/ / “Ulu öndər və incəsənət xadimləri” adlı tədbir çərçivəsində zəmanəmizin görkəmli rəssamı Tahir Salahovun 85 illik yubileyi qeyd edilmişdir
“Ulu öndər və incəsənət xadimləri” adlı tədbir çərçivəsində zəmanəmizin görkəmli rəssamı Tahir Salahovun 85 illik yubileyi qeyd edilmişdir
29.11.2013 [16:19]
Noyabrın 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən Tahir Salahovun ev-muzeyində ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbirləri silsiləsindən “Ulu öndər və incəsənət xadimləri” adlı mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, ulu öndərin mədəniyyətimizin qorunması, təbliği, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğısından bəhs edilən tədbirdə müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, dünya şöhrətli sənətkar, SSRİ-nin və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının (AEİA) həqiqi üzv Tahir Salahovun 85 illik yubileyi qeyd edilmişdir.
Mərasimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Xalq Yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı naminə gördüyü əvəzsiz işlərdən söz açmışlar.
Bildirilmişdir ki, ulu öndər hər zaman böyük sənət adamları, o cümlədən görkəmli rəssam Tahir Salahovla çox yaxın dost olmuş və onların münasibəti qarşılıqlı ehtiram və hörmət əsasında qurulmuşdur.
Tədbirdə sənətkarın zəngin yaradıcılığından, Azərbaycan təsviri sənətinə verdiyi dəyərli töhfələrdən söz açılmışdır.
Bildirilmişdir ki, Tahir Salahov əsərlərində həm özünün daxili aləmini, həm də mənsub olduğu xalqının ruhunu – onun amallarını, hisslərini və duyğularını əks etdirir.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı öz rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Xalq Rəssamı Tahir Salahova ünvanladığı təbrik məktubu oxunmuşdur.
Mərasimdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Tahir Salahov. Biblioqrafiya” kitabını təqdim etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxana ilə birdə hazırladığı bu dəyərli toplu görkəmli sənətkara həsr edilmiş ilk biblioqrafik mənbədir.
“Tahir Salahov və Abşeron” yeni turist marşrutunun təqdim olunduğu tədbirdə “Tahir Salahovun rəsmləri xalçada” mövzusunda sərgi də maraqla qarşılanmışdır.
Sonda tədbir iştirakçıları Ulu Öndər və Tahir Salahova həsr olunmuş fotosərgi və sənətkarın zəngin və çox şaxəli yaradıcılıq nümunələri ilə tanış olmuşlar.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 11:25
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36

