Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / “WhatsApp”da yeni funksiyalar: Son görülməni gizlətmək qaydası dəyişdi

“WhatsApp”da yeni funksiyalar: Son görülməni gizlətmək qaydası dəyişdi

17.10.2022 [11:41]

“WhatsApp”da əlavə 2 funksiya yaradılıb.

"WhatsApp"da son vaxtlara kimi son görülmə funksiyası aktiv idi. Bu funksiya vasitəsi ilə heç kəs istifadəçinin nə zaman "WhatsApp"da olduğunu bilmirdi. İndi yeni versiyadan sonra istifadəçilər onlayn olmalarını da gizlədə biləcək.

Bu yenilikdən sonra istifadəçilər son görülmə və onlayn olmağınızı hər kəsdən yox, seçdiyiniz insanlardan gizlədə biləcəklər.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda "hesab" xanasını seçin.

3. İndi "Məxfilik" xanasını seçin.

4. Daha sonra "Son görünmə və onlayn" xanasına toxunun.

5. Növbəti xanada “Son görünməmi kimlər görə bilər” və “Onlayn olduğumu kimlər görə bilər” funksiyasını aktiv edə bilərsiniz.

"WhatsApp"da digər yenilik də edilib

"WhatsApp"da 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək funksiyası əlavə edilib.

Hazırda yeni seçim mesajın mətnini göndərildikdən cəmi 15 dəqiqə sonra düzəltməyə imkan verir. Redaktə edildikdən sonra yazı "Redaktə edilib" şəklində qeyd olunacaq. Funksiya göndərilmə saatının yanındakı sahədə yerləşir.

Paylaş:
Baxılıb: 1117 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31