Foto manipulyasiya: Photoshop necə yarandı?
22.08.2023 [12:04]
M.BAYRAMLI
Bir proqram düşünün ki, ixtira olunduğu andan etibarən həyatımızı dəyişdirməyə, daha da rəng qatmağa davam edir. Bu gün Adobe Photoshop poqramından söhbət açacağam. Dünyanın ən böyük qrafika və media proqram təminatı istehsalçılarından biri olan Adobe şirkətinin həmtəsisçisi və Adobe Photoshop proqramının ixtiraçısı Con Uornokun (John Warnock) vəfat xəbərini oxuduqdan sonra proqram barədə araşdırma aparmaq qərarına gəldim. Görəsən, bu proqram nə vaxt və hansı zərurətdən yaranıb?
Qarajdan dünyaya...
Hər bir əfsanənin öz tarixi, vərəqləyəcək keçmişi olur axı. Photoshopun hekayəsi isə 1987-ci ildə başladı. Miçiqan Universitetinin mühəndislik fakültəsinin tələbəsi olan Tomas Noll (Thomas Knoll) və Con Noll (John Knoll) tərəfindən yaradıldı. Lisenziyasını isə 1988-ci ildə Con Uornokun təsisçisi olduğu Adobe Systems şirkətinə satdılar. Yeri gəlmişkən qeyd edək ki, 1982-ci ildə Con Uornok dostu Çarlz Geşke (Charles Geschke) ilə birlikdə Adobe şirkətini öz qarajında qurmuşdu. Nəticədə Con qrafika, nəşriyyat, veb və elektron sənəd texnologiyalarının inkişafında inqilab etməyi bacardı. Kim deyib ki, Günəşlə Ayı eyni vaxtda səmada görə bilmərik? Photoshopla hər şeyin mümkün olduğunu Con Uornok dünyaya sübut etdi.
Dünyada 50 milyondan çox insanın istifadə etdiyi Photoshop əvvəlcədən qurulmuş qrafik və fotoşəkillərinizi vektorlaşdıra və konfiqurasiya edə biləcəyiniz bir şəkil redaktorudur. Bir sözlə, mövcud şəkillərdə düzəlişlər etməyə kömək edir. Rənglər və effektlərlə işləmək, fotomontaj, kollaj proqramın imkanlarından yalnız bir neçəsidir. Bu proqramda köhnəlmiş və solğun fotoşəkillərin yenidən bərpa etmək mümkündür. Bundan başqa, veb saytlar tərtib edə, 3D animasiyalar yarada bilərsiniz. Fotoqraflar, reklam agentlikləri, veb dizayn şirkətləri və film sənayesi kimi bir çox sahədə peşəkar məqsədlər üçün istifadə olunur.
Adobe Photoshop proqramını öyrədən xüsusi kurslar var. Mütəxəssislər tərəfindən verilən ödənişli kurslara gənclərimiz tərəfindən də maraq olduqca böyükdür. 3 ay ərzində bu bacarığa yiyələndikdən sonra dünyanın dörd bir yanında “freelance” olaraq çalışmağa başlayırlar.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

