
“Soyuq müharibə” dövründə Arktika ABŞ və Sovetlərin rəqabəti səbəbi ilə silahlandırıldı və aydın məsələdir ki, bundan sonra da hərbi siyasi maraqlar yenə vacib rol oynayacaq. İndi Çin də, Yaponiya da Arktikaya maraqlarını büruzə verməyə başlayıb. ABŞ Rusiya və Çinlə rəqabətdə geri qalmaq istəməyib, Arktikada fəaliyyətini genişləndirməyi hədəfləyib”. Bu fikri hələ 2019-cu ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri Riçard Spenser səsləndirmişdi və elə həmin ilin yayında ABŞ hərbi gəmiləri Arktikaya göndərilmişdi.
Bir az da Arktika barədə
Arktika və Antarktidanı çox zaman çətin ayırd edirlər. Antarktida - okeanla əhatə olunmuş bir qitədir (torpaqdır), Arktika isə qitələr (torpaq) ilə əhatə olunmuş okeandır (Şimal Buzlu Okeandır). “Arktika” sözü yunan mənşəlidir. “Arctos” “ayı” deməkdir.
“Arktik beşlik” - Danimarka, Kanada, Norveç, Rusiya və ABŞ arasında bölünüb. İslandiya, İsveçrə, Finlandiya bu əraziyə iddia irəli sürür. Rusiya şimalda əraziləri ən çox olan ölkə olaraq Arktikaya daha çox iddialıdır.
1996-cı ildə yaradılmış Arktika Şurasının işində regiondakı səkkiz əsas oyunçu ilə yanaşı, müşahidəçi ölkələr, o cümlədən Çin, Yaponiya və Aİ-yə üzv dövlətlər iştirak edir. Arktika Şurası çərçivəsində Arktikada aviasiya və dəniz axtarış-xilasetmə sahəsində əməkdaşlığa dair sazişlər, eləcə də neftlə çirklənmə ilə mübarizə haqqında sazişlər imzalanıb.
İqtisadi və siyasi maraqlara görə soyuq torpaqlar uğrunda münasibətlər qızışır. İlk baxışda bu belədir. Bəs pərdənin arxasında yalnız bu dayanmayıbsa necə? Nahaq yerə Sannikov torpaqlarından, Tibet səlnamələrindən söz açmadıq. Nə odla, nə su ilə məhv olunmayacaq “bir ağ ölkə” bəlkə də bəşəriyyətin yenidən doğulduğu məkan olacaq. Heç bir əfsanə boşuna yaranmayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

