/ / Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəbləri və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan olunur
Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəbləri və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan olunur
08.07.2026 [15:18]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəbləri və mərkəzlərinə direktor və direktor müavini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəbləri və mərkəzlərinə isə müəllim vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edilir.
Müsabiqə müvafiq qaydalara uyğun olaraq test imtahanı və müsahibə mərhələsindən ibarət olmaqla keçiriləcək.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Direktor və direktor müavini vəzifələri üzrə müsabiqədə yalnız Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəbləri və mərkəzləri üzrə vakant vəzifələr nəzərdə tutulur. Bu vəzifələr üzrə müsabiqədə ali təhsilin bakalavriat və ya magistratura səviyyəsində müvafiq ixtisası bitirmiş, dövlət nümunəli diplomu olan, ixtisası üzrə azı 5 il pedaqoji əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müəllim vəzifələri üzrə müsabiqə isə həm Mədəniyyət Nazirliyinin, həm də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəbləri və mərkəzlərini əhatə edir. Bu vəzifələr üzrə müsabiqədə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyulun 8-i saat 14:00-dan iyulun 23-ü saat 18:00-dək DİM-in rəsmi internet saytı vasitəsilə aparılacaq. Test imtahanı avqustun 8-də keçiriləcək.
Namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalı və müvafiq onlayn qeydiyyat xidməti vasitəsilə müsabiqəyə müraciət etməlidirlər. Direktor və direktor müavinləri üzrə müsabiqədə iştirak haqqı 118 AZN, müəllimlər üzrə müsabiqədə iştirak haqqı isə 80 AZN təşkil edir.
Direktor və direktor müavinləri üzrə test imtahanında namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 3 saat davam edəcək. Direktor vəzifəsi üzrə keçid balı 55, direktor müavini vəzifəsi üzrə isə 50 bal müəyyən edilib.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında namizədlərə 70 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 2 saat davam edəcək. Müəllimlər üzrə keçid balları məktəbin yerləşdiyi əraziyə və bəzi ixtisaslar üzrə xüsusi tələblərə uyğun müəyyən edilir.
Test mərhələsində tələb olunan keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57

