Azərbaycan dilində böyük qazax şairi Abayın “Şeirlər, poemalar, Qara sözlər” kitabı nəşr olunub
02.03.2021 [09:08]
Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasından olan, böyük qazax şairi Abayın “Şeirlər, poemalar, Qara sözlər” kitabı nəşr olunub. Kitabda Abayın bütün şeirlərinin, poemalarının və “Qara sözlər”inin Azərbaycan dilinə tərcüməsi öz əksini tapıb.
Kitabın “Ön söz”ündə yazılır ki, hər bir xalqın taleyində elə şəxsiyyətlər var ki, onların adı xalqın adı ilə sinonim təşkil edir: “Belə adamlar mənsub olduqları xalqın simvolu hesab olunurlar və bir növ, onun pasportu rolunu oynayırlar. Məsələn, Şekspir deyəndə göz önünə ingilislər, Robert Berns deyəndə şotlandlar, Puşkin deyəndə ruslar, Taras Şevçenko deyəndə ukraynalılar gəlir. Qazax xalqından danışanda isə yada düşən ilk böyük şəxsiyyət Abay Kunanbayev olacaq. Bu xalqın özü də varlığını Abaysız təsəvvür edə bilmir. O, qazax cəmiyyətinin, demək olar ki, bütün sahələrində həmişə mövcuddur, toyda, yasda, toplantıda, yaxşı gündə, pis gündə Abay yada salınır, ondan sitatlar gətirilir”.
“Avrasiyanın nəhayətsiz ərazilərinə yayılmış çoxsaylı qazax tayfaları sanki Abay işığına yığışaraq vahid bir xalq, millət halına gəlmişlər. Yer üzündəki xalqlar arasında çox az şairlər var ki, öz xalqı tərəfindən Abay qədər sevilir və yada salınır. O, bunu öz həyatı, yaradıcılığı və xalqına olan sevgisi ilə qazanıb”, - deyə “Ön söz”də vurğulanır.
Qeyd edək ki, Abay Kunanbayev yazılı ədəbiyyat ənənələri olmayan, əsasən, şifahi şəkildə inkişaf edən qazax poeziyasına, Şərq, Qərb və rus poeziyasından əxz edib, öz istedad süzgəcindən keçirdiyi yeni baxış, yeni bir tərz gətirdi. XIX əsrin ikinci yarısında qazax yazılı ədəbiyyatının başlıca nailiyyətləri onun adı ilə bağlıdır. Abay poeziyaya yeni janrlar, demokratik ideyalar, həyat problemlərinin poetik təsvirləri, yeni deyim tərzləri kimi yeniliklər gətirdi. Klassik qazax ədəbiyyatı məhz onun sayəsində dərin ictimai-siyasi və fəlsəfi məzmunla zənginləşdi.
Onun ədəbi yaradıcılığı 150-ə qədər şeirdən, üç poemadan və “Qara söz” adlanan nəsr kitabından ibarətdir. Abay qələmini tərcümə sahəsində də sınamış, rus və dünya ədəbiyyatı klassiklərinin bir çox əsərlərini qazax dilinə çevirmişdi. Bundan başqa, Abayın bəstələdiyi bir çox nəğmələr bu gün də çox populyardır və xalq tərəfindən sevilir.
Qeyd edək ki, Abayın əsərlərini tərcümə edənlər Elxan Zal Qaraxan və İbrahim İlyaslı, nəşrin redaktorları isə Əkbər Qoşalı və Əfqan Nəsirlidir.
Bu kitab Milli Məclisin Mədəniyyət komitəsi və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə layihəsi əsasında nəşr olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54

