Hər bir xalqın vizit kartı...
15.04.2025 [10:10]
Beynəlxalq Mədəniyyət Günüdür
Mədəniyyət anlayışı cəmiyyətin inkişafının müasir səviyyəsi, insan övladının yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərlə sıx bağlıdır. Latın dilindən tərcümədə “julture” - “bəsləmək”, “yaxşılaşdırmaq” mənalarını verən “mədəniyyət” anlayışı insanların fəaliyyət dairəsinin tədricən genişlənməsi ilə əlaqədar olaraq daha geniş bir məna daşımağa başladı. Bununla da, sözün “maarifçilik”, “savad”, “tərbiyə” kimi müxtəlif mənaları formalaşdı. Ərəb dilindən tərcümədə isə bu söz “şəhərsalma” mənasını verir.
Rerix paktı...
Yeri gəlmişkən, 15 aprel dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqəlidir. Beynəlxalq hüquq təcrübəsində bu gün Rerix paktı kimi də tanınır və dünyanın bir çox ölkəsində qeyd olunur.
1935-ci ildə Nyu-Yorkda Rerix paktının rəsmi simvolu olan Sülh Bayrağına həsr olunmuş bayram tədbiri keçirilirdi. Rəssam onu ağ fonda qırmızı dairəyə daxil edilmiş üç qırmızı dairə kimi təsvir etmişdi.
Ümumiyyətlə, tarix və mədəniyyət abidələrinin xarici qüvvələrin dağıdıcı təsirindən qorunmasını tənzimləyən qaydalar ideyası məhz rəssam və filosof Nikolas Rerix tərəfindən yaradılıb. 20-ci əsrin lap əvvəllərində, müharibələr və ərazilərin yenidən bölüşdürülməsi zamanı milli antik dövr abidələrini öyrənərkən onların qorunmasının nə qədər vacib olduğunu başa düşən rəssam 1914-cü ildə Rusiya və digər hökumətlərə müraciət edir. Lakin sonradan bu müraciət cavabsız qalır. 1929-cu ildə o, müxtəlif ölkələrin hökumətlərə və xalqlara mədəni irsin qorunmasının hərbi zərurətdən üstünlüyünü təsdiq edən beynəlxalq müqavilənin təkmil formada işlənmiş layihəsi ilə müraciət edir. Onu bu işdə Albert Eynşteyn, Bernard Şou, Herbert Uells, Tomas Mann və o dövrün digər tanınmış mədəniyyət və elm xadimləri dəstəkləyirdi.
Dünya mədəniyyətini formalaşdıran 5 ölkə
Məlumdur ki, adətən ölkələrin qlobal miqyasdakı təsirləri ümumi olaraq hərbi, siyasi və ya iqtisadi gücləriylə ölçülür. Amma bəzi ölkələr mədəniyyətləri ilə iz qoyub. ABŞ-da aparılan bir araşdırmada (“US News & World Report”) nüfuz, xoşbəxtlik, müasirlik, hər mənada dəblə ayaqlaşmaq və əyləncə dünyasında mühüm yer tutmaq kimi amillər nəzərə alınaraq, dünyaya ən çox təsir göstərən ölkələrin siyahısı tərtib edilib. İlk onluqdakı ölkələrin çoxu Avropada yer alarkən, Yaponiya (müasirlik və nüfuz baxımından), Brazilya (xoşbəxtlik və əyləncə mədəniyyəti) və ABŞ (müasir və qlobal təsir sahibi) kimi ölkələr də yuxarı sıralarda yer tutublar.
Beləliklə, ilk beşliyə daxil olan ölkələr...
İtaliya
Valentino, Armani, Versace və Gucci kimi markalarıyla məhşur olan İtaliya “dəblə ayaqlaşmaq” və “üstün olmaq” baxımından ən çox bal alan ölkədir.
Fransa
“Müasirlik”, “nüfuz” və “dəb arxasınca getmək” baxımından yüksək bal alan Fransanın mədəni təsiri də dünya miqyasında hiss olunur. Fransız mədəniyyətini ilk əldən təcrübə edəcək ən yaxşı yer Paris olsa da, Bordeaux, Lyon və Toulouse da çox yaxşı və daha kiçik miqyaslı alternativ şəhərlər olaraq qəbul edilir.
ABŞ
ABŞ “müasirlik” və “əyləncə dünyasında təsir göstərmə” kateqoriyalarında tam xal qazanıb. Amerika filmləri, musiqiləri, televiziya proqramları dünya miqyasında seyr edilir.
İspaniya
Bir vaxtlar dünyanın ən böyük imperiyalarından biri olan İspaniya Cənubi Amerikadan tutmuş Cənub-Şərqi Asiyaya qədər bir çox ərazilərdə yadda qalan iz qoymuşdu. Çin dilindən sonra ispan dili dünyada ən çox danışılan ikinci dildir.
Yeməyə əhəmiyyət verilən İspaniyanın tapas (qəlyanaltı) mədəniyyəti də dünyaya yayılıb. Yemək sosiallaşmaq və paylaşmaq vasitəsi olaraq da qəbul edilir.
Böyük Britaniya
“Nüfuz sahibi olmaq” kateqoriyasında Böyük Britaniya yuxarı sıralarda yer tutur. Britaniyada yaşayanlar güclü bir çalışma etikası, dəyişikliyə açıq olmaq və yeni ixtiralar etmək xüsusiyyətləri ilə fəxr edirlər. Dünyanın ən yaxşı universitetlərinin bir qismi Britaniyadadır.
Bundan başqa London mədəniyyət mərkəzi olaraq tək seçim də deyil. Edinburq dünyanın ən böyük sənət festivalına ev sahibliyi edərkən Birming?m da mədəniyyət dünyasında əhəmiyyətli bir yerə getmək yolundadır. Bu şəhərdə muzey, teatr və konsert salonlarının çoxluğu ilə mədəniyyət dünyasını çox yaxından izləmək, davamlı olaraq məşğul olmaq üçün birşey tapmaq mümkündür.
Mədəniyyətimizin hamisi...
Çoxəsrlik zəngin mədəni irsə sahib olan Azərbaycanda da mədəniyyətin inkişafı hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır. Müstəqil Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, mədəniyyətin inkişafının dövlət səviyyəsində təmin edilməsi bu sahədə həyata keçirilən dövlət siyasətinin, islahatların uğurlu nəticəsidir. Ölkə başçısının mədəniyyət işçilərinə xüsusi həssaslıqla yanaşması, sənət adamlarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bunun əyani sübutudur.
Azərbaycan mədəniyyətinin inkişafı barədə söz açarkən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri mütləq vurğulanmalıdır. Onu hansısa bir mübaliğəyə yol vermədən mədəniyyətimizin səmimi dostu adlandıra bilərik. Milli mədəniyyətimiz, tarixin yaddaşı olan ənənələrimiz, mədəni-dini abidələrimiz onun simasında əsl qayğıkeşini, hamisini, təəssübkeşini tapıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünyada layiqli şəkildə təbliğ olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

