Beynəlxalq Humanitar Yardım Günü - 14 il...
19.08.2022 [10:40]
Y.BAYRAMOVA
Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub. Bu tarix ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib. BMT baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 2003-cü il avqustun 19-da Bağdaddakı “Kanal Otel”də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.
Ümumdünya Humanitar Yardım Günü humanitar böhranların qurbanlarının ağır vəziyyətinin ön plana çəkildiyi gün olmaqla yanaşı, həm də bütün ölkələrdən olan minlərlə qadın və kişinin humanitar böhranların həllinin axtarılmasına yönələn səylərinin və çox zaman şəxsi fədakarlıqlarının qeyd edildiyi gündür. Bu, çox zaman köməksiz vəziyyətdə olanların həyatlarını yenidən qurmalarına, bəzən isə sadəcə olaraq növbəti günə salamat çıxmalarına yardım göstərmək üçün komfortlu həyatlarından ayrılıb münaqişələrin, texnogen və ya təbii fəlakətlərin olduğu yerlərə gedən insanlara rəğbət və dəstək günüdür.
2018-ci il hesabatı
Dünya Humanitar Yardım Günü münasibətilə hazırlanan 2018-ci il hesabatına görə, həmin il dünyada 2 milyard insan yoxsulluq, 753 milyon isə bu həddən də aşağı səviyyədə yaşayıb. Həmin insanların böyük əksəriyyəti quraqlıq, silahlı münaqişələr və təbii fəlakətlərdən əziyyət çəkənlər olub. BMT-nin saytında yer alan məlumata görə, 2017-ci ildə 134 ölkədə 201 milyon insana humanitar yardım göstərilib. Hesabatda bildirilir ki, silahlı münaqişələr nəticəsində Yəməndə 20,7 milyon, Suriyada isə 13,7 milyon nəfərin aclıq həddində olduğu aşkar edilib. Hesabatda Efiopiya, İraq, Nigeriya, Konqo Demokratik Respublikası, Sudan, Əfqanıstan, Somali, Keniya, Haiti, Kolumbiya, Çad, Mali, Ukrayna, Kamerun, Livan, Pakistan, Burundi ən çox yardıma ehtiyacı olan ölkələr sırasında ilk yerləri tutub.
Hesabata görə, 2 milyard insanın gündəlik gəliri 3,2 dollar olduğu halda, 7,53 milyon nəfər gündə cəmi 1,9 dollar qazana bilib. 2017-ci ildə məcburi köçkünlərin sayı isə 2,9 milyon nəfər artaraq 68,5 milyona çatıb. BMT və digər beynəlxalq təşkilatların göndərdikləri humanitar yardımların 60 faizi 10 ölkənin, o cümlədən 14 faizi Suriyanın, 9 faizi isə Yəmənin payına düşüb. Qaçqınları qəbul edən Türkiyə və Yunanıstan da bu onluğa daxil olub. Humanitar donor kimi Türkiyə özü qaçqınlara 8 milyard dollar vəsait ayırıb. Donorlar arasında sonrakı yerləri ABŞ (6,68 milyard dollar) və Almaniya (2,99 milyard dollar) tutub. Ümumilikdə, 2017-ci ildə qlobal humanitar yardımın həcmi 901 milyon dollar artaraq 27,3 milyarda çatıb. Fərdi donorların humanitar yardımları isə 6 milyard dollar təşkil edib.
Qeyd edək ki, humanitar yardım fəalları dünya miqyasında milyonlarla insanın həyatını qurtarmaq üçün köməklərini əsirgəmirlər. Onlar münaqişə zonalarında, təbii fəlakətlərin baş verdiyi ərazilərdə yardıma ehtiyacı olanlara köməyə tələsir və bəzən həyatlarını riskə atırlar. Humanitar yardım qrupları aclıqdan, müharibələrdən, cinsi ayrı-seçkilik və şiddətdən, təbii fəlakətlərdən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə, uşaqlara, təmiz suya ehtiyacı olanlara kömək əllərini uzadırlar.
