Həyatınız dəyişəcək
13.01.2023 [11:36]
Su içərkən ona gözəl sözlər pıçıldayın...
Suya dualar oxumaq, yuxunu suya danışmaq, yeni doğulmuş uşağı xaç suyuna salmaq...
Müxtəlif mədəniyyətlərdə, dinlərdə su ilə bağlı olan belə ritualların, inancların kökündə nə dayanır? Müxtəlif araşdırmalar nəticəsində alimlər belə qənaətə gəliblər ki, müasir insanlar su haqqında heç nə bilmirlər. Onun möcüzəvi xüsusiyyətlərindən xəbərsizdirlər. Su adi bir kimyəvi birləşmə olsa da, güclü yaddaşa sahibdir. Ətrafda olan hər bir hadisə suyun yaddaşına yazılır, onda iz buraxır. Araşdırmalar nəticəsində müəyyən edilib ki, suyun hər bir hücrəsində 440 min informasiya daşıyıcısı mövcuddur.
1956-cı ildə qəribə bir hadisə baş verir. Cənub Şərqi Asiyada baktereoloji silahların hazırlanması ilə bağlı toplantı keçirilir. Müzakirələrin gedişi zamanı alimlər stolun üzərindəki qabdan su süzüb içirlər. Bir qədər keçəndən sonra onlar özlərini pis hiss edirlər. Alimləri təcili yardım maşını ilə xəstəxanaya çatdırırlar. Maraqlıdır ki, onların hər birinə zəhərlənmə diaqnozu qoyulur. Amma alimlər bir neçə saat ərzində sudan başqa heç bir qida qəbul etmədiklərini deyirlər. Dərhal toplantı otağındakı suyun tərkibi araşdırılır. Heç bir zəhərləyici maddə aşkar edilmir. Bu hadisə sirr olaraq qalır. Yalnız 20 ildən sonra belə bir mülahizə irəli sürülür: alimlərin zəhərlənməsinə suyun yaddaşı səbəb olub! Yəni, baktereoloji silahların hazırlanması ilə bağlı mülahizələr suyun yaddaşına hopub. Bəli, mənfi və müsbət emosiyalar suya güclü təsir edir. Professor Konstantin Korotkov bu həqiqəti öz laboratoriyasında apardığı tədqiqatla sübut edir. Əvvəlcə iki qabda su götürülür. Tədqiqatda iştirak edənlər qabdakı sulardan birinə sevgi dolu emosiyalarla baxıb, gözəl sözlər söyləyirlər. Digər qabdakı suyasa əksinə, mənfi emosiyalar ötürülür, aqressivlik, qorxu, həyəcan ifadə edən sözlər deyilir. Sonda hər iki qabdakı suyun tərkibi araşdırılır. Müəyyən edilir ki, gözəl sözlər, sevgi suyun energetikasını yüksəldir, ona yaxşı təsir göstərir. Aqressivliksə suyun kristal qəfəsini məhv edir, keyfiyyətini aşağı salır. Belə tədqiqatlar əkin sahələrində də aparılır. Ortaya maraqlı bir nəticə çıxır: gözəl sözlər deyilmiş su ilə suvarılan sahələrdə bitkilər tez inkişaf edir. Üstəlik, məhsuldarlıq da yüksək olur. Bütün bunları nəzərə alsaq, o zaman müxtəlif xalqlarda, dinlərdə olan bəzi ritualların, inancların da suyun yaddaşı ilə bağlılığını anlamaq çətin deyil. Türk xalqlarının mədəniyyətində, folklorunda su ilə bağlı kifayət qədər belə inanclar, adətlər mövcuddur. Məsələn, su çərşənbəsində sübh tezdən bulaq üstünə getmək adəti vardır. İnsanlar “təzə suda” əl-üzünü yuyar, bir-birinin üstünə su atardılar ki, il uğurlu gəlsin. Bulaqdan gətirdikləri su ilə həyət-bacanı da sulayardılar, bu suyu şəfa, uğur mənbəyi hesab edərdilər.
İslam dinində namazdan öncə dua edərək dəstəmaz almaq, xristianlıqda yeni doğulan uşaqları dualar oxunmuş xaç suyuna salmaq kimi qaydalar da suyun yaddaşı ilə bağlıdır. İnsanlar inanıblar ki, xoş niyyətli dualar oxunan su onlara xoşbəxtlik gətirəcək.
Daha bir fakt: tarixi mənbələrə görə, 1472-ci ildə Karl Gastinsis adlı bir keşişə böhtan atırlar, onu haqsız yerə həbs edirlər. Həbsdə saxlanıldığı müddət ərzində ona yalnız bayat çörək bir də çirkli su verirlər. Düşünürlər ki, çirkli su onun bədənini zəiflədəcək, xəstəliklər yaradacaq. Amma 40 gündən sonra keşişin səhhətinin pisləşmədiyini, əksinə, yaxşılaşdığını görürlər. O, bunun səbəbini belə izah edir: “Mən hər gün kirli suya dualar oxuyurdum, Tanrıya isə bu sınağa görə təşəkkür edirdim”. Onun həyatını xoş sözlər xilas etmişdi!
Elm sübut edir ki, təkcə sözlər deyil, musiqilər də suya öz təsirini göstərir. 1995-ci ildə doktor Masaru Emoto bu təsiri öyrənmək məqsədilə təcrübələr aparır. Laboratoriyada 50 fərqli qaba 0.5 sm. miqdarında su tökürlər, qabları 3 saat ərzində -25°c temperaturda dondururlar. Sonra temperaturu -5°c olan soyuducuya yerləşdirirlər. Bu zaman suya müxtəlif janrda musiqilər “dinlədirlər”.Kameralı mikroskopla 50 fərqli su damcısının şəkillərini çəkirlər. Nəticə hər kəsi şoka salır - su kristalları müxtəlif janrlarda olan musiqiləri “dinlədikcə” fərqli görüntülər ortaya çıxır.
Bütün bunları nəzərə alıb su ilə daha həssas - bir canlı kimi davransaq, çox şey qazanmış olarıq. Məsələn, su içəndə ona gözəl sözlər deyə bilərik. Əmin olun ki, bu zaman onun canımıza faydası qat-qat artacaq. Bir sözlə, suyun evimizə kimi gəlib çatdığı yollardan tutmuş, bizim onu hansı ovqatda içməyimizə qədər hər şeyin, yəni onun yaddaşına yazılan bütün informasiyanın bizim həyatımıza, səhhətimizə təsiri böyükdür. Yaxşı ki, suyun öz yaddaşını təmizləmək gücü də var. Su buxarlanaraq buludlara çevrilir. Sonra yenidən yağış şəklində yerə qayıdır. Bu zaman təmizlənərək ilkin halına dönür. Ona görə də yağış suyu faydalı sayılır. Tərkibinə görə adi distillə olunmuş suya bənzəsə də, faydaları ondan qat-qat çoxdur. Hətta, yağış suyunun insan orqanizmi üçün çox şəfalı olduğu da deyilir.
Səfurə Çərkəzqızı
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

