Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Britaniyada üzərində III Çarlzın təsviri olan sikkələrin buraxılmasına başlanılıb

Britaniyada üzərində III Çarlzın təsviri olan sikkələrin buraxılmasına başlanılıb

28.10.2022 [11:53]

Britaniya Kral Sikkəxanası üzərində Böyük Britaniyanın yeni kralı III Çarlzın təsviri olan 50 pens nominalında sikkələrin buraxılmasına başlayıb.

Bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Bu il dizaynı heykəltəraş Martin Cenninqs tərəfindən hazırlanmış 9,6 milyon sikkə zərb ediləcək. Bu sikkələr dekabr ayında dövriyyəyə buraxılacaq.

Britaniya tarixində rekord 70 il 7 ay hakimiyyətdə olmuş Kraliça II Yelizavetanın xatirəsinə hörmət əlaməti olaraq sikkələrin reversində onun portreti əks olunacaq.

Kralın təsviri olan yeni sikkələrlə yanaşı, II Yelizavetanın təsviri olan sikkələr də dövriyyədə qalacaq. Hazırda Böyük Britaniyada üzərində mərhum Kraliça II Yelizavetanın təsviri əks olunmuş 27 milyard sikkə dövriyyədədir.

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30