102 yaşlı ABŞ radiosu
31.08.2022 [10:41]
Yeganə BAYRAMOVA
Televiziya bu gün ən məşhur elektronik xəbərləşmə vasitəsi olmasına baxmayaraq, radio hələ də ən məşhur yayım orqanı vasitəsi olaraq yerini qorumaqdadır. Radio, xalqın təhlükəsizliyinin təmin edilməsində, sənaye istehsalında, əkinçilikdə, nəqliyyatda, əyləncə dünyasında, kosmos səyahətlərində xəbərləşmələrdə istifadə edilməkdədir.
İlk radio dalğaları necə yaradıldı?
İtalyalı alim Qulielmo Markoni radionun atası olaraq qəbul edilir. İngiltərəli alim Ceyms Maksvell 1865-ci ildə elektronik olaraq çıxarılan radio dalğalarının yayılma nəzəriyyəsini yaradıb. Alman fiziki Heinrix Hertz, 1888-ci ildə Maksvellin nəzəriyyəsini praktiki olaraq inkişaf etdirərək bu mövzuda yeni nailiyyətlər əldə edib. Markoni ilə birlikdə 1898-ci ildə ilk radio rəsmi olaraq yaradıldı. İlk istifadəsi gəmidən sahilə xəbərləşmə idi. 1923-cü ildə yüksək tezlikli radio dalğalarının iyonsferə çarparaq dünyaya qayıtdığı isbat ediləndən sonra radio, dəniz səviyyəsindən yüksəkdə xəbərləşmə də daxil olmaq üzrə sürətlə yayıldı. İlk radioda 3 “S “ hərfi səsləndirib. İlk kəşf bu şəkildə reallaşdı: Markoni gəmidə kəşf etdiyi radio ilə sahildə olan xidmətçisinə kabelsiz teleqraf vasitəsilə 3 dənə “S” hərfi göndərdi. Miqnaninin assistenti də siqnalı aldığı zaman havaya atəş açmalı idi. Markoni 3 “S” hərfini göndərmə əmrini verdiyində yer üzündə ilk dəfə radio dalğaları yayıldı, 3 “S” hərfi kosmosda gəzdi və dinləyicilərə çatdı. İtalyan hökuməti bu gənc ixtiraçının ixtirası ilə heç maraqlanmadı. Ancaq gəncin ?rlandiyalı anası ona sona qədər dəstək göstərdi və oğlunu İngiltərəyə göndərdi. İngiltərədə gənc ixtiraçı yüksək cəmiyyətin üzvü olan bir qohumunun yanında yaşamağa başladı. Markoni İngiltərədə iki elm adamı ilə birlikdə çalışmağa başladı. O, 1897-ci ildə bir simsiz teleqraf şirkəti qurdu. Burada apardığı işlərin nəticəsi olaraq daha uzaq məsafəyə siqnallar göndərməyi öyrəndi. 1899-cu ildə Markoni tarixdə ilk dəfə olaraq, simsiz teleqraf siqnalını La-Manş boğazının üstündən keçməklə Fransaya göndərdi.
Q.Markoni radio dalğalarının bütün Yer kürəsini əhatəyə alacağına inanırdı. 12 dekabr 1901-ci il tarixdə radio dalğaları Atlantik okeanını keçib Amerikaya çatdı. Bu hadisə bütün dünyada böyük əks-səda doğurdu. Markoninin sistemi çox keçmədən ingilis və italyan donanması tərəfindən istifadə olunmağa başladı. O özü isə gördüyü işlərin nəticəsində çox varlandı. Böyük ixtiraçı 1937-ci ildə vəfat etdi. Onun ölüm xəbəri bütün dünyanın radio stansiyalarında eyni vaxtda yayımlandı, növbəti iki dəqiqə ərzində isə stansiyalar siqnal göndərməyib ixtiraçıya hörmət əlaməti olaraq işlərini dayandırdılar. Ancaq radionun öz icadı olduğunu iddia edən bir çox alim olub. Simsiz teleqraf patentinə sahib olan Nikolai Tesla, Olive Lodqe bu iddianı atanlardandılar. Rusiyalı alim Aleksandr Stepanoviç Popovun isə ilk radio dalğalarını çatdırdığı da deyilir. O, ilk dəfə deyəndə ki, səsi naqilsiz ötürmək olur, çoxları onun bu sözünə gülmüşdülər. Ancaq Popov bilirdi ki, havanı da naqil kimi istifadə etmək olar. Elektromaqnit sahəsinin fəzada dalğa şəklində yayılmasını ilk dəfə 1887-ci ildə alman alimi Henriks Hers təcrübi olaraq təsdiq edib. Ancaq o, öz kəşfinin praktiki əhəmiyyətini sübut edə bilmirdi. Nəhayət, məşhur rusiyalı mühəndis Aleksandr Stepanoviç Popov səs şüalarını qəbul edən qurğu kəşf etdi. Bununla da dünyada ilk radionu kəşf edən oldu. Bu hadisə 1895-ci ilin aprelində baş verib. 1901-ci ildə isə italyan Qulielma Markoni tərəfindən ilk radio yayımı reallaşdırılıb. Ancaq indi dünyada hər kəs Markoninin radionu kəşf etdiyini deyir. İlk vaxtlar insanlar bu elektron KİV-i “kağızsız və məsafəsiz qəzet” adlandırırdılar.
İlk radionu kəşf edənin Popov, yoxsa Markoni olması barədə çox mübahisələr olub. Hətta buna lətifələr də qoşulub. Popovun radio kəşf etməsini tənqid edən bir yazaraq yumor olsun deyə belə bir məşhur sözü var. “Ruslar radionu kəşf edən ixtiraçının Popov olduğunu iddia edirlər. Amma bütün dünyada radionun ixtiraçısı kimi Popovu yox, italyan Qulielmo Markonini qəbul edilir, çünki radionun kəşfi patentini məhz o alıb. Popov ilk radio aparatı quraşdırır, kanalları qarışdırarkən belə bir siqnal alır: Diqqət! Diqqət! Danışır BBC radiosu”.
ABŞ-da radionun yaranma tarixi
1920-ci ildə böyük Amerika şirkətləri toplanaraq əllərində olan ixtiraları birləşdirdilər və monopoliya yaratdılar. “Vestinqhouse”, GE, ATT və RCA şirkətləri görüşdülər. “Vestinqhouse” və General Electric, Amerikadakı bütün radioları çıxarmaqda və bunları RCA markasıyla satırdılar. ATT şirkəti isə yayım üçün lazım olan təchizatları istehsal edirdi. Radionun kəşfi və inkişafı, əslində günümüzün ünsiyyət texnologiyalarının inkişaf modelini göstərir. Televiziya, telefon, mobil telefon, internet, kabelsiz şəbəkə, eyni zamanda xəbərləşmə proqramları və bənzər texnologiyaların inkişafı, texniki müvəffəqiyyətdən daha çox sınaq, satışa çıxarmaq və ixtira üzərinə qurulub.
Azərbaycanda radio nə vaxt yaranıb?
Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. İkinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi. Üçüncü otağın döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında “Steinway” royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.
Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

