Dedektiv janrının kraliçası
12.01.2024 [10:39]
Mikayıl
Aqata Meri Klarissa Miller - ingiltərəli yazıçı, dedektiv janrının kraliçası. Bu ləqəb ona hələ illər öncə verildi. Özü də gələcəyinin necə olacağını uşaqlıqdan təxmin etmişdi.
Bu gün onun anım günüdür.
Bir çox məşhur yazıçıların həyatı ilə maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı acınacaqlı və keşməkeşli keçib. Aqatanın bu cəhətdən bəxti gətirmişdi. O,1890-cı ildə İngiltərənin Denvor qraflığında ABŞ-dən köçüb gəlmiş zəngin mühacir ailəsində dünyaya göz açan qızcığazın böyüdüyü mühit gələcəkdə yazacağı əsərlərində aydın şəkildə təsvir olunacaqdı. Ailənin kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi almış, musiqi təhsili görmüşdü.
11 yaşında atasını itirən Aqata anasının himayəsində böyüyür. O, 8 yaşına kimi heç bir məktəbdə təhsil almır, çünki anası bunun əleyhinə idi. Amma Kristi hələ 4 yaşında yazmağı bacarırdı.
Yaşıdlarından, bacı-qardaşından çox fərqlənən balaca qızın sanki öz dünyası var idi. Aqata həmişə xəyalında canlandırdığı obrazlarla söhbətləşir, fikirlərini onlarla bölüşürdü. Elə həmin dövrlərdə Artur Konan Doylun "Mavi karbunkul" adlı detektiv romanının səs-sorağı Kristiyə də gəlib çıxır. Romanı oxuyar-oxumaz balaca qızcığaz özünə söz verir: "Nə vaxtsa mən də detektiv roman yazacağam!".
Aqata ilk əsərlərini anasının təsiri ilə yazır. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmaması üçün kiçik hekayələr yazmağı məsləhət görür. Sonralar Aqata müsahibələrində deyirdi ki, yazıçılığa bir hobbi kimi yanaşırmış:"Əgər kitablarımı heç kim oxumasa belə, mən onları həyat yoldaşım üçün yazacağam",–deyirdi. Bu gün artıq onun əsərləri 103 dilə tərcümə olunub. Kitablarının tirajı isə ildən-ilə artır.
Müsahibələrinin birində etiraf edir: "Romanlarım üçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq edir".
Aqata I Dünya müharibəsi illərində hərbi hospitalda tibb bacısı işləmiş, əczaçılığı öyrənmişdir. Bu onun əsərlərindən də aydın hiss olunur. Detektivlərinin 83-də qəhrəmanlarını zəhər içdirərək "öldürüb". Bunun digər səbəbini Kristi qan içində uzanmış ölülərdən xoşu gəlmədiyini və odlu silahlardan başı çıxmadığı ilə əlaqələndirib.
Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirməyib. O bildirirdi ki, seksual zorakılıq insanın hisslərinə mənfi təsir edir və oxucunu əsərin əsas xəttindən ayırır.
Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından ortaya çıxıb. Bu qəhrəman onun son romanlarının birində ("Pərdə") vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırırdılar.
60 yaşında yazıçı vaxtilə opera sənətçisi olmağı arzuladığını söyləyib. Amma səsinin olmaması onun bu arzusunu ürəyində qoyub.
Milad bayramı ərəfəsində evlənən Aqata mərasimdə ağ paltar və fata əvəzinə plaş və qırmızı şlyapa geyinmişdi.
Aqata Kristinin yazmaq vərdişi qəribə idi: ona isti vanna və alma lazım olurmuş. Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

