Yazıçının fantaziyalı qisası...
12.01.2023 [11:06]
“Romanlarımın süjet xətti həmişə qab yuyanda ağlıma gəlir. Bu axmaq iş məni cürbəcür qətllər haqqında fikirləşməyə vadar edir...” Detektiv əsərləri ilə bütün dünyada tanınan yazıçı Aqata Kristi bunu müsahibələrinin birində deyib. Onun başqa yazı vərdişi də varmış: hadisələrin gedişatını düşünmək üçün isti su ilə dolu vannada oturub alma yeyirmiş...
Aqata Kristi yazmağa hobbi olaraq başlasa da, bu iş sonradan onun həyatının əsas hissəsinə, mənasına çevrilir. Hətta, yazdığı əsərlər ona “detektiv janrının kraliçası” adını qazandırır...
Aqata Kristi yazmağa necə başladı?
Bəzi mənbələrə görə onu yazmağa anası həvəsləndirib. Aqata uşaq vaxtı bir gün bərk soyuqlayıb yorğan-döşəyə düşür. Anası ona yataqdan qalxmağa icazə vermir. Qızının darıxdırıcı günlərinə rəng qatmaq məqsədilə ona elə yataqdaca kiçik hekayələr yazmağı məsləhət görür. Aqata yazmağa belə başlayır...
Onun ilk ədəbi yazıları duyğusal, romantik hekayələr olur. Amma Aqata detektiv əsərləri də sevirdi. Bu mövzuda çoxlu romanlar oxuyurdu. Bir günsə “oxuduğum kitablardan daha yaxşısını yaza bilərəm” fikriylə detektiv roman yazmağa qərar verir. Onun ilk debütü “Staylzda müəmmalı hadisə” romanı olur. Amma əsərin nəşri asan başa gəlmir: İngiltərədəki nəşriyyatlar əsəri bəyənməyib müəllifə qaytarırlar. Nəhayət, 1920-ci ildə Bodley Head nəşriyyatı kitabın çapına razılıq verir. Roman 2000 tirajla çap olunur. Bu əsərə görə yazıçı 25 funt-sterlinq qonorar alır. Daha böyük uğura isə altı il sonra-1926-cı ildə “Rocer Ekroydun qətli” romanının nəşrindən sonra imza atır. Amma 1926-cı il onun şəxsi həyatına uğur gətirmir: anasını itirir, ailə həyatı darmadağın olur. Yazıçı bu ili həyatının ən çətin dönəmi hesab edirdi.
Qisas, yoxsa yaddaşsızlıq?
Yazıçının əsl adı Aqata Meri Klarissa Miller idi. O, sevgi romanlarını Mari Vestmacott təxəllüsü ilə yazırdı. Kristi isə birinci həyat yoldaşının – təyyarəçi Arçibaldın soyadı olub. Onlar 1914-cü ildə evlənirlər. Elə həmin il I Dünya müharibəsi başladığına görə Arçibald cəbhəyə yola düşür. Aqata isə hospitalda tibb bacısı kimi işləməyə başlayır. Tibbi anlayışları, dərmanların kimyəvi tərkibini bilməsi sonradan yaradıcılığında da öz izini qoyur. Elə yaratdığı obrazların əksəriyyətinin zəhərlənmədən ölməsi də bununla bağlı olub...
Müharibə başa çatandan bir il sonra – 1919-cu ildə onların bir qızı – Rozalinda dünyaya gəlir. Aqata xoşbəxt idi, hər şey arzuladığı kimi gedirdi. Artıq ilk romanının çapına da nail olmuşdu. Bu isə onu yeni əsərlər yazmağa həvəsləndirirdi. Amma hər şey birdən dəyişir...
Aqata yenə uşaq istəyir. Bunu həyat yoldaşına deyəndə bu cavabı alır: “İkinci maşın almaq daha faydalı olardı”. Bu məsələ onların arasında soyuqluq yaradır. Üstəlik, əri başqa bir qadına vurulduğunu, ondan ayrılmaq istədiyini etiraf edir. Bundan sonra Aqata ərindən ayrılır. Amma ondan qisasını da alır. Bu məsələdə yazıçı təxəyyülü onun köməyinə gəlir. Elə bir ssenari qurur ki, aləm bir-birinə dəyir. Yazıçı günlərin bir günü qəfildən yoxa çıxır. Polislərin həftələrlə apardığı axtarışlar nəticəsiz qalır. Bir müddətdən sonra London polisi yazıçının avtomobilini tapır. Amma Aqatadan yenə xəbər çıxmır. Artıq onun öldürüldüyü barədə söz-söhbətlər dolaşır. Təbii ki, çoxlarının, elə polisin də ağlına ilk Arçibald Kristi gəlirdi. Məsələ ondaydı ki, Aqatanın avtomobili Arçibaldın sevgilisi ilə istirahət etdiyi məkandan tapılmışdı. Bütün qəzetlər bu hadisədən yazırdı. Aqata isə həmin vaxt uydurduğu bu ssenarinin həzzini yaşayırdı. O, keçmiş ərinin sevgilisinin adı ilə bir oteldə qeydiyyatdan keçib, burada gizlənmişdi. Onun məqsədi keçmiş ərinə əzab, qorxu yaşatmaq, ondan qisas almaq idi. Aqata üzə çıxanda qəzetlər onun yaddaşını itirdiyi barədə məqalələr dərc etməyə başladılar...
Bəzi mənbələrdə yazıçının həqiqətən amneziyadan, yəni yaddaşın müəyyən müddətə itməsindən əziyyət çəkdiyi barədə məlumat verilir. Yazılanlara görə, o, hətta öz adını belə unudurmuş.
İkinci ailəsi...
Yazıçının ikinci həyat yoldaşı isə arxeoloq Maks Mellouen olub. O, Aqatadan 14 yaş kiçik idi. Yazıçı onunla Bağdada səfəri zamanı tanış olur. Aralarındakı yaş fərqinə baxmayaraq, onlar bir-birlərini çox gözəl anlayır, sevirdilər. Aqata yaş məsələsi ilə bağlı zarafatla belə deyərmiş: “Maks arxeoloqdur. Arxeoloqlar qədimliyi sevir. Ona görə də yaşım artdıqca ona daha maraqlı görünürəm”. Onlar birlikdə bir çox ölkələrə səyahətə çıxırlar. Suriyanı, İraqı, Türkiyəni gəzib dolaşırlar. Bütün bu səfərlər sonradan onun əsərlərində öz əksini tapır. Aqata 1934-cü ildə İstanbulun “Pera Palace” hotelində - 411-ci otaqda “Şərq ekspressində qətl” romanını yazır. Əsər böyük şöhrət qazanır. Romanın yazıldığı otaqsa hazırda muzey olaraq qorunur.
40 ilin sirri...
Aqata Kristi 1976-cı il yanvarın 12-də – 86 yaşında vəfat edir. Həmin gün yazıçının ruhuna ehtiram olaraq, Londonda teatrlar bir saatlıq işıqlarını söndürür...
Onun vəfatından çox sonralar nəvəsi evlərinin çardağından 27 kaset tapır. Kasetlərə Aqata Kristinin audiomüsahibəsi yazılıbmış. O, müsahibədə bütün həyatını detallarına qədər danışıb. Sən demə, kasetlər çardaqda düz 40 il gizli qalıb.
Aqata Kristinin vəfatından 47 il keçsə də, bu gün də onun əsərləri bestseller hesab olunur. 60 detektiv, 6 psixoloji romanı, 19 hekayə toplusu artıq 100-dən çox dilə tərcümə olunub.
Səfurə Çərkəzqızı
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

