Rafael Dadaşov təkrarsız obrazları ilə daim xatırlanacaq...
20.03.2020 [09:50]
Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 74-cü ilində vəfat edib. O, martın 17-də II Fəxri Xiyabanda dəfn olunub.
Xalq artistinin sənət dostları qəzetimizə açıqlamasında R.Dadaşovun vəfatından dərin kədərləndiklərini bildiriblər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov bildirib ki, sənətkarla kiçik yaşlarından dost olublar: “Mənim üçün çox əziz biri idi. Rafaeli uşaqlıq illərindən tanıyıram. Səhnəmizdən daha bir görkəmli sənətkar azaldı. Bu itki çox ağır oldu. Həm teatr, həm kino, həm də televiziya sahəsində çox böyük işlərə imza atıb. Cavanlığında çox yaraşıqlı idi. Hər kəs ona heyran idi”.
Xalq artisti Nurəddin Mehdixanlı sənətkarın ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı verib, xatirələrini bölüşüb: “Bir çox tamaşada birlikdə rol almışıq. Böyük sənətkar idi. Onu itirmək çox ağırdır. Obrazları yaddaşımızda qalacaq. Hər dəfə oynadığı rollar göstəriləndə Rafael yadımıza düşəcək”.
Xalq artisti Hacı İsmayılov da Rafael Dadaşovun vəfatından çox üzüldüyünu və onun xalqımızın ürəyini fəth edən sənətkar olduğunu bildirib: “Böyük itkidir, qəlbən sarsılmışıq. Onun yaratdığı obrazlar həmişə qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin, yaxınlarına, doğmalarına başsağlığı verirəm”.
Məlumat üçün bildirək ki, Rafael Dadaşov 1946-cı il yanvar ayının 4-də Zaqatala rayonunda anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda Zaur, Don Juan (“Ümid”, “Bəşərin komediyası, yaxud Don Juan”, M.İbrahimbəyov), Klavdi, Klavdio, (“Hamlet”, “Heç nədən hay küy”, V.Şekspir), Bəhram, (“Fitnə”, A.Şaiq), Vojevatov və Paratov (“Cehizsiz qız”, A.Ostrovski), Rövşən (“Əliqulu evlənir”, S.Rəhman), Müstəntiq (“İstintaq”, R.İbrahimbəyov), Birinci reportyor (“Səhra yuxuları”, Anar), Knyaz Xasay, Qədim, Cəmil (“Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, İ.Əfəndiyev), Fikrət və Rəşad (“Kimdir haqlı?”, B.Vahabzadə), Mirzə Fətəli (“Mirzə Şəfi”, N.Xəzri), Vasif (“İblis”, H.Cavid), Qiyas (“Şəhərin yay günləri”, Anar), Murad (“Nakam qız”, A.Şirvanzadə), Fəxrəddin (“Qılınc və qələm”, M.S.Ordubadi), Camal (“Nişanlı qız”, S.Rəhman), Həsən Soltan (“Şeyx Xiyabani”, İ.Əfəndiyev), Mindövlət və Aydar (“Sokratı anma gecəsi”, Ç.Aytmatov və M.Şahanov), Tesey (“Fedra”, J.Rasin), Özdəmir (“Afət”, H.Cavid), Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə), Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Agah (“Qanlı Nigar”, S.Şendil), Filippo (“Qoca kloun tələb olunur”, M.Vişnek), Anton Antonoviç Skvoznik-Dmuxanovski (“Müfəttiş”, N.Qoqol) və s. müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaradıb, ümumilikdə 100-ə yaxın rolda uğurla çıxış edib.
Rafael Dadaşovun yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib, mütəxəssislərin və tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib.
Aktyorun çəkildiyi “Var olun, qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” bədii filimləri və “Qaçaq Süleyman” televiziya filmi, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Bağışla”, “Yollar görüşəndə”, “Topal Teymur”, “Ordan-burdan”, “Mənim günahım”, “Göz həkimi”, “İblis qadın”, “2-ci bahar”, “Sənə inanıram” və s. televiziya tamaşaları bu qəbildən olan yaradıcılıq işləridir.
Yaradıcılığındakı uğurlarına və səmərəli fəaliyyətinə görə Rafael Dadaşov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına, 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü olub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59

