Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20.02.2020 [09:08]
Soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar sərgi-tədbirlərin keçirilməsi, o cümlədən bədii və sənədli filmlərin nümayiş etdirilməsi planlaşdırılır
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.
Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən şəhər və rayonlarda Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin, anım mərasimlərinin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.
Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Milli Dram Teatrı “Xəcalət” tamaşasını təqdim edəcək
Onu da qeyd edək ki, sözügedən sənədə uyğun olaraq bir sıra teatr və mədəniyyət ocaqlarında Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş geniş anım mərasimlərinin keçirilməsi planlaşdırılır. Məsələn, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı fevralın 26-da Hüseynbala Mirələmovun “Xəcalət” adlı tamaşasını təqdim edəcək.
Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, nümayiş olunacaq pyes Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Pyesdə həmçinin müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsirli boyalarla təsvir edə bilib.
“Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən ikihissəli dramdır. Qeyd edək ki, səhnə əsəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq artisti Siyavuş Kərimidir. Tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Mətanət Atakişiyeva, Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər.
“Mənim ağ göyərçinim” Gənc Tamaşaçılar Teatrının səhnəsində...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) da fevralın 26-sı üçün xüsusi repertuar hazırlayıb. Belə ki, həmin gün teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdiriləcək. Qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva bildirib ki, tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
O cümlədən paytaxtın bir çox muzey və sərgilərində də Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım tədbirlərinin keçirilməsi planlaşdırılıb. Məsələn, Abdulla Şaiqin ev-muzeyinin və Nəriman Nərimanovun Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə fevralın 22-də Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək. Nəriman Nərimanovun Xatirə Muzeyində keçiriləcək tədbirdə Xətai rayonu UPD qəsəbəsinin 58 nömrəli tam orta məktəbinin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim edəcəklər.
Sonda Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunacaq.
Tədbir çərçivəsində iştirakçılar Xocalı faciəsinə həsr edilmiş “Ana harayı” abidəsini ziyarət edəcəklər.
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
Həmçinin fevralın 21-də Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı tədbir təşkil ediləcək.
Muzeydən qəzetimizə bildirilib ki, Xocalı faciəsinin acı xatirəsini yaşatmaq, bu barədə ictimaiyyəti geniş şəkildə məlumatlandırmaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi ilə keçiriləcək tədbirin rəsmi hissəsində Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli, ADMİU-nun rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı Arif Əziz, kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayev çıxış edəcəklər.
Tədbirdə Azərbaycanın Xalq artisti, rejissor Vaqif Mustafayevin “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunacaq.
“Xocalı - şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
Bundan başqa, Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - Şəhid şəhər” adlı müsabiqənin yekun sərgisi açılacaq.
Fevralın 22-23-də Xətai Sənət Mərkəzində açılacaq sərgi çərçivəsində işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Xatırladaq ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

