Bakı V Beynəlxalq Teatr Konfransı dünyanın nüfuzlu teatr xadimlərini yenidən bir araya gətirib
06.11.2018 [08:51]
Konfransa 40-dan çox ölkədən 110 xarici qonaq qatılıb
Noyabrın 5-də Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar.
Açılış mərasimi səhnədə quraşdırılan monitorda Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterialın nümayişi ilə başlayıb. Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlar səhnədə çıxış ediblər.
Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Konfransın açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə iki ildən bir gerçəkləşən konfransın əhəmiyyətindən danışıb.
Bildirib ki, konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir. Builki konfransda 40-dan çox ölkədən 120 xarici qonaq iştirak edir. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alır.
Ə.Qarayev söyləyib ki, konfransın məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır. Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. İki gün davam edəcək konfransda dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bəzi ölkələrin teatr xadimləri ittifaqlarının, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatr rəhbərlərinin iştirakı ilə məruzələr dinləniləcək, ümumilikdə konfransın gündəliyində yer alan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq.
“Azərbaycan dövləti teatr sənətinin inkişafına böyük diqqət yetirir. Teatrımız XXI əsrdə yeni mərhələyə qədəm qoyub. Teatrlarımız dünyanın ən məşhur festivallarında uğurla çıxış edir. Ölkəmizdə həyatın bütün sahələri kimi, mədəniyyət sahəsinə də xüsusi qayğı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, beynəlxalq yarışlar, reallaşdırılan layihələr ümumilikdə dövlətimizin daha yaxından tanınmasına xidmət edir. Bu gün təkcə Bakıda deyil, bölgələrdəki teatrlarımız da yeni inkişaf yoluna qədəm qoyub. Bu yaxınlarda Sumqayıt Dövlət Teatrı və Mingəçevir Dövlət Dram Teatrı 50 illiyini qeyd etdik. Bizim teatr sənətimizin bir əsrdən çox yaşı var. Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin yerlərdə teatr binaları, incəsənət, mədəniyyət abidləri, çoxsaylı tarixi abidlər dağıdılıb. Bu gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərir. Xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa, ona sahib çıxmağa çalışmalıyıq”, - deyə Ə.Qarayev söyləyib.
Builki konfransın əvvəlkilərdən fərqləndiyini diqqətə çatdıran nazir deyib ki, burada iştirak edən qonaqlar “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festivalda da iştirak edəcəklər.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov Azərbaycanda dövlətin teatrlarla sıx əlaqədə olduğunu, sənət adamlarına diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb.
Konfransın mədəniyyətlər arasında körpü rolu oynadığını vurğulayan Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxam deyib ki, incəsənət xadimlərinin bir araya gəlməsi dünyada sülhün təminatına xidmət edən hadisədir.
UNESCO-nun Sülh Artisti Əli Mahdi çıxışı zamanı diqqətə çatdırıb ki, konfrans yeni fikir və ideyaların paylaşılmasına şərait yaradır. İnanırıq ki, konfrans ümumbəşəri hədəflərə çatmaq üçün öz səylərini əsirgəməyəcək.
Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar təşkilatın Azərbaycanla əlaqələrindən söz açıb. Birgə əməkdaşlığı yüksək dəyərləndirib.
GİTİS Universitetinin rektoru Qriqori Zaslavski və Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın əhəmiyyətindən danışıb, dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğulayıblar. Bildirilib ki, XXI əsrdə teatr problemləri nəinki fəlsəfi anlamda, həm də mövcud olan problemlərin istiqamətlərini və həlli yollarını düşünməlidir. Bakı konfransı bu məsələlərə konseptual yanaşma imkanı verir.
Konfrans işini plenar iclaslarla davam etdirib.
Bakı V Beynəlxalq Teatr Konfransına noyabrın 6-da yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

