/ / “Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb
“Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb
15.01.2019 [10:37]
Yanvarın 14-də Bakının yeni cəlbedici məkanlarından olan “Ağ şəhər” Rəsm Qalereyasında gənc rəssam Fidan Əliyevanın rəngkarlıq əsərlərindən ibarət “Həyat şəfqəti” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov rəssamın yaradıcılıq axtarışlarından söhbət açıb. Bildirib ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqət çəkən Fidan Əliyevanın bu fərdi sərgisi həm də onun sənətsevərlərə növbəti yaradıcılıq hesabatıdır.
“Bu gün Fidan Əliyevanın fərdi sərgisinin açılışına toplaşmışıq. Rəssam Azərbaycanın mədəni mühitində yaxşı tanınır. Bu sərgini yeni yaradıcılıq hesabatı da adlandırmaq olar. Sərgidə nümayiş olunan əsərlər rəssamın özünəməxsus yanaşma tərzini göstərir. Fidan xanım ətrafda gördüyü bütün gözəllikləri əsərləri vasitəsilə insanlara çatdırmağa çalışır. Filan Əliyevanın yaradıcılıq karyerasında bir neçə sərgi var. 2016-cı ildə Muzey Mərkəzində rəssamın “Günəşə doğru” adlı ilk fərdi sərgisi açılıb. 2017-ci ildə növbəti sərgi xaricdə - Tbilisidə reallaşıb. Bir ildən sonra Fidan Əliyevanın ilk əsəri Luvrda Azərbaycan rəssamlarının vernisajında nümayiş etdirilib. Həmin il Fidan həm də Bakıda “White Studio Gallery” və “Art Tover” qalereyalarında gerçəkləşən iki qrup sərgisində iştirak edib”, - deyə Q.Qasımov vurğulayıb.
Sərgidə nümayiş olunan əsərlərin orijinallığı ilə seçildiyini söyləyən Xalq rəssamı Səlhab Məmmədov sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu, gənc rəssamın sayca üçüncü sərgisidir. Bu əsərlərin içində peyzaj və natürmort janrında olanlar üstünlük təşkil edir. Sərgi rəssamın gənc olmasına baxmayaraq, əsl peşəkarlığından xəbər verir.
Fidan Əliyevaya yeni yaradıcılıq uğurları arzulayan S.Məmmədov onun gələcəkdə ölkənin ən tanınmış fırça ustalarından biri olacağına inamını ifadə edib.
Gənc rəssamın yaradıcılığından danışan müəllimi, Xalq rəssamı Sakit Məmmədov qeyd edib ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür.
S.Məmmədov tələbəsinin istedadından və yaradıcılığından söz açıb. Sərginin əhəmiyyətindən danışaraq, tələbəsinin sənətə sevgisindən, onun yaratdığı hər bir əsərin mükəmməlliyindən bəhs edən Xalq rəssamı S.Məmmədov Fidan xanıma gələcək yaradıcılığında uğurlar arzulayıb.
Tədbirdə Əməkdar rəssam Rəşad Mehdiyev, rəssamlar Turan Muxtarzadə və Cəmilə Həşımova gənc fırça ustasının sənət dünyasından söz açaraq, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Sərginin təşkilatçılarına və açılış mərasiminin iştirakçılarına minnətdarlığını bildirən Fidan Əliyeva yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söyləyib. Rəssam deyib: “Mən tamaşaçılara pozitiv emosiyalar bəxş etməyə çalışıram. Bu səbəbdən əsasən gülləri təsvir edirəm. Çalışıram ki, güllər insanlarda ən gözəl hisslər yaratsın, onları biganə və soyuq olmamağa, yaşanan hər bir anı qiymətləndirməyə çağırsın. Bir sözlə, istəyirəm ki, əsərlərim insanlarda yaşamaq arzusunu oyatsın. Güllər Günəşə doğru can atdığı kimi, insanlar da həyata - yaşamağa doğru can atmalı, məyusluğa və problemlərə təslim olmamalıdır. Bu işdə onlara kömək etmək, xeyirxahlıq, sevgi və sevinc enerjisini bölüşmək istəyirəm”.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgidə təsviri sənətdə öz sözünü cəsarətlə deyən Fidan Əliyevanın 40-a yaxın əsəri nümayiş etdirilib. Onun tablolarına düşündürücü kompozisiya həlli və stilistik müxtəliflik xasdır. Əsərlərindən görünür ki, gənc rəssam daha parlaq çalarlarla işləməyə üstünlük verir. Rəssamın hər bir əsəri avtoportret təsiri bağışlayır və bütün tablolardan sanki onun əhval-ruhiyyəsi və hissləri süzülür. Bu hisslər bəzən o dərəcədə qabarıq nəzərə çarpır ki, tamaşaçı tablonun qarşısında ayaq saxlamalı olur. Onun əsərlərində rəng palitrası daha zəngin, bəzən isə təzadlar üzərində qurulur. F.Əliyevanın əsərlərinin mövzu dairəsi genişdir - gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar günəşli yay və həzin payız mənzərələri ilə əvəzlənir. Rəssam sanki yaradıcılıq azadlığı havasını hiss edərək təxəyyülündə olanları tablolara köçürür.
Bakıda dünyaya göz açan rəssam ADA Universitetinin məzunudur. Xüsusi rəssamlıq təhsili olmayan bu gənc sənətin sirlərinə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm məşğələlərində, Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində incəsənət kurslarında yiyələnib.
Müəllifin yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyini əks etdirən əsərlər də xüsusi yer tutur. Bu mövzudakı hər bir əsərində Vətənə böyük sevgi ilk baxışda nəzərə çarpır. Bir sözlə, Fidan kimi gənc və istedadlı rəssamların yaradıcılığı Azərbaycan təsviri sənətinin gələcəyi barədə nikbin fikir söyləməyə əsas verir.
Böyük maraqla qarşılanan sərgi yanvarın 21-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

