Azərbaycan ən yüksək səslə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv qəbul olunub
30.08.2013 [09:44]
Dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan bu günlərdə daha bir nailiyyətə imza atıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, avqustun 24-dən 29-dək Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) XX Baş Assambleyasında Azərbaycan qurumun İcraiyyə Şurasının üzvü qəbul olunub.
Zambiyanın Livinqston şəhərində keçirilən iclasda Azərbaycan təşkilatın İcraiyyə Şurası üzvlüyünə namizədlər sırasında ən yüksək səs alıb. Şuraya seçilən Avropa qitəsinin 4 dövlətindən (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) Azərbaycan 25 səslə birinci olub. Sonrakı yerləri Almaniya (24 səs), Serbiya (20) və Bolqarıstan (18) bölüşüblər.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak etdiyi sessiyada ölkəmizin təklifi nəzərə alınaraq Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ildə növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub.
Şübhəsiz, bu nailiyyət respublikamızda turizmin inkişafı sahəsində görülən işlərin nəticəsi, Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin, Mədəniyyət və Turizm Nazirliyinin Dünya Turizm Təşkilatı, bir çox tərəfdaş ölkələrlə ardıcıl, səmərəli işgüzar əməkdaşlığının yüksək göstəricisidir. Bu əlamətdar qərarların qəbulunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və ölkəmizin İspaniya Krallığındakı səfirliyinin mühüm rolu olub.
Hazırda dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bu uğurlarda Azərbaycan dövlətinin turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi də mühüm rol oynayır. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısını bir daha sübut edir. 2010-cu ildə “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq və icra olunması dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur. Bu kimi tədbirlərin nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.
Azərbaycanda turizmin inkişaf etdirilməsi, zəngin turizm imkanlarımızın xarici ölkələrdə təbliği ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilir. Nazirlik tərəfindən aparılan təbliğat işləri (ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında respublikamızın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili), habelə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq nəticəsində Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi tanınmağa başlayıb. Region ölkələri arasında beynəlxalq turizm qurumları ilə yaxın əlaqələri də ilk dəfə məhz Azərbaycan qurub.
Hazırda Azərbaycana daha çox əcnəbi turistin cəlb olunması üçün müvafiq təbliğatın gücləndirilməsi ilə bərabər, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamına uyğun olaraq bu il aprelin 3-dən turistlər üçün onlayn viza sisteminin tətbiqinə başlanılmışdır. Artıq Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bundan əlavə, “Turizm haqqında” yeni qanun layihəsi Azərbaycanın qanunvericilik bazası əsasında və dünya standartlarına uyğun hazırlanıb. Sənədə Dünya Turizm Təşkilatının ekspertləri tərəfindən bir sıra əlavə və düzəlişlər edilib. Artıq qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
Əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun, ümumilikdə, ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahürüdür. Turizm sahəsində statistik göstəricilər də bunu təsdiq edir. 2012-ci ilin və 2013-cü ilin birinci yarısının nəticələrinə əsasən, turistlərin sayında artım dünya və Avropa üzrə 5 faiz təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10 faiz səviyyəsində müşahidə olunub.
Bütün bunlar Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığının daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin sözləri ilə desək, Azərbaycan turizm sahəsində yüksələn ulduzdur. Azərbaycanda istər turizmin, istərsə də digər sahələrin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün bu imkanlardan kifayət qədər istifadə edilir.
Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına üzv qəbul olunması və 2014-cü ildə qurumun Avropa Komissiyasının iclasının Bakıda keçirilməsinə dair qərarların qəbulu zamanı Ermənistan nümayəndə heyəti etirazını bildirib. Lakin düşmən ölkənin bu səyləri heç bir nəticə verməyib və Azərbaycan dünya turizm ailəsində özünün yüksək nüfuzunu bir daha təsdiq edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

