Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək

Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək

29.01.2020 [12:42]

Martın 27-dən 31-dək Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.
“Yeni Azərbaycan” Mstislav Rostopoviç Fondunun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, festivalın əsas konsert məkanı Moskva Konservatoriyasının Böyük zalı olacaq. Beş gün ərzində Rusiyanın və Avropanın ən böyük musiqi kollektivləri festivalda çıxış edəcəklər. Bu böyük musiqi bayramı Rusiyaya ilk dəfə gələn Lyej Kral Filarmonik Orkestrinin çıxışı ilə yekunlaşacaq.
Festival 2010-cu ildə M.L.Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondu tərəfindən təsis edilib. Festivalın təsisçisi və bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Olqa Rostropoviçdir.

Paylaş:
Baxılıb: 815 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30