Azərbaycanda teatr mövsümü başa çatmaq üzrədir
07.07.2018 [09:27]
Builki mövsüm bir-birindən maraqlı və zəngin repertuarlarla yadda qalıb
Azərbaycanda daha bir teatr mövsümü başa çatmaq üzrədir. Bu mövsüm də günümüzün aktual məsələlərinə cavab aramaq, müasirlərimizin ruhunu, duyğusunu, zövqünü, nəfəsini səhnəyə gətirmək niyyətilə mədəniyyət ocaqlarımız repertuar tərtibi zamanı dəyərli sənət əsərlərinə müraciət ediblər. Mübaliğəsiz demək olar ki, bu səhnə əsərləri istər yerli sakinlərin, istərsə də paytaxtımıza gələn qonaqların öz asudə vaxtlarını maraqlı keçirmələrinə imkan yaradıb. Beləliklə, başa vurmaqda olduğumuz teatr mövsümünün son səhnə əsərlərini oxucularımızın diqqətinə çatdırırıq. Belə ki, 145-ci alqış mövsümündə həm dünya, həm də Azərbaycan klassik tamaşalarına ev sahibliyi edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı cari mövsümə iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekun vurmağa hazırlaşır.
Qurumun mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, milli teatr ənənəvi olaraq mövsümü “Qarabağnamə” tamaşası ilə açır və bağlayır. Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası tamaşaçılar tərəfindən çox maraq və coşqu ilə qarşılanıb. Teatrın tarixinə silinməz sətirlərlə yazılıb. C.Zeynallı əlavə edib ki, cari mövsüm teatr üçün əlamətdar hadisələrlə yadda qalıb. Mövsüm ərzində sənət ocağının yaradıcı kollektivi xaricdə və bölgələrdə qastrol səfərlərində olub, bir neçə tamaşanın premyerası keçirilib, habelə Azərbaycan teatrının inkişafında müstəsna xidmətləri olan korifey sənətkarlarımızın yubileyləri Mədəniyyət Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd edilib.
Opera və Balet Teatrında mövsümün son tamaşası nümayiş olunub
Cari mövsüm aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı fəaliyyətində klassik əsərlərin ən parlaq nümunələri, operaları, qastrol səfərləri, teatrın səhnəsində xarici ölkələrdən dəvət olunmuş məşhur sənət ulduzlarının çıxışları və s. ilə yadda qalıb. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, iyunun 24-də 109-cu mövsümün son tamaşası - dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri sayılan “Don Kixot” baleti artıq nümayiş olunub. Bildirilib ki, teatrın yaradıcı kollektivi bu günlərdə Şəkidə qastrol səfərində olub. Belə ki, kollektiv “İpək yolu” IX Beynəlxalq musiqi festivalı çərçivəsində Ü.Hacıbəylinin “Əsli və Kərəm” operasının tamaşası ilə çıxış edib. Ənənəyə uyğun olaraq, yeni mövsümdə yaradıcı heyət Üzeyir Hacıbəyli adına musiqi festivalı çərçivəsində səhnəyə çıxmağı planlaşdırır.
Gənc Tamaşaçılar Teatrı mövsümün son premyerasına hazırlaşır
Çağdaş aktyor nəslinin formalaşmasında misilsiz xidmətləri olan Gənc Tamaşaçılar Teatrı isə iyulun 8-də məşhur türk dramaturqu Əziz Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası ilə tamaşaçıların qarşısına çıxmağı planlaşdırır. Qurumun mətbuat xidmətinin rəhbəri Lalə Azərinin verdiyi məlumata görə, sənət ocağı 90-cı mövsümə yekun vurmağa hazırlaşır. Bildirilib ki, Ə.Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və həmişə böyük tamaşaçı marağına səbəb olub. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. Sənət ocağının təqdim etdiyi tamaşada həm komik, həm də dramatik məqamlara yetərincə yer verilib.
Bununla yanaşı, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı mövsümə iyulun 15-də yekun vuracaq. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın verdiyi məlumata görə, sənət ocağı “Min bir gecə nağılları” əsasında hazırlanan “Əlibaba və qırx quldur” adlı yeni tamaşa ilə mövsümü bağlayacaq. Bildirilib ki, həmin gün teatr rəhbərliyinin hesabat xarakterli çıxışı nəzərdə tutulub. Eyni zamanda, mövsümün son görüşündə Kukla Teatrının əməkdaşları mükafatlandırılacaq.
Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi qeyd olunacaq
Eləcə də Azərbaycanın zəngin teatr ənənələrinin layiqli davamçısı kimi Sumqayıt Dövlət Dram Teatrı mövsümü iyulun 15-də Nizami Muradoğlunun “Zülmətdə nur” əsərinin tamaşası ilə bağlayacaq. F.Məhərrəmovun quruluş verdiyi bu əsər 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gəlmiş mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin, o cümlədən dövrün tanınmış aydınları Əhməd Cavadın, Mikayıl Müşfiqin həyatına işıq salır. Qeyd edək ki, tamaşa Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilib.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev iyulun 5-də Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən sənət ocağının 50 illiyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
Gəncə Dövlət Dram Teatrı Gürcüstanda beynəlxalq festivalda iştirak edəcək
Gəncə Dövlət Dram Teatrı mövsümün son günlərində Gürcüstanda keçirilən Nodar Dumbadze adına II Beynəlxalq Teatr Festivalında iştirak etməyi planlaşdırır. Gürcüstanın mətbuat orqanlarında dərc olunan məlumata görə, festival iyulun 5-dən 14-dək Gürcüstanın Quriya diyarının Çoxatauri Mədəniyyət Sarayında keçiriləcək. Festivala Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyanın teatr truppaları qatılacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

