Bakıda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” mövzusunda simpozium işə başlayıb
23.05.2017 [10:02]
Mayın 22-də Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, simpozium Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyənin ölkəmizdəki Mədəniyyət və Tanıtma müşavirliyi, “Z Company 2007”, ATİB (Azərbaycan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək simpoziumun əhəmiyyətindən danışıb. “Bu il ölkəmizdə ikinci dəfə reallaşan simpoziumun coğrafiyası olduqca genişdir. Belə ki, simpoziumda türkdilli ölkələrlə yanaşı, eyni zamanda Gürcüstan, İran, İtaliya, Rusiya, Serbiya və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər. Tədbir çərçivəsində ilk dəfə olaraq qaqauz dekorativ tətbiqi sənət nümunələrinə aid olan xalçalar da nümayiş etdiriləcək. Simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir”, - deyə Ş.Məlikova vurğulayıb.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxışında belə bir tədbirin xalqların sözügedən sahədə qarışlıqlı əməkdaşlığına zəmin yaratdığını deyib. Simpoziumda on üç ölkədən olan sənətkarların iştirakını yüksək qiymətləndirən səfir söyləyib ki, iştirakçı mütəxəssislər xalçaçılığın incəliklərinin və gözəlliklərinin sirlərini aşılamaqla yanaşı, bu sahədə qarışlıqlı sənətkarlıq mübadiləsi həyata keçirəcəklər.
Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən diplomat iki gün davam edəcək simpoziumun işinə uğurlar arzulayıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım simpozimun önəmini qeyd edərək bildiriblər ki, tədbirin mövzusu türk xalça sənətində naxışlardır. Vurğulanıb ki, bu mövzu istənilən tarixi dövrləri - bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir.
Sonra qonaqlar müxtəlif dövrlərə aid xalçalardan ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, simpozium mayın 24-dək akademik sessiyalarla davam edəcək. Sessiyalarda “Türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri”, “Türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər”, “Xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri və onların zənginləşdirilməsi”, “Naxışın xüsusi bədii dili”, “Müasir dünya incəsənətində naxışların əhəmiyyəti” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr və fikir mübadiləsi aparılacaq. Eyni zamanda, naxışların tipoloji təsnifatındakı özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elm adamlarının məruzələri kitab şəklində nəşr edilərək kitabxanalara paylanacaq.
II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu çərçivəsində D.Kara Çoban adına Milli Qaqauziya Tarix və Etnoqrafiya Muzeyinin eksponatlarından ibarət sərgi açılacaq. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milli geyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.
Xəbər lenti
Hamısına baxGündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35

