Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Beynəlxalq Caz Festivalına start verildi

Beynəlxalq Caz Festivalına start verildi

21.10.2009 [09:11]

Bu gündən etibarən oktyabrın 27-nə kimi Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq bir həftəlik festivalda ABŞ-dan “Richard BONA” və “Branford MARSALIS” qrupları, dZihan&Kamien dueti (Avstriya), “Jazzinho” (Portuqaliya) və “Hard Jazz Knights” (İsrail) qruplarının iştirakı nəzərdə tutulub. Bundan başqa, Bakı Beynəlxalq Muğam Festivalının iştirakçılarından Vasumathi Badrinathan (Hindistan) və Amir Elsaffar (ABŞ) da dəvətli sənətçilər arasındadır.
Açılış mərasimi bu gün Azərbaycan Dövlət Filarmoniyasında ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə baş tutacaq. Konsertin proqramına L.Bernstein - “Kandid” uvertürası, K.Krautgartner - Klarnet və orkestr üçün Konzertino, G.Gershwin - Blüz üslubunda rapsodiya, L.Bernstein - “West Side Story” orkestr üçün suitası daxil edilib. Sabah isə Caz Mərkəzində İsfar Sarabskinin (fortepiano) konserti keçiriləcək. Onunla bərabər səhnəni Aleksandr Zinger (zərb) və Ruslan Hüseynov (bass) paylaşacaq. Həmin gün Caz Mərkəzində İsrailin “Jazzing the Beatles” Hard Jazz Knights qrupu çıxış edəcək. Qrupun tərkibinə Amikam Kimelman - saksofon, Eitan Itzcovich - zərb, Eli Benakot - saksofon, Eric Naisberg - fortepiano, Yorai Oron - bass daxildir. Qeyd edək ki, giriş pulsuzdur.


Paylaş:
Baxılıb: 1222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30