İsrailin “Birinci Radio”su: Rəşid Behbudov öz istedadı ilə Azərbaycanı dünyada şöhrətləndirib
16.12.2015 [09:54]
İsrailin “Birinci Radio”su “Musiqili çayxana” verilişi çərçivəsində böyük Azərbaycan müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudov haqqında bir saatlıq veriliş hazırlayıb. Veriliş böyük müğənninin 100 illik yubileyinə həsr olunub.
“Musiqili çayxana” verilişinin aparıcısı Emmanuil Süleymanov bildirib ki, Rəşid Behbudov öz səsi və istedadı ilə Azərbaycanı bütün dünyada şöhrətləndirən şəxsiyyətlər sırasında müstəsna yer tutur. Jurnalist deyib: “Bu ecazkar səs həmişə nəinki onun özünü, həm də bütün Azərbaycan xalqını zirvələrə yüksəldəcək. Biz Azərbaycana və Azərbaycan xalqına məhz Rəşid Behbudov sayəsində bələd olduq”.
İsrail radiosunun verilişində iştirak edən Rəşid Behbudovun qızı, Azərbaycanın Əməkdar artisti Rəşidə Behbudova atasına həsr olunmuş bir saatlıq verilişin təşəbbüskarı - beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Quta, Səadət Şükürovanın rəhbərlik etdiyi “Odlar Yurdu” İsrail-Azərbaycan truppasına, habelə bir saat ərzində Rəşid Behbudovun repertuarından mahnılar dinləmək imkanı yaratdığına görə “Birinci Radio”nun baş redaktoru Vlad Zernitskiyə təşəkkür edib. Rəşidə Behbudova deyib: “Atam nəfəs aldığı kimi yaşayırdı - ürək dolusu və həyat eşqi ilə. Yaşadığı kimi də oxuyurdu - məhəbbət dolu açıq qəlblə. İnsanlara məhəbbət onun nəfəsinə hopmuşdu. Onda insanları maqnit kimi özünə cəzb edən nəsə vardı: sanbalı və ciddiyyəti. Azərbaycan xalqı atamı qəlbən sevir və qiymətləndirirdi. Bu, onun missiyası idi və o, məhz bunun üçün doğulmuşdu. O, zəngin Azərbaycan mədəniyyətini, mahnılarımızı, romansları, operaları, xalq mahnılarını və bir də ki, dünya ölkələrinin mədəniyyətlərini, gözəl melodiya və nəğmələrini şöhrətləndirirdi. Atam Bolqarıstan, Macarıstan, İtaliya, Hindistan, Çin və az qala bütün ərəb ölkələrində olmuşdu. Bu ölkələrin hər birində proqramda nəzərdə tutulan mahnılardan başqa bu ölkənin mahnısını, özü də mütləq həmin xalqın öz dilində oxuyurdu. Rəşid Behbudovun mahnı repertuarı çox geniş idi. Əsas yeri isə, şəksiz ki, Azərbaycan bəstəkarlarının əsərləri tuturdu. Atam Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dəstəyini və səmimi münasibətini həmişə hiss edirdi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illiyinin keçirilməsi və Azərbaycanın paytaxtında böyük müğənninin heykəlinin ucaldılması haqqında Fərman imzalayıb. Atam yəhudi xalqına xüsusi mehribanlıqla yanaşırdı. Bu yaxınlarda aşkar etdiyim məktubunda atam İsrailə getmək arzusundan yazır. Dürüst, açıq və güclü insanların onun xatirəsi üçün gördükləri işlər, xüsusən ailəmizə bəslənilən səmimi və ehtiramlı münasibət mənim üçün çox qiymətlidir”.
Verilişin aparıcısı Emmanuil Süleymanov vurğulayıb ki, Rəşid Məcidovun arzusu dekabrın 19-da həyata keçəcək: Rəşid Behbudov ailəsinin iştirakı və Səadət Şükürovanın rəhbərlik etdiyi “Odlar yurdu” İsrail-Azərbaycan truppasının dəstəyi ilə İsraildə ilk dəfə təntənəli gecə olacaq: teatr kompozisiyaları, Rəşid Behbudov ailəsinin dostlarının, habelə əslən Azərbaycandan olan İsrail müğənnilərinin - Manuel İsakovun, Xava Dolevin və Tomer Əliyevin çıxışları bir-birini əvəzləyəcək. Rəşid Behbudov zirvəsini nə sağlığında, nə də həyatdan köçəndən sonra heç kəs fəth edə bilmədi. Onda həqiqi artistizm, lirizm, qəlbi riqqətə gətirən müqayisəyəgəlməz ilahi səs vəhdət təşkil edirdi və bu baxımdan Rəşid Behbudovun tayı-bərabəri yoxdu!
“Odlar Yurdu” İsrail-Azərbaycan truppası Rəşid Behbudov yaradıcılığının bütün pərəstişkarlarını dekabrın 19-da İsrailin Netanya şəhərinin Mədəniyyət Mərkəzində təntənəli gecəyə dəvət edir.
“Birinci Radio” dinləyiciləri üçün bir saat ərzində Rəşid Behbudovun repertuarından “Azərbaycan”, “Vətən”, “Lalələr”, “Sənin qara gözlərin”, “Sənə də qalmaz”, “Aylı gecələr”, habelə “Arşın mal alan” filmindən mahnılar səslənib.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

