Vikipediyada “Şirvanşahlar dövləti” adlı türk dilində bölmə istifadəyə verilib
01.10.2024 [22:43]
Azərbaycan tarixinin, milli mədəniyyətinin təbliği məqsədilə ölkəmizin Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə türkcəsində “Vikipediya” beynəlxalq elektron ensiklopediyasında “Şirvanşahlar Devleti” adlı bölmə istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi yanında vikipediya könüllüləri tərəfindən hazırlanan bölmədə Azərbaycanın dövlətçilik tarixində ən uzunömürlü hakimiyyətə malik Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) keçdiyi yol, dövlət quruluşu, Şirvanşahlar sülaləsi, iqtisadiyyatı, memarlığı, arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı və miniatür sənətinə dair geniş məlumatlar yer alıb.
Qeyd olunur ki, qədim sivilizasiyanın mərkəzlərindən biri olan Azərbaycan zəngin dövlətçilik ənənələrinə malikdir.
Şirvanşahlar dövləti yeddi əsrdən çox müddət ərzində özünün ərazi bütövlüyünü müdafiə edib və qoruyub, hökmdarların, sərkərdələrin, dahi şairlərin və alimlərin yaşadıqları siyasi və mədəni mərkəz rolunu oynayaraq, özünün dövlətçilik ənənələri ilə tanınıb.
Bölmədə Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə yüksək mədəniyyət nümunələrinin ərsəyə gəldiyi, Azərbaycan mədəniyyətinin zənginləşdiyi, Həbibi, Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassiklərin möhtəşəm əsərlər yaratdıqları qeyd olunub.
Burada, həmçinin Şirvanşahlar dövründən Azərbaycan memarlığının inkişafına nəzər salınıb, Şirvanşahlar sarayı, Qız qalası, Divanxana, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay Xanəgahı və s. kimi bir çox qiymətli tarixi-memarlıq əsərlərinin günümüzə qədər gəlib çatdığı bildirilib.
Məqalədə Şirvanşahlar irsinin Azərbaycanda geniş öyrənildiyi, tədqiq və təbliğ edildiyi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şirvanşahlar sarayında yenidənqurma və bərpa işlərinin həyata keçirildiyi, Şirvanşahlar sarayının UNESCO-nun Ümumdünya irs siyahısına daxil olunduğu vurğulanıb.
Məqalədə Şirvanşahlar irsinin bir hissəsinin Londonda Viktoriya və Albert muzeylərində, İstanbulun “Hərbi Muzeyi” və Topkapı Saray-Muzeyində, Nyu-Yorkdakı məşhur “Metropoliten” və digər muzeylərdə saxlanıldığı qeyd olunub.
Türkdilli istifadəçilər “Wikipedia”da “Şirvanşahlar Devleti” adlı bölmə ilə bu linkdə tanış ola bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

