Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / İnqrid: Bura mənim evim kimidir

İnqrid: Bura mənim evim kimidir

28.07.2018 [09:33]

“Jara” festivalına ilk dəfə qatılıram. Bakına çox sevirəm. Bura mənim evim kimidir. Gözəl dəniz, əsrarəngiz şəhər, bir sözlə, Bakıda olmağımdan qürur duyuram.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, məşhur fransız müğənni İnqrid deyib.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirən İnqrid bu möhtəşəm musiqi bayramına məxsusi hazırlaşdığını dilə gətirib: “Günlər günəşli keçir, əsl dəniz havasıdır. Zəhmətim hədər getmədi, perfomansım tamaşaçılara zövq yaşatdı. Səhnədə sürprizlər təqdim etməyə çalışdım. Tamaşaçılar ifamı bəyəndilər və bu, məni çox sevindirir”, - deyə müğənni bildirib.
Festivalda ən yaxşı mahnıların səsləndirildiyini, bunun hamıda gözəl əhval-ruhiyyə, müsbət emosiya doğurduğunu vurğulayan İnqrid deyib: “Səhnə olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. “Jara” isə isti Bakı havasına əlavə hərarət gətirir”.

Paylaş:
Baxılıb: 847 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30