Pulunu ödə, görünməsin...
05.09.2023 [12:20]
Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlarsız günümüzü təsəvvür edə bilmirik, bəzən sosial şəbəkələr vacib iş alətinə də çevrilir. Xüsusən də jurnalistlər üçün...
Bunun ilkin səbəblərindən biri internetdə, sosial mediada lazım olan məlumatların əldə edilməsinin asan, rahat və effektiv olmasıdır. Çünki sosial şəbəkələr sonsuz informasiya okeanıdır. Belə ki, axtardığımız hər hansı bir məlumatı dərhal tapa bilərik. Elə buna görə də əsas istifadə olunanlar sırasında olan “Facebook”, “You Tube”, “Instagram” kimi sosial şəbəkələrdə demək olar hər kəsin hesabı var.
Son günlər “Facebook” sosial şəbəkəsinin ödənişli olacağı xəbəri insanlarda narazılıq yaradıb. Məlumatda “Meta” şirkətinin “Facebook” və “Instagram”ın pullu versiyalarını təqdim edə biləcəyi deyilir. Bu informasiya şirkətin planları ilə tanış olan mənbələrdən bildirilib.
Ödənişli “Facebook” və “Instagram” istifadəçilərə reklamlara baxmadan sosial şəbəkələrdən istifadə etməyə imkan verəcək.
İlkin olaraq Avropa ölkələri üçün nəzərdə tutulan yeniliyin nə vaxt istifadəyə veriləcəyi və ödənişin nə qədər olacağı hələ məlum deyil.
Bildiyimiz kimi, “Facebook”un iş modeli əsasən istifadəçilərin reklamlara hədəflənməsini təmin etməkdir.
Beləliklə, yeni versiyada ödəniş olunduğu təqdirdə istifadəçilər reklamlarla qarşılaşmayacaq. Xatırladaq ki, ötən günlərdə şirkətin rəhbəri Mark Zukerberg ABŞ Senatının suallarını cavablandırarkən bu yeniliklərin olacağını deyib. Qeyd edək ki, ödənişli xidmətdən yararlanmaq istəməyən istifadəçilər əvvəlki qaydada tətbiqdən istifadə edəcəklər.
Məlumata görə, ödənişli xidmətdən istifadə qiyməti isə ilkin olaraq 7 dollardan başlayacaq. Analitiklərin araşdırmasına görə, bu miqdar 11-14 dollara qədər yüksələ bilər.
Hər halda bir reklama görə çoxu 7 dollar ödəmək gərəyi görməyəcək. Ancaq insanların daha asan və əlverişli funksiyalara üstünlük verdiyini düşünsək, yəqin ki, Mark bu il dünyanın “10 ən zəngin insanı” siyahısına daxil olacaq.
Şahanə
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

