“Sevil” operası yenidən səhnədə
30.10.2019 [09:33]
Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilmiş opera tamaşaçıların sürəkli alqışları ilə müşayiət edilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi ölkə miqyasında müxtəlif tədbirlərlə geniş qeyd olunur. Aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da bu yubileyə öz töhfəsini verməyə hazırlaşır.
Belə ki, teatr 111-ci alqış mövsümündə, hər zaman olduğu kimi, bu dəfə də klassik əsərlərin ən parlaq nümunələri ilə tamaşaçılarının görüşünə gəlib. C.Cabbarlının “Sevil” pyesinin motivləri əsasında görkəmli bəstəkarımız Fikrət Əmirovun qələmə aldığı eyniadlı operasına müraciət edilərək, yeni quruluşda tamaşaya qoyulub. Xatırladaq ki, tamaşa əsasında həmçinin teleopera da çəkilib. Layihənin ideya müəllifi isə “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur.
Məlumat üçün bildirək ki, Fikrət Əmirovun “Sevil” operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ olub.
Bəstəkar operada müxtəlif musiqi formalarını - ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə edib. Əsərdə bəstəkarın muğam və xalq musiqisindən istifadə üsullarının geniş spektri ilə qarşılaşırıq. Opera musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir.
Beləliklə, operasevərlər oktyabrın 27-də bu möhtəşəm sənət əsərinin seyrinə dalmaq üçün teatrın salonuna toplaşmışdılar. İlk dəfə 1953-cü ildə Opera və Balet Teatrının səhnəsinə qoyulan şah əsərin budəfəki təqdimatı isə, qeyd etdiyimiz kimi, fikir tariximizin qüdrətli sənətkarı Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilmişdi.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu əsərdə hadisələr sanki bir mirvari kimi ardıcıllıqla düzülüb. Zəngin səhnə tərtibatı, o cümlədən gözoxşayan dekorasiyası və aktyorların bir-birindən parlaq və gözəl geyimləri gecəni unudulmaz edib. Bayram ab-havalı gecədə teatrın aparıcı solistləri - Xalq artisti Samir Cəfərov (Balaş), Əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev (Əbdüləli bəy) rol alıblar. Opera isə dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov tərəfindən idarə olunub.
Əsərdəki müxtəlif səpkili obrazları səciyyələndirməkçün bəstəkar janr xarakteristikasından çox istifadə edir. Xüsusilə Sevil obrazının açılmasında bu, mühüm rol oynayır. Onun daxili aləmini, ruhi vəziyyətini, sarsıntılarını, həyəcanlarını, nəhayət, oyanışını əks etdirmək üçün muğamla bağlı melodiyalara üstünlük verilir. Balaş da belə geniş surətdə səciyyələndirilir.
Dilbər rolunu böyük məharətlə ifa edən, “Mən elə bir dilbərəm” deyə ifa edən Əməkdar artist İnarə Babayeva obrazına qatdığı estetika, kübarlıq və işvə-naz ilə, heç şübhəsiz, tamaşaçıların böyük rəğbətini qazana bildi.
Bir sözlə, yaradıcı heyətin səhnə əsərinə fərqli baxışı və yanaşması, aktyorların peşəkar ifaları sayəsində ərsəyə gələn 3 pərdəli opera tamaşaçıların sürəkli alqışları ilə müşayiət edilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