Təbii fəlakətlərdən əziyyət çəkən insanların sayı son illərdə artıb. Hər il təxminən 211 milyon nəfər təbii fəlakətlərin mənfi təsirinə məruz qalır. Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır.
Ümumdünya Humanitar Yardım Günündə keçirilən tədbirlər humanitar yardım işçilərini dünyanın harasında yaşamasından və kimliyindən asılı olmayaraq, təhlükə altında olan insanlara kömək əlini uzatmağa çağırır. Təbii fəlakətlər, münaqişələr və digər fövqəladə hadisələr hər il insanların həyat və sağlamlıqlarını təhlükə altına salır. Belə böhranlar zamanı humanitar yardım işçiləri təhlükədən əziyyət çəkən insanlara köməklik göstərmək üçün bütün qüvvələrini səfərbər edirlər. Fövqəladə hallarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas fəaliyyətinə insanların həyatını xilas etmək, fövqəladə halların idarə olunması üçün effektiv əməkdaşlıq yaratmaq və onlar arasında müvafiq koordinasiyanı qurmaq daxildir. Təşkilat, eyni zamanda, fəlakətlərə hazırlığı təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsini və bərpa işlərinin aparılmasını, faktiki məlumatlar əsasında fəaliyyətin idarə olunması üçün səhiyyə sisteminin potensial və davamlılığının artırılmasını, təhlükə altında olan ölkələrə dəstək göstərmək məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsini həyata keçirir.
Bu gün də Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar diqqəti həyati vacib vəzifələrinin öhdəsindən gələrkən həlak olmuş, yaxud zədə almış humanitar yardım işçilərinin roluna yönəltmək məqsədilə bir milyard insanı bir araya gətirməyə çalışır. Ümumdünya Humanitar Yardım Günü cəmiyyəti humanitar yardım, humanitar yardım işçilərinin fəaliyyəti və onların üzləşdikləri çətinliklər haqqında məlumatlandırmağa, qeyri-hökumət və beynəlxalq təşkilatlar, eləcə də BMT-nin təsisatlarına öz humanitar fəaliyyətini nümayiş etdirməyə, humanitar əməliyyatlarda həlak olmuş və ya zədələnmiş şəxslərə ehtiramı bildirməyə imkan yaradır. Bu gündə nümayiş edilən həmrəylik Ümumdünya Humanitar Yardım Gününün qeyd olunmasını daha da canlandırır.
BMT-dən Əfqanıstana humanitar yardım
Bu yaxınlarda BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov bildirib ki, Əfqanıstan əhalisinin yarıdan çoxu - 35 milyon insan yoxsulluq həddində yaşayır: “Təxminən 23 milyon insan qida çatışmazlığından əziyyət çəkir ki, onların da 2 milyondan çoxu uşaqlardır. Biz əhalinin gələcəyindən ciddi narahatıq. “Taliban” hakimiyyətə qayıtdıqdan sonra təhsil, iş və yaşayış azadlığı əlindən alınan qadınlar getdikcə cəmiyyətdən daha çox kənarda qalırlar. Belə mənfi hallarla mübarizə mexanizmlərinin genişlənməsi və Əfqanıstana yardım fəaliyyətlərinin artırılması zəruridir. Biz əfqan xalqının gələcəyinə arxa çevirə bilmərik. Bir il ərzində BMT Əfqanıstanda 12,9 milyon insana humanitar yardım göstərib. Təşkilatın bölgədə olması əfqan xalqının ən böyük dayağıdır.
Keçən ilə dönüb baxanda BMT-nin bölgədəki missiyasının əfqan xalqına verdiyi dəstəklər və səyləri üçün qürur duyuram. Biz bölgədə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Səhiyyə, qida, təcili sığınacaq və qeyri-ərzaq malları kimi yardımlarımızı davam etdirmək üçün daha çox resursa ehtiyacımız var”.
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

