ƏNƏNƏLƏR VƏ MÜASİRLİK
03.07.2013 [01:47]
Moskvada VII Beynəlxalq İncəsənət festivalı
26 iyun-1 iyul 2013-cü il tarixində Moskva İctimai Fondunun təşkilatçılığı ilə Rusiya paytaxtındakı Mərkəzi Rəssamlar Evində “Ənənələr və Müasirlik” VII Beynəlxalq İncəsənət festivalı keçirilib.
Qeyd edək ki, “Ənənələr və Müasirlik” Beynəlxalq festivalı 2007-ci ildən başlayaraq hər il qeyd olunur. Festival müxtəlif ölkələrin incəsənətinin, müxtəlif xalqların milli xarakter və ənənələrini əks etdirən orijinal əsərlərin bir araya gətirilməsinə kömək edir. Festivalın keçirilməsi mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun inkişafı və xalqlar arasında dostluğun möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
UNESCO-nun himayəsi və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin, Rusiya Rəssamlıq Akademiyasının dəstəyi ilə təşkil olunmuş bu dəfəki festivalda MDB-yə üzv dövlətlərlə yanaşı, ABŞ, Avstriya, Hollandiya, İtaliya, Fransa, Kanada, Almaniya, Hindistan və Yaponiyadan olan rəssamlar iştirak ediblər.
Festivalda ənənəvi və müasir incəsənətin müxtəlif növləri - rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət, fotolar və s. eyni art-meydanda birləşmişdi.
Festivalın münsiflər heyətinin sədri görkəmli rəssam Tahir Salahov olub. O qeyd edib ki, festivalda iştirak edən rəssamlar münsiflər heyətinin onlara verəcəyi qiyməti alacaq, sonrakı yüksəliş və inkişafları üçün stimul qazanacaqlar.
Festivalda sərgini Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu açıb.
Azərbaycanın nümayəndə heyətindən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva və Tahir Salahovun Ev Muzeyinin direktoru Səadət Mirzəyeva festivalda iştirak ediblər.
Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının, Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü, UNESCO yanında Plastik Sənətlər Akademiyasının fəxri prezidenti və bir çox beynəlxalq təşkilatların üzvü, dünya şöhrətli rəssam Tahir Salahov festivalda öz yeni əsərləri ilə çıxış edərək Azərbaycanı yüksək səviyyədə təmsil edib. Onun yaradıcılığı həm sovetlər dönəmində, həm də müstəqillik dövründə ön sırada olmuşdur. Bu baxımdan Azərbaycanı ürəkdən sevən, öz əsərlərində onu yaşadan, yaşatdığı qədər də hamıya sevdirən istedadlı rəssamın əsərləri festival iştirakçılarının böyük diqqətini cəlb edib.
Sərgidə nümayiş olunan rəssamın son iki ildə yaratdığı “Anar”ın portreti, “Aydın səhər”, “Nardaran” tabloları, “Korrida Benalmadena. İspaniya”, “Varvara - Pikasso üslublu geyimdə”, “Robert Rauşenberq”, “Kürsü ilə natürmort” xalçaları həmişə olduğu kimi fərqli üslub xüsusiyyətlərinə görə tamaşaçıları heyran edib.
Festivalda sərgilənən Azərbaycanın istedadlı gənc rəssamlarından Məryəm Ələkbərlinin əsərləri də özünəməxsusluğu ilə seçilib. Uşaqlıqdan təsviri sənət ilə məşğul olan Məryəm Ələkbərlinin 2010-cu ildə Bakıda “Art Garden” və “Qız Qalası” qalereyalarında fərdi sərgiləri təşkil olunmuş, son iki ildə Berlin, Paris, İstanbul və Ankara şəhərlərində təşkil olunan sərgilərdə çıxış etmişdir. 2011-ci ildə Moskva Müasir İncəsənət Muzeyində “Novruz - Yeni gün” sərgisində əsərləri nümayiş olunmuş, 2012-ci ildə “Vera” mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri, dosent Namiq Məmmədovun əsərləri də iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Namiq Məmmədov Kopenhagen, Paris, Tiflis, İstanbul və Bakı şəhərlərində fərdi və kollektiv sərgilərlə çıxış etmişdir.
Festival müddətində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mərkəzi Rəssamlar Evində Əməkdar rəssam Tahir Məmmədovun rəngkarlıq əsərlərindən və fotolardan ibarət fərdi sərgisi keçirilib. Dövlət Rəssamlıq Akademiyasının dosenti Tahir Məmmədov istər rəngkarlıq janrında, istərsə də bədii fotoqrafiya sahəsində öz dünyagörüşünü əsərlərində ustalıqla əks etdirən istedadlı sənətkardır. Onun əsərləri dünyanın müxtəlif muzey və qalereyalarında - Tretyakov Qalereyasında (Moskva), “Şərq Xalqları” muzeyində (Moskva), Bədii Sərgilər Direktorluğunun fondunda (Moskva), “ARTS Turnelle” sərgi salonunda (Paris), “Edmon Rozenfeld” qalereyasında (Paris), Amerika Birləşmiş Ştatları, Almaniya, Yaponiya və Türkiyənin şəxsi kolleksiyalarında saxlanılır.
Festivala tanınmış dövlət və mədəniyyət xadimləri - UNESCO-nun beynəlxalq eksperti Petresku Corc, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Q.B.Karasin, Rusiya Teatr İncəsənəti Akademiyasının professoru V.V.Vasilyev, həmçinin, bu ölkənin digər yüksək dərəcəli siyasi, biznes, işgüzar cəmiyyətlərin təmsilçiləri, müxtəlif ölkələrin səfirlik və mədəniyyət mərkəzləri də dəvət olunublar.
Röya Tağıyeva
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

