İlk Azərbaycan-Antarktida ekspedisiyasına həsr edilmiş kitablar nəşr olunub
19.02.2010 [09:32]
Qeyd edək ki, bölgədə müşahidə olunan
güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə görə ekspedisiya qrupu bir neçə gün gözləməyə məcbur olmuş və yalnız 12-ci gün Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə çatmışdı. Bu günlərdə isə “Ziya” nəşriyyatı tərəfindən nəşr olunmuş “İlk Azərbaycan-Antarktida ekspedisiyası. Cənub Qütbünə xizək yürüşü” silsiləsindən ekspedisiyaya həsr olunmuş üç kitab ictimaiyyətə təqdim edilib. I-kitab “Antarktida gündəliyi” (müəllif H.Bağırov), II-kitab “Antarktida iqlimi. Qlobal təsirlər” (müəlliflər H.Bağırov, R.Mahmudov), III-kitab “Honduvanın donmuş parçası” (müəlliflər H.Bağırov, V.Babazadə, Ə.Kərimov) adlanır.
Kitablarda qeyd olunur ki, Antarktida ekspedisiyasının təşkili və onun uğurlu yekunu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə böyük uğurla həyata keçirdiyi islahatların, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinin, Azərbaycanın sivil, dünyəvi dövlət olaraq beynəlxalq aləmdə öz layiqli yerini tutmasının parlaq təzahürüdür. Ekspedisiyaya hazırlıq, onun təşkili və ekspedisiyanın keçirildiyi dövrü əhatə edən kitablarda Antarktidada aparılan meteoroloji və geoloji tədqiqatların, götürülmüş süxur və mineralların, kameral və ən yeni növ analizlərin nəticələri barədə məlumatlar öz əksini tapıb.
ümumiyyətlə, yeni nəşrlərdə qeyd olunur ki, toplanmış faktiki materiallar Antarktida haqqında çox maraqlı məlumatlar verir.
Yeni nəşrlər Azərbaycanın tarixində ilk dəfə həyata keçirlmiş önəmli bir hadisədən-bayrağımızın planetin əlçatmaz nöqtələrindən sayılan Antarktidanın Vinson zirvəsi və Cənub Qütbündə ucaldılmasından bəhs edir. “Antarktida gündəliyi” kitabının müəllifi H.Bağırov “ön söz”də yazır ki, Azərbaycan sivil, dünyəvi dövlət kimi müasir bəşəri çağırışlara qoşularaq, ümumdünya miqyaslı qlobal problemlərin həllində də öz sözünü deməkdədir.
Qeyd edək ki, “Antarktida gündəliyi” kitabında ekspedisiyaya hazırlıqdan başlamış Vinson zirvəsinə və Cənub Qütbünə yürüşlərdə istifadə olunmuş avadanlıqların siyahısına qədər bütün məsələlər əksini tapıb.
“Antarktida iqlimi. Qlobal təsirlər” kitabında isə qeyd olunur ki, Yer kürəsinin müasir iqlim sisteminin şəraitinin formalaşmasına bir sıra qlobal amillər, o cümlədən, Günəş radiasiyası, Yerin forma və ölçüləri, xüsusən də Yerin geoid formasında olması, quru və su ərazilərinin mövcud nisbətdə paylanması əhəmiyyətli təsir göstərir. Bununla yanaşı, atmosferdə hava kütlələrinin, qlobal rütubət dövranının paylanmasında, okeanlarda müxtəlif cərəyan axınlarının yaranmasında müstəsna rol oynayan və Yerin təbii soyuducuları sayılan Arktika, Qrelandiya, Antarktida kimi nəhəng buzlaq ərazilərin də təsiri olduqca böyükdür.
“Hondvananın donmuş parçası” adlanan üçüncü kitabda isə “Yerin əmələ gəlməsi, daxili quruluşu və inkişafı”, “Antarktida, yaxud statusu müəyyən edilməmiş ərazi”, “Cənub yarımkürəsində Antarktidanın tutduğu mövqe”, “Antarktidanın mineral-xammal resursları, istismar perspektivləri və ortaya çıxan ekoloji problemlər” mövzularına ayrı-ayrı fəsillərdə geniş yer verilib.
ümumiyyətlə, belə bir riskli, cəsarətli və uğurlu ekspedisiyanın materikdə apardığı elmi tədqiqatların, 500-dən artıq meteoroloji, geoloji müşahidələri özündə əks etdirən 3 kitabın işıq üzü görməsi oxuculara, hidrometeoroloq, geoloq-tədqiqatçılara, bu sahədə təhsil alan tələbələrə yaxşı bir töhfə olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14

