Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Azərbaycan” kolleksiyasının bir çox ölkələrdə təqdimatı keçiriləcək

“Azərbaycan” kolleksiyasının bir çox ölkələrdə təqdimatı keçiriləcək

16.11.2016 [09:37]

Modelyer Leyla Əhmədova “Azərbaycan” kolleksiyasından növbəti geyimlərini nümayiş etdirib. Sənət adamlarının, dostlarının və media əhlinin iştirakı ilə baş tutan tədbirdə o, “Çarli Çaplin” adlı iki geyim təqdim edib. Modelyerin dediyinə görə, bu kolleksiya üzərində 10 ildən çoxdur ki, çalışır. Onun sözlərinə görə, kolleksiyanı əks etirən videosüjet də çəkilib. Süjetdə nəinki geyimlər, həmçinin Azərbaycanın misilsiz təbiəti də nümayiş olunub. Məlumat üçün bildirək ki, “Azərbaycan” kolleksiyasının həm Vətənimizdə, həm də xaricdə, o cümlədən Nyu-Yorkda, Londonda və Fransada təqdimatı nəzərdə tutulub. Modelyer onu da bildirib ki, 40 libasdan ibarət olan kolleksiyada həm Şərqin, həm də Qərbin vəhdətini yaratmağa çalışıb.
20 ildir ki, modelyer kimi fəaliyyət göstərən L.Əhmədova bir çox müsabiqələrdə iştirak edib. Belə ki, 1999-cu ildə “Fashion of the world” festivalında birinci yerə layiq görülən modelyerin 2000-dən artıq kolleksiyası üç il ard-arda “Fashion TV”də nümayiş olunub. Bununla yanaşı, 2000-ci ildə ilin dizayneri mükafatına layiq görülüb. 2002-ci ildə isə Gürcüstanda keçirilən Cənubi Qafqaz üzrə cavan modelyerlərin sərgisində qalib gəlib.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 1149 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30